14/06/2021
👩🏫Xaricə və ya xaricdən öz ölkənə pul göndərərkən beynəlxalq köçürmələrin qiymətini minimuma endirmək üçün həmişə ən yaxşı təklifi tapmaq istəyirsən. Məlum məsələdir ki, banklarda olan yüksək komissiya faizləri və exchange zamanı olan yüksək valyuta mübadiləsi kursu, pul köçürməsi zamanı məbləğin əhəmiyyətli bir hissəsinin itkisinə səbəb olur.Bu səbəbdən ən asan yol, ailəsinə və dostlarına pul göndərərkən mümkün qədər qənaət etmək üçün ən sərfəli beynəlxalq transfer xidmətini tapmaqdır.
📌 Bu paylaşımda xaricə pul köçürməyin ən sərfəli yollarının bəzilərindən bəhs edəcəyik:
🔸1. İki tərəfli pul dəyişimi.
Polşada və digər ölkələrdə həmyerlilərimiz arasında populyar olan bir yollardandır. Məsələn, əgər siz Azərbaycandan Polşaya bir yaxınınıza 500 azn ( ~1000 pln) məbləğində pul göndərmək istəyirsinizsə, o zaman Polşadan Azərbaycana pul köçürmək fikrində olan bir şəxs tapırsınız və pulları dəyişirsiniz. O köçürmək istədiyi məbləği sizin göndərəcəyiniz şəxsə verir, siz isə onun göndərəcəyi şəxsə. Bu zaman nə komissiya üçün əlavə pul ödənilir, nə də exchange zamanı bank kursu mövcud olur. Belə imkanları və insanları hər bir ölkədə olan Azərbaycanlıların böyük sosial şəbəkə qruplarında tapmaq olur.
▶(komissiya yox, valyuta itkisi yox)
🔹2. Paysend mobil tətbiqi.
Bu mobil tətbiq kimi platformalar yaranandan bəri bir çox şəxsin pul köçürməsi zamanı qarşılaşdığı problem öz həllini tapdı. Paysend köçürmə zamanı məbləğdən asılı olmayaraq kiçik komissiya (4.90 pln) və valyuta kursunda kiçik fərq tutulur mobil tətbiq tərəfindən. Lakin pul köçürməsi zamanı rahatlıqla “pln” kartından “azn” kartına köçürmək mümkündür. Paysend hazırda 3.7 milyondan çox müştəriyə, 17 min KOBİ-yə xidmət edir və dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərir.
▶(komissiya var, valyuta itkisi var)
📌 Ardı şərhlər bölümündə ...