Ağdam rayonu 2 nömrəli köçkün tam orta məktəb

  • Home
  • Ağdam rayonu 2 nömrəli köçkün tam orta məktəb

Ağdam rayonu 2 nömrəli köçkün tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağdam rayonu 2 nömrəli köçkün tam orta məktəb, Middle School, .

24/08/2026

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təshil müəssisələrində vakant elan edilmiş uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu müsabiqəsinə elektron qeydiyyat başlanılır.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:
* pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
* 3 (üç) ildən az olmayaraq pedaqoji staj;
* təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;
* digər təhsil müəssisələri üzrə – namizədlərin müsabiqə üçün müraciət etdiyi tarixə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Vakant yerlər: https://docs.google.com/spreadsheets/d/1H-tA0yid-JET4P64nfklJ8K6CEwgz7tvbpN8nJRmPtw/edit?usp=sharing
Qeydiyyat linki: https://forms.gle/FUe9f42mqBtA4ZvE6
🗓️ Qeydiyyatın başlanma tarixi: 24.08.2026, saat 15:00
⏰ Qeydiyyat üçün son tarix: 27.08.2026, saat 15:00

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

17/08/2026

Ağdam rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 2026-2027-ci tədris ilinin XI sinif məzunlarının nəticələri.
1. S. Məcid — 608
2. H. Emin — 592
3. Ş. Vəliş — 480
4. S. Gülcan — 391
5. Ə. Ramin— 373
6. B. Tuqay— 285
7. M. Gülay — 257,7
8. H. Zeynəb — 246
9. Q. Aliyə — 225
10. R. Müjgan — 193
11. A. Telli — 160
12. H. Fərid — 154
13. B. Aysu — 153,8

“Sizin üçün bir yol bitir, minlərlə yeni yol başlayır. Harada olursunuzsa olun, məktəbinizin və müəllimlərinizin sizə olan inamını özünüzlə aparın. Uğurlarınız bol, yolunuz daim açıq olsun!”


14/08/2026

Naxçıvan təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inkişaf istiqamətlərində yeni strateji mərhələyə qədəm qoyur

