05/08/2023
Bugün sizə Litvada təhsil və yaşam barəsində danışacağıq 🇱🇹
Təhsil 👨🎓
Litvada oxumağı düşünürsünüzsə, 30-dan çox universitetin 500-ə yaxın təhsil proqramlarına müraciət edə bilərsiniz. Vilnüs Universiteti, Vilnüs Tech, Kaunas Texnoloji, Vytautas Magnus, Mykolas Romeris kimi Universitetlər dünya reytinqlərinə hər il daxil olurlar. Bir çox universitetlər minimum ÜOMG (GPA) tələb etmirlər. Həmçinin, Litva Dövlət Təqaüdünü qazandığınız təqdirdə, aylıq 490 avro təqaüdlə birlikdə təhsil haqqından azad olunursunuz.
Litva tələbə vizası ən rahat alına bilən vizalardan biridir. Heç bir “blok” bank hesabına ehtiyac olmayaraq, 1 həftə ərzində vizanı əldə edə bilərsiniz.
Yaşam və karyera:
Aylıq yaşam xərcləri 400-500 avro arası dəyişə bilər. Tələbələr üçün aylıq nəqliyyat haqqı 6 avro təşkil edir. Litva dilini bilmədən çox rahat şəkildə ingilis və rus dillərində yerli sakinlərlə ünsiyyət qura bilərsiniz. Təhsilinizi bitirdikdən sonra Litvada qanuni şəkildə 1 il qalıb iş axtarma imkanınız var. Tələbə kimi siz artıq rəsmi şəkildə işləyə bilərsiniz. Beynəlxalq şirkətlərin mövcudluğu sizə rahat şəkildə iş tapmaq imkanı yaradır. 🎯
Təhsil və yaşam:
• Bakalavr, Magistratura və Doktorantura (PhD) dərəcələri üzrə 500 dən çox təhsil almaq imkanı 👨💻
• Top Universitetlər – Vilnüs Universiteti, Vilnüs Tech, Kaunas Texnoloji Universiteti, Vytautas Magnus Universiteti, Mykolas Romeris Universiteti. 👨🎓
• ÜOMG (GPA) tələbin olmaması 👍🏻
• Rahatlıqla əldə edilən tələbə vizası (1 hətfə ərzində) – “Blok” bank hesabın olmaması 📋
• Aylıq ucuz yaşam xərcləri – 400-500 avro 💸
• İş imkanları – həm işləmək həm də oxumaq imkanı 💼
• İngilis və rus dillərinin geniş işlənilməsi 🗣️
Litva haqqında maraqlı faktlar:
• Avropada ən sürətli və ucuz internetlərdən biri 💻
• Startup-lar ölkəsi 🧑💻
• Basketbol sevgisi. Litvalılar basketbola olan sevgilərilə məşhur bir xalqdır. Basketbol zarafatla ikinci din hesab edilir. 🏀
• Dünyanın Amber-Kəhraba Paytaxtı kimi tanınır. Baltik dənizi sahilində amber (kəhraba) daşına rahatlıqla rast gəlinir. 🌊
• Litva dili ən qədim dillərdən biri kimi hesab edilir. 📜
Bəs siz, bu faktları bilirdiniz? 🫡