Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi

  • Home
  • Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi

Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi Şirvan şәhәr Tәhsil sektoru, Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta ümumtəhsil məktəbi Şirvan şәhәr 11 nömrәli tam orta ümumtəhsil mәktәbi

Sertifikasiya imtahanında təsviri incəsənət müəllimi Mirzəyeva Təranə yüksək nəticə göstərərək 57 bal toplamışdır.Bu uğu...
19/06/2026

Sertifikasiya imtahanında təsviri incəsənət müəllimi Mirzəyeva Təranə yüksək nəticə göstərərək 57 bal toplamışdır.
Bu uğur münasibətilə Təranə müəllimi ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər, möhkəm can sağlığı və peşəkar uğurlar arzulayırıq. Əzmi, zəhməti və məsuliyyətli fəaliyyəti ilə qazandığı bu nəticə təqdirəlayiqdir.
Uğurlarınız davamlı olsun!

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

Əziz məzunlar, yolunuz daim açıq, qismətiniz uğurlu olsun. Allah sizə sağlam ömür, parlaq gələcək və xeyirli talelər nəs...
13/06/2026

Əziz məzunlar, yolunuz daim açıq, qismətiniz uğurlu olsun. Allah sizə sağlam ömür, parlaq gələcək və xeyirli talelər nəsib etsin. Qazandığınız biliklər həyat yolunuzda sizə işıq tutsun və daim doğru qərarlar verməyinizə kömək etsin. Uca Allah sizi vətəninizə, ailənizə və xalqımıza layiqli övladlar etsin. Amin.

13/06/2026

Məktəbimizdə keçirilən "Son Zəng" tədbiri böyük təntənə və qürur hissi ilə qeyd olundu. Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Tədbirin fəxri qonaqları sırasında şəhid Namiq Xəlilovun anası Təzəgül ana, şəhid Kamran Fərəcovun atası İlqar Fərəcov, həmçinin İcra Hakimiyyətinin və Təhsil Sektorunun nümayəndələri iştirak etdilər. Qonaqlar məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq onlara dəyərli tövsiyələr verdilər.
Şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri tədbirə xüsusi rəng qatdı. Son zəngin sədaları altında məzunlar məktəb illəri ilə vidalaşaraq həyatlarının yeni mərhələsinə qədəm qoydular.
Bütün məzunlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulayırıq.

13/06/2026

Bu gün məktəbimizdə "Son Zəng" tədbiri böyük coşqu və sevinc hissi ilə qeyd olundu. Məzunlar müəllimlərinə və valideynlərinə göstərdikləri qayğı və zəhmətə görə təşəkkürlərini bildirdilər. Tədbirdə şagirdlərin hazırladıqları şeirlər, mahnılar və rəqslər təqdim olundu. Son zəngin sədaları məzunların məktəb həyatı ilə vidalaşaraq yeni həyata doğru ilk addımlarını simvolizə etdi. Onlara gələcək həyatlarında uğurlar və yeni nailiyyətlər arzulayırıq.

İbtidai təhsilə vidaBu gün məktəbimizin 4-cü sinif şagirdləri ibtidai təhsil mərhələsini uğurla başa vuraraq yeni bir pi...
12/06/2026

İbtidai təhsilə vida
Bu gün məktəbimizin 4-cü sinif şagirdləri ibtidai təhsil mərhələsini uğurla başa vuraraq yeni bir pilləyə qədəm qoyurlar. Dörd il ərzində qazandıqları bilik, bacarıq və gözəl xatirələr onların gələcək uğurlarının təməlini təşkil edəcəkdir. Şagirdlərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara orta məktəb həyatında yeni nailiyyətlər arzulayırıq. Müəllimlərə və valideynlərə isə göstərdikləri qayğı və dəstəyə görə təşəkkür edirik. 🌹📚🎓

Şirvan şəhər T. Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində Böyük Summativ Qiymətləndirmənin (BSQ) keçirilmə...
08/06/2026

Şirvan şəhər T. Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində Böyük Summativ Qiymətləndirmənin (BSQ) keçirilməsi davam edir. İmtahanlar məktəb rəhbərliyinin nəzarəti altında şəffaf və obyektiv şəkildə təşkil olunur. Şagirdlərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. BSQ-nin məqsədi şagirdlərin tədris ili ərzində əldə etdikləri nailiyyətləri qiymətləndirməkdir.

Şirvan şəhər T. Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin 4A sinfində insan hüquqlarına həsr olunmuş maari...
08/06/2026

Şirvan şəhər T. Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin 4A sinfində insan hüquqlarına həsr olunmuş maarifləndirici söhbət aparıldı. Söhbət zamanı şagirdlərə hər bir insanın yaşamaq, təhsil almaq, fikir bildirmək və təhlükəsiz mühitdə yaşamaq hüququnun olduğu izah edildi. Mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparıldı, şagirdlərin sualları cavablandırıldı. Tədbirin məqsədi uşaqlarda hüquq və vəzifələrə hörmət hissini formalaşdırmaq və onların hüquqi biliklərini artırmaq idi.

Address

Heydər Əliyev Pr. 1

AZ1800

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi:

  • Want your school to be the top-listed School/college?

Share