Şamaxı rayon Səfalı kənd ümumi orta məktəbi

  • Home
  • Şamaxı rayon Səfalı kənd ümumi orta məktəbi

Şamaxı rayon Səfalı kənd ümumi orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şamaxı rayon Səfalı kənd ümumi orta məktəbi, High School, .

20/09/2026

20 Sentyabr – Dövlət Suverenliyi Günü

Bu əlamətdar gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını, xalqımızın milli birliyini və dövlətçilik iradəsini təcəssüm etdirir.

Dövlət Suverenliyi Günümüz mübarək!🇦🇿

19/09/2026
15/09/2026
10/09/2026

📚 YENİ TƏMAYÜL TƏDRİS MODELİNİN MÜƏLLİMLƏRİNİ TƏQDİM EDİRİK!

Sizə İnternat tipli Şamaxı Avropa liseyində Yeni Təmayül Tədris Modeli üzrə fəaliyyət göstərəcək kimya müəllimi Kərimli Fuad Nadir oğlunu təqdim edirik.

🎓 Təhsili və pedaqoji fəaliyyəti

🔹 2010–2014-cü illərdə Gəncə Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

🔹 2015–2021-ci illərdə Ağsu rayonu Ləngəbiz kənd tam orta ümumtəhsil məktəbində kimya müəllimi kimi fəaliyyət göstərib.

🔹 2021–2026-cı illərdə Ağsu rayonu Muradlı kənd tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirib.

🔹 2026-cı ildən etibarən Ağsu şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində kimya müəllimi olaraq fəaliyyət göstərir.

🏆 Peşəkar fəaliyyəti və uğurları

🔹 Müəllimlərin sertifikatlaşdırılması imtahanında 53 bal toplayıb.

🔹 Pedaqoji fəaliyyəti dövründə şagirdlərinin ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olunmasına nail olub.

🔹 Peşəkar inkişafını davamlı şəkildə təmin etmək məqsədilə müxtəlif təlimlərdə iştirak edib.

🌟 İnanırıq ki, Kərimli Fuad Nadir oğlunun zəngin pedaqoji təcrübəsi, peşəkarlığı və kimya fənninə olan sevgisi Yeni Təmayül Tədris Modelinin tətbiq olunduğu məktəbdə şagirdlərin akademik inkişafına və yüksək nəticələr əldə etməsinə mühüm töhfə verəcək.

08/09/2026

📢 Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır
-----
🏢 Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dərs saatı az olan və ikinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə çalışmaq istəyən bütün fənn müəllimləri üçün qeydiyyata start verilir.

📌 Müraciət üçün tələblər:
🏫 Hazırda Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının ümumi təhsil müəssisələrində müəllim vəzifəsində çalışmaq;
⏰ İkinci iş yerindəki fəaliyyətin əsas iş yerindəki dərs yükünə və iş qrafikinə mane olmaması;
📍 Əsas iş yeri ilə ikinci iş yeri arasındakı məsafənin uyğunluğu.

📝 Müraciət qaydası:
Tələblərə cavab verən namizədlər ərizə ilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi 21; qeyri-iş günləri istisna olmaqla) yaxınlaşaraq müraciət edə bilərlər.
💻 İdarəyə gələ bilməyən şəxslər isə 11 sentyabr 2026-cı il, saat 18:00-a qədər aşağıdakı keçidə daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/spreadsheets/d/1JKS87njj_eJx1muv04z7OBftQ5TaDdkC9ym12iy3Kfg/edit?usp=sharing

🎯 Müraciət edilən fənn üzrə vakansiya olduğu halda, müəllim əvəzçilik qaydasında dərslə təmin olunacaq.
🥇 Bir vakant yerə bir neçə namizəd müraciət etdikdə seçim ardıcıllığı aşağıdakı kimi müəyyən edilir:
1. 🏆 Sertifikatlaşdırma nəticəsi ən yüksək olan namizəd;
2. 📊 Sertifikatlaşdırmada iştirak etməyənlər üçün – sonuncu qiymətləndirmə (MİQ və ya Diaqnostik Qiymətləndirmə) balı ən yüksək olan namizəd.

07/09/2026

📚 YENİ TƏMAYÜL TƏDRİS MODELİNİN MÜƏLLİMLƏRİNİ TƏQDİM EDİRİK!

Sizə İsmayıllı şəhərində yerləşən E. Məmmədov adına 3 nömrəli məktəb-liseydə Yeni Təmayül Tədris Modeli üzrə fəaliyyət göstərəcək fiziki tərbiyə müəllimi Məmmədov Sahib Carullah oğlunu təqdim edirik.

🎓 Təhsili və pedaqoji fəaliyyəti:

🔹 1991–1995-ci illər – Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda fiziki tərbiyə müəllimliyi və məşqçilik ixtisasları üzrə ali təhsil alıb.

🔹 1995-ci ildən – İsmayıllı rayonunun Qərib Məmmədov adına Ruşan kənd tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir.

🔹 1999–2006-cı illər – həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

🔹 2014–2024-cü illər – həmin məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində fəaliyyət göstərib.

🏆 Peşəkar fəaliyyəti və uğurları:

🔹 Müəllimlərin sertifikatlaşdırılması imtahanında 52 bal toplayıb.

İnanırıq ki, Məmmədov Sahib Carullah oğlunun zəngin pedaqoji və idarəçilik təcrübəsi, peşəkarlığı və fiziki tərbiyə fənninə olan sevgisi Yeni Təmayül Tədris Modelinin tətbiq olunduğu məktəbdə şagirdlərin fiziki inkişafına, eləcə də onların intizamlı, iradəli, sağlam düşüncəli və məqsədyönlü şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verəcək.

07/09/2026

Yeni təmayül tədris modelinin müəllimlərini təqdim edirik

Sizə İnternat tipli Şamaxı Avropa liseyində yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək Azərbaycan dili və ədəbiyyat müəllimi Nəbiyev Əmirxan Rza oğlunu təqdim edirik.

Təhsili və pedaqoji fəaliyyəti
📌 2008–2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə ali təhsil alıb.
📌 2013-2014-cü illərdə Şamaxı rayonu Şirvan kənd tam orta ümumtəhsil məktəbində müəllim olaraq fəaliyyət göstərib.
📌2014-cü ildən Şamaxı rayonu Qurdtəpə kənd tam orta ümumtəhsil məktəbində müəllim olaraq fəaliyyət göstərir.
Peşəkar fəaliyyəti və uğurları
🏅 Müəllimlərin sertifikatlaşdırılması imtahanında 52 bal toplayıb.
🎓 Pedaqoji fəaliyyəti dövründə şagirdlərinin ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olunmasına nail olub.

İnanırıq ki, Nəbiyev Əmirxan Rza oğlunun zəngin pedaqoji təcrübəsi, peşəkarlığı və Azərbaycan dili və ədəbiyyat müəllimi fənninə olan sevgisi yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəbdə şagirdlərin akademik inkişafına və yüksək nəticələr əldə etməsinə mühüm töhfə verəcək.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı rayon Səfalı kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şamaxı rayon Səfalı kənd ümumi orta məktəbi:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share