13/05/2026
Peşə etikasına ziddir:
- Dəyərləndirmə zamanı başqa mütəxəssisi , başqa mərkəzi pisləmək
- Dəyərləndirmə zamanı ancaq biz edirik , heç kəs bizim kimi edə bilmir demək
- Müraciət edənin başqa mərkəz və ya mütəxəssis haqqında danışdığına qulaq verib onu daha da alovlandırmaq
Bunları bağlı qapıda etmək peşə etikasına ziddir. Üstəlik bunları çəkib paylaşmaq isə ən ucuz reklamdır.
Bu nəyə səbəb olur? Hər sahədə olduğu kimi bizim sahədə də qeyri peşəkarlar var. Bu yolla insanlarda güvənsizlik yaradırsız, başqalarının çox qiymətli işini heç edirsiniz. Ümumi danışıb hər kəsin işini qaralamaq isə peşəkara yaraşmaz. Amma kimlərə yaraşar ? Yəqin bilirsiz.