Cənab Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişafının əsas prioritetlərini, regionun Azərbaycanın ümumi iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik strategiyasındakı rolunu əhatə edən geniş məzmunlu siyasi və strateji mesajlarla yadda qalıb. Cənab Prezidentin Naxçıvana 17-ci səfərinə xüsusi əhəmiyyət verməsi onun muxtar respublikanın inkişafına davamlı diqqətinin göstəricisi kimi qiymətləndirilə bilər. Müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, infrastrukturun yenilənməsi, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin genişləndirilməsi və turizm imkanlarından daha səmərəli istifadə məsələləri ön plana çəkilib. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması Naxçıvanın yalnız sənaye potensialının deyil, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Qarşıdakı dövrdə Naxçıvanın enerji istehsal edən və eyni zamanda elektrik enerjisini ixrac edən regiona çevrilməsi əsas hədəflərdən biri olacaq. Naxçıvanın enerji potensialı müsahibənin ən mühüm istiqamətlərindən biri olub. Prezident İlham Əliyev muxtar respublikanın günəş və su enerjisi baxımından böyük imkanlara malik olduğunu vurğulayıb. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının yaradılması planları Naxçıvanın gələcəkdə Azərbaycanın yaşıl enerji strategiyasında daha mühüm yer tutacağını göstərir. Günəş enerjisi istehsalının potensialının ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata qədər yüksələ biləcəyinin qeyd edilməsi bu istiqamətin miqyasını nümayiş etdirir. Eyni zamanda, Naxçıvanda enerji təhlükəsizliyinin yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşdırılmadığı görünür. Muxtar respublikanın Türkiyə və İran istiqamətində elektrik enerjisi ixracı imkanlarının genişləndirilməsi, gələcəkdə Avropa bazarlarına çıxış perspektivlərinin nəzərdən keçirilməsi Naxçıvanı daha geniş enerji coğrafiyasının mühüm hissəsinə çevirə bilər. Bu məqsədlə ötürücü xətlərin gücləndirilməsi və ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır.
Müsahibədə enerji təhlükəsizliyi ilə yanaşı, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi də strateji prioritet kimi təqdim olunur. Əlahiddə Ordunun yaradılması və onun müasir hərbi texnika və yeni komando qüvvələri ilə təchiz edilməsi Naxçıvanın xüsusi coğrafi mövqeyi ilə əlaqələndirilir. Naxçıvanın təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsi kimi qəbul edilir və bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Müsahibənin ən geniş siyasi-strateji hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı olub. Prezident İlham Əliyev bu layihənin təşəbbüskarının Azərbaycan olduğunu və əsas məqsədin ölkənin əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması olduğunu bildirib. Onun təqdim etdiyi tarixçəyə əsasən, 2020-ci il üçtərəfli bəyanatından sonra bu istiqamətdə uzun müddət praktiki irəliləyiş əldə edilməyib, lakin sonrakı diplomatik proseslər nəticəsində layihənin həyata keçirilməsi üçün yeni imkanlar yaranıb. TRIPP layihəsinin gündəmə gətirilməsi Zəngəzur dəhlizinə artıq yalnız regional nəqliyyat layihəsi kimi deyil, daha geniş beynəlxalq nəqliyyat və logistika sisteminin tərkib hissəsi kimi yanaşıldığını göstərir. Bu kontekstdə Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm logistika mərkəzinə çevrilməsi perspektivi xüsusi diqqət çəkir. Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolunun tikintisinin davam etdirilməsi də bu strategiyanın praktiki tərəfini göstərir. Naxçıvan dəmir yolunun 194 kilometr uzunluğunda, daha yüksək yükaşırma qabiliyyətinə uyğun şəkildə yenidən qurulmasının nəzərdə tutulması layihənin yalnız sərnişin daşımaları deyil, böyük həcmdə beynəlxalq yükdaşımaları üçün planlaşdırıldığını göstərir. İlkin mərhələdə mövcud 1,5 milyon tonluq yükaşırma imkanının kifayət etdiyi, lakin uzunmüddətli perspektivdə 15 milyon tona qədər yük daşınmasının hədəfləndiyi bildirilir. Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu layihəsi kimi baxılmaması müsahibənin mühüm məqamlarından biridir. Prezident elektrik xətləri, fiber-optik kabellər, gələcəkdə isə neft-qaz kəmərlərinin də bu marşrutdan keçə biləcəyini bildirib. Belə yanaşma dəhlizin nəqliyyat layihəsindən daha geniş, çoxşaxəli regional kommunikasiya platformasına çevrilə biləcəyini göstərir. Enerji dəhlizi məsələsi xüsusilə diqqət çəkir. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi ideyası həm Naxçıvanın enerji təminatının şaxələndirilməsi, həm də regionun enerji sistemlərinin bir-birinə bağlanması baxımından əhəmiyyətlidir. Bu layihənin gələcəkdə Türkiyə və Avropa istiqamətində enerji ötürülməsi imkanlarını genişləndirə biləcəyi vurğulanır. Müsahibədə Naxçıvanın iqtisadi inkişafı ilə nəqliyyat və enerji layihələri arasında birbaşa əlaqə yaradılır. Nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması nəticəsində yükdaşımaların artması, yeni iş yerlərinin açılması, iqtisadi fəallığın yüksəlməsi və Naxçıvanın regional logistika mərkəzinə çevrilməsi gözlənilir. Bu isə muxtar respublikanın iqtisadi potensialının daha geniş coğrafiyaya inteqrasiyasını təmin edə bilər. Sosial-iqtisadi inkişafla bağlı açıqlanan tədbirlər də kifayət qədər genişdir. 217 müasir rayonlararası avtobusun alınması, 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri, suvarma sistemlərinin genişləndirilməsi, artezian quyularının qazılması, uşaq bağçalarının tikintisi və təmiri kimi layihələr əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Naxçıvan şəhərində ictimai nəqliyyatın elektrik avtobusları hesabına yenilənməsi isə şəhər nəqliyyatının ekoloji baxımdan modernləşdirilməsinə xidmət edir. Kənd təsərrüfatı da Naxçıvanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət proqramında Naxçıvana xüsusi yer ayrılması və suvarma layihələrinin genişləndirilməsi kənd təsərrüfatı üçün istifadə olunmayan torpaqların dövriyyəyə cəlb edilməsinə imkan verə bilər. Bu siyasətin nəticəsində kənd təsərrüfatı istehsalının və məşğulluğun artması gözlənilir. Müsahibədə Naxçıvanın tarixi və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilməsi də mühüm mesajdır. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi və digər tarixi-mədəni abidələrin konservasiyası göstərir ki, regionun inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Milli kimlik, tarix, mədəniyyət və memarlıq irsinin qorunması inkişaf siyasətinin ayrılmaz hissəsi kimi təqdim edilir. Turizm də Naxçıvanın gələcək iqtisadi inkişafında perspektivli sahə kimi qiymətləndirilir. Tarixi abidələr, təbii landşaft, təmiz hava və zəngin mədəni irs regionun turizm imkanlarını artırır. Bununla belə, mehmanxana infrastrukturunun yetərli olmaması əsas problemlərdən biri kimi göstərilir. Şəhər mərkəzində beşulduzlu yeni mehmanxananın inşasına başlanılması bu problemin həlli istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi xüsusi siyasi və idarəetmə mesajı daşıyır. Bu yanaşma üç region arasında iqtisadi, infrastruktur və idarəetmə baxımından daha sıx əlaqələrin formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, Naxçıvanın muxtar respublika statusunun qorunacağı xüsusi vurğulanır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəlik institutunun Naxçıvanda da tətbiq edilməsi idarəetmə islahatlarının mühüm elementidir. Burada məqsəd idarəetmənin daha çevik və koordinasiyalı həyata keçirilməsi, dövlət layihələrinin icrasına nəzarətin gücləndirilməsi və regionun inkişaf proseslərinin vahid strategiya əsasında idarə olunmasıdır. Naxçıvanda təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və idarəetmənin təkmilləşdirilməsi paralel şəkildə həyata keçiriləcək. Bu yanaşma Naxçıvanın həm Azərbaycanın daxili inkişaf sistemində, həm də daha geniş regional geosiyasi və iqtisadi məkanda rolunun əhəmiyyətli dərəcədə artmasına zəmin yarada bilər.

