Koreyaya təhsil səyahətinə yola düşün!
Təhsil alıb, səyahət edib, eyni zamanda Koreyada əyləncəli part-time işlərdə çalışaraq Koreya mədəniyyətini öyrənə biləcəyiniz Koreyada təhsil.
Koreyada təhsil barədə bilmək istəyirsiniz, elə deyil mi?
İstədiyiniz sualları ünvanlaya biləcəyiniz və cavablandıracağımız fərdi konsultasiyalar sizlər üçün təşkil edirik.
İstədiyiniz tarix və saatda konsultasiya üçün müraciət edə bilərsiniz.
Bizim mesaj qutusu hər zaman açıqdır.
* Valideynləriniz ilə birgə iştirak edə bilərsiniz.
*Görüşlər Zoom platformasında online keçirilir.
(Görüntülü kameranı bağlaya bilərsiniz.)
Gəlin, birlikdə Koreyaya təhsil üçün maraqlı səyahət edək!
https://us06web.zoom.us/j/5917881807?pwd=RTlmU1UxRXQyaU5FU1M5L1R1TVVsdz09
İclas ID : 591 788 1807
Parol : addie
Koreyada peşəkar xaricdə təhsil qrupu ADDİE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Koreyada peşəkar xaricdə təhsil qrupu ADDİE, Educational consultant, 남성로 30-1, Daegu.
Koreya Universitetləri ilə bağlı məlumatlar,Koreyada təhsil üçün nəzərdə tutulmuş təqaüdlər, Koreya dramaları, Koreyada işləməklə bağlı məlumatlar, Koreya həyatı ilə bağlı məlumatlar.
Onlayn seminarın ZOOM linkini sizlərlə paylaşıram.
Link:
https://us06web.zoom.us/j/5917881807?pwd=RTlmU1UxRXQyaU5FU1M5L1R1TVVsdz09
Görüşün IDsi: 591 788 1807
Şifrə: addie
* Otağa daxil olub gözləsəniz, biz sizi qəbul edəcəyik.
* Paylaşdığımız linkə tıklayıb şifrəni yazaraq da daxil ola bilərsiniz.
* Linkdə xəta olarsa, görüşün ID-sini və şifrəni yazaraq daxil ola bilərsiniz.
Saat 2-də görüşənədək. Təşəkkür edirəm.
Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...
27/08/2022
Koreyada təhsil almaq həyatınızdaki uğurlu dönüş nöqtəsi ola bilər!!
Koreyada uğurla təhsil almağın bütün yollarını sizlərlə bölüşmək üçün onlayn seminar təşkil edirik.
Bizimlə birlikdə məqsədlərinizə meydan oxuyun. Gələcəyiniz dəyişəcək!!
Tarix: 3 sentyabr (şənbə), saat 14:00 (Bakı saatı ilə)
Məkan: Zoom (Login linki seminar günü (3 sent) Koreyