08/10/2025
Vətən müharibəsinin başladığı ilk günlərdən “Dəmir yumruq” əməliyyatını uğurla həyata keçirən Azərbaycan Ordusunun rəşadəti sayəsində hər gün cəbhədən qələbə xəbərləri alırdıq.
Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk rayon oldu və bu xəbəri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi.
Cəbrayıl şəhərinə səfər etmişdilər. İşğaldan azad olunmuş Xudafərinə üçrəngli Azərbaycan bayrağının sancılması çox böyük əhəmiyyət kəsb edirdi. Dünyada yaşayan bütün azərbaycanlılar torpaqlarımızın işğaldan azad olunmasını çox böyük fəxarət hissi ilə qeyd edirdilər. Cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və praqmatik siyasət nəticəsində Azərbaycan Qafqazın ən güclü ölkəsinə çevrilmişdir. İşğldan azad olunmuş torpaqlarımızın hamısında geniş abadlıq-quruculuq işləri görülməkdədir. Dost və qardaş Türkiyə şirkətlərinin dəstəyi və birgə iştirakı ilə böyük infrastruktur layihələri icra edilir. Şəhərlərimiz, kəndləriimiz, qəsəbələrimiz gündən-günə abadlaşaraq daha gözəl olacaqdır. Yağı düşmənə göz dağı verən Rəşadətli Ordumuz vətənimizin sərhədlərini, ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur. Üzun illər davam edən münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan bütün addımlar heç bir nəticə vermədi. Beynəlxalq təşkilatlatların münaqişənin həllinə biganə yanaşması və ikili standartları hərb variantını qaçılmaz edirdi. Azərbaycan hər zaman öz rəsmi mövqeyini bildirmişdir ki, Ermənistan işğal edilmiş torpaqlarımızı barış yolu ilə geri qaytarmasa hərb yolu ilə geri alınacaqdır. BMT qətnamələrinin heç birinə məhəl qoymayan mənfur Ermənistanın başı üzərində “dəmir yumruğu” göstərməyin zamanı gəlmişdir. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəhbərliyi ilə Şanlı Ordumuzun şücaəti və qədirbilən xalqımızın həmrəyli ilə bütün torpaqlarımız işğaldan xilas edildi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərimz bütün cahanda dillər əzbəridir. Qarabağın işğaldan azad olunması yolunda ilk cığırlarımız Suqovuşandan, Cəbrayıldan, Hadrutdan başlamışdır. Azadlığın mübarək Cəbrayıl!