12/08/2026

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

11/08/2026
11/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

08/08/2026

📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi başladı

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başladı. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

📌 Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

ℹ️ Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

❗️Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

01/08/2026

Azərbaycan–Qırğızıstan əlaqələrində yeni mərhələ: müttəfiqlik, investisiya və humanitar əməkdaşlıq

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatda ən önəmli mesajlardan biri Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsidir. Prezident İlham Əliyevin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri göstərir ki, tərəflər bundan sonra beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi daha da gücləndirməyi, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq istiqamətində koordinasiyalı fəaliyyət göstərməyi qarşıya məqsəd qoyurlar. Bu yanaşma Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə də mühüm töhfə verir. Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması iqtisadi tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm addımdır. Bu qərar hər iki ölkənin birgə investisiya layihələrinə daha çox maliyyə resursu ayırmaq niyyətini nümayiş etdirir. Fond vasitəsilə sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi, istehsalın genişlənməsi və yeni iş yerlərinin yaradılması gözlənilir. İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyəsi hesabına tikilmiş "Bakı Resort & Spa" hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın real nəticələrindən biridir. Bu layihə Azərbaycanın xarici investisiya siyasətinin uğurlu nümunəsi olmaqla yanaşı, iki ölkə arasında turizm və xidmət sektorunda əməkdaşlığın genişlənməsinə xidmət edir. Prezident İlham Əliyev Qırğızıstanın Qarabağın yenidən qurulmasına verdiyi dəstəyi xüsusi vurğulayaraq Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin tikintisini qardaşlığın rəmzi kimi qiymətləndirib. Bu layihə yalnız humanitar yardım deyil, həm də türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin konkret ifadəsidir. Bəyanatda humanitar əməkdaşlığa xüsusi yer ayrılır. Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının açılması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında ortaq tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsinə xidmət edir. Bu təşəbbüslər siyasi və iqtisadi münasibətləri ictimai-humanitar əlaqələrlə tamamlayaraq əməkdaşlığın dayanıqlığını artırır. Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə təşəkkür etməsi Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu, ölkənin regionda siyasi dialoq, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq proseslərində rolunun artmasının göstəricisi kimi qiymətləndirilə bilər. Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji müttəfiqlik mərhələsinə keçdiyini nümayiş etdirir. Bəyanatda siyasi etimadın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, Qarabağın bərpasında həmrəylik, ortaq türk mədəni irsinin qorunması və Mərkəzi Asiyada inteqrasiyanın dərinləşdirilməsi əsas prioritetlər kimi ön plana çıxır. Bu mesajlar göstərir ki, iki ölkə münasibətlərini yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə türk dünyasının birliyi və regional sabitliyin möhkəmləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyan istiqamət kimi qiymətləndirirlər.

31/07/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və ana dilimizin qorunması istiqamətində görülən tarixi işləri əks etdirən əlamətdar bir gündür

Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti cənab Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Address


AZ0200

Telephone

+994263248003

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayonu 2 nömrəli köçkün tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share