İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi

İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi

Share

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi
2023 eTwinnig məktəbi

15/06/2026

Şuşa Bəyannaməsi – Azərbaycan-Türkiyə Müttəfiqliyinin Tarixi Zirvəsi.
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionun siyasi və təhlükəsizlik arxitekturasına mühüm təsir göstərən strateji əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Sənəddə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, müdafiə sənayesi sahəsində birgə fəaliyyətin gücləndirilməsi kimi mühüm istiqamətlər öz əksini tapmışdır.
Bəyannamənin ən mühüm məqamlarından biri tərəflərin milli maraqların qorunması, suverenlik və ərazi bütövlüyünün müdafiəsi istiqamətində qarşılıqlı dəstəyini təsdiqləməsidir. Bu, Azərbaycan və Türkiyənin regional və beynəlxalq məsələlərdə bir-birinin yanında olduğunu bir daha nümayiş etdirmişdir.
Sənədin məhz Şuşa şəhərində imzalanması xüsusi rəmzi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin simvoluna çevrilmişdir. Şuşada imzalanan Bəyannamə Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və Türkiyə ilə qardaşlıq əlaqələrinin təntənəsi kimi tarixə düşmüşdür.
Şuşa Bəyannaməsi yalnız iki dövlət arasındakı münasibətləri deyil, həm də Türk dünyasının inteqrasiyasını və həmrəyliyini gücləndirən mühüm siyasi sənəd hesab olunur. Bu sənəd regionda sülhün, təhlükəsizliyin və sabit inkişafın təmin edilməsinə xidmət edən mühüm strateji platforma yaratmışdır.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəsini ifadə edən tarixi sənəd kimi dəyərləndirilir. “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan bu müttəfiqlik gələcək nəsillər üçün də möhkəm təməl rolunu oynayır və iki qardaş ölkənin birliyinin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirir.

15/06/2026

Tarixi Sərhədləri Aşan Müdriklik: Azərbaycanı Xilas Edən Böyük Missiya
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Ulu Öndər Heydər Əliyev
Tarix sübut edib ki, xalqların taleyində rəhbər amili təkcə dövlətin idarə olunması ilə bitmir; güclü lider həm də bütöv bir millətin təhlükəsizlik qalxanı, geosiyasi fırtınalardan qorunma rəmzidir. Azərbaycanın XX əsr tarixinin ən mürəkkəb, ən ağrılı və eyni zamanda ən şərəfli mərhələləri məhz Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlıdır. Onun həm hakimiyyətdə olduğu, həm də böyük siyasətdən uzaqlaşdırıldığı dövrlərin təhlili bu həqiqəti bir daha tam çılpaqlığı ilə ortaya qoyur.
Siyasi Qalxan Parçalanarkən: 1987-ci İl İsteffası və Başlayan Faciələr
1987-ci ilin oktyabr ayı Azərbaycanın müasir tarixinə ən kritik dönüş nöqtələrindən biri kimi düşdü. SSRİ rəhbərliyində — Siyasi Büro daxilində şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi ədalətsiz, subyektiv və ermənipərəst siyasi xəttə qətiyyətlə etiraz edən Heydər Əliyev tutduğu bütün vəzifələrdən istefa verdi. Bu addım təkcə bir siyasətçinin prinsipial mövqeyi deyil, həm də imperiya rəhbərliyinin gizli məqsədlərinə qarşı ucaldılan bir etiraz səsi idi.
Lakin bu gediş Azərbaycan üçün ağır sınaqların başlanğıcına rəvac verdi. Heydər Əliyevin böyük siyasi çəkisindən, sarsılmaz iradəsindən və Moskvadakı nüfuzundan çəkinən erməni millətçiləri və onların sovet iqtidarındakı gizli himayədarları sanki bu anı gözləyirdilər. Təsadüfi deyil ki, dahi rəhbərin istefasından heç iki həftə keçməmiş, erməni separatçıları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi iddiasını ortaya atdılar.
Tarixi paralellər və faktlar birmənalı olaraq göstərir: əgər həmin illərdə Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunsaydı və ya Azərbaycana rəhbərlik etsəydi, erməni millətçiləri bu çirkin və qanlı ssenarini həyata keçirməyə əsla cürət edə bilməzdilər. Çünki Heydər Əliyev faktoru regional və qlobal miqyasda sabitliyin, ədalətin və milli maraqların ən etibarlı təminatçısı idi.
Səriştəsizliyin Bədəli: İtkilər və Xaos Dövrü
Ulu Öndərin Moskvadan və Bakıdan uzaqlaşdırılmasından sonra Azərbaycanda yaranan rəhbərlik boşluğu, sonrakı mütəvalilik və Moskvaya kor-koranə itaət ölkəmizi uçurumun kənarına gətirdi. Ermənistandan soydaşlarımızın qanlı şəkildə deportasiya edilməsi, Qarabağda alovlanan münaqişə, 20 Yanvar faciəsi və daxili siyasi çəkişmələr xalqın fəlakətinə çevrildi. 90-cı illərin əvvəllərində respublikaya rəhbərlik edən qüvvələrin səriştəsizliyi ucbatından ölkə həm torpaq itkisi ilə üzləşdi, həm də vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə qarşı-karşıya qaldı.
Sözünə Sadiq Lider: Qayıdış və Xilaskarlıq Missiyası
Xalqın tarixi yaddaşı aldanmır. 1993-cü ildə ölkə məhv olmaq təhlükəsi yaşayanda millət yeganə nicat yolunu yenə öz Böyük Oğlunda gördü. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, məqaləmizin epiqrafı olan o məşhur andına — "Həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır" kəlamına son nəfəsinə qədər sadiq qaldı.
Qısa müddətdə daxili xaos dayandırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. "Əsrin müqaviləsi" ilə ölkənin iqtisadi müstəqilliyinin, daxili islahatlarla isə hüquqi dövlət quruculuğunun təməli qoyuldu. Ən əsası, bu gün bütün dünyanın heyranlıqla bəhs etdiyi nizami və rəşadətli Azərbaycan Ordusunun formalaşması prosesinə start verildi.
Tarixin Dərsi: Heydər Əliyevin irsi bizə öyrədir ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, daxili və xarici təhdidlərə sinə gərmək ondan qat-qat çətindir. Bu yolda ən böyük silah isə milli birlik və sarsılmaz lider iradəsidir.
Vəsiyyətin Zəfəri
Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik bünövrəsi Azərbaycanı ən böyük hədəfinə çatdırdı. Onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağ düyününü birdəfəlik həll etdi.
Ulu Öndərin 1987-ci ildə başlayan və xalqımızın qəlbində yara buraxan o ağır tarixi mərhələ, 2020-ci ilin Vətən Müharibəsi və sonrakı antiterror tədbirləri ilə tam və qəti Qələbə ilə taclandı. Bu gün suverenliyi tam bərpa olunmuş, üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda qürurla dalğalanan rəşadətli Azərbaycan, məhz dahi rəhbərin ömrünü həsr etdiyi o müqəddəs müstəqilliyin ən möhtəşəm abidəsidir.
Hazırladı: İsmayıllı rayonu Gəndov kənd ümumi orta ümumtəhsil məktəbin direktoru Nazim Salmanov Msayib oğlu

Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 12/06/2026
Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 12/06/2026

12.06.2026- cı il tarixində məktəbin bir sıra şagirdlərinə nümunəvi davranışlarına və tədbirlərdə fəal iştirakına görə yaşıl kartlar təqdim edildi.

Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 09/06/2026

Bu gün şagirdlərlə milli mənəvi dəyərlərimiz mövzusunda söhbət keçirildi . Milli mənəvi dəyərlərin əhəmiyyəti izah olundu

Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 08/06/2026

08.06 .2026 -cı il tarixdə məktəbimizdə məktəbimizin psixoloqu Q.Rzayev 2026 -cı il ərzində " Dayanıqlı İnkişaf Məqsədlərinin Maarifləndirilməsi" üzrə görülmüş və görüləcək işlər barədə şagirdlərə maarifləndirici məlumatlar verdi.
"Dayanıqlı İnkişaf" nədir ? sualını isə - "hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf" olduğunu bildirərək şagirdlərin diqqətinə çatdıraraq cavablandırdı.

Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 08/06/2026

Məktəbin kimya və biologiya müəllimi K. Murğuzova sağlam həyat tərzi haqqında şagirdlərlə maarifləndirici söhbət apardı

Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 04/06/2026

04.06.2026 cı il tarixində məktəbimizin direktoru N.Salmanov növbəti dəfə IX sinif şagirdlərinin valideynləri ilə valideyn iclası keçirdi.
İclasda valideynlərlə şagirdlərin buraxılış imtahanlarında göstərdikləri nəticələr təhlil edilərək, şagirdlərin gəkəcək peşə seçiminə düzgün istiqamətləndirilməsi məqsədi ilə peşəyönümlü təhsilin əhəmiyyəti barədə valideynləri maraqlandıran suallar cavablandırılaraq, şagirdlərin öz seçimini etməsi barədə də maarifləndirici məslət və tövsiyələr verildi.

Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 04/06/2026

04.06.2026 cı ilntarixində məktəbimizdə direktor N.Salmanov tərəfindən tədbirlər planına uyğun olaraq növbəti dəfə valideyn məmnunluğu çərçivəsində valideynlərlə görüş keçirildi.

Photos from İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi 's post 04/06/2026

Bu gün Azərbaycanın xalq şairi, tərcüməçi,pedaqoq həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü Mikayıl Müşfiqin doğum günü münasibətilə kitabxanada VII sinif şagirdləri ilə birlikdə şairin əsərləri müzakirə olundu.Kitabxanaçı Bağırova Əsmər şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verdi.Onun ən məşhur əsərlərindən olan "Yenə o bağ olaydı","Necə əl çəkim" şeirləri şagirdlər tərəfindən səsləndirildi.

Want your school to be the top-listed School/college?

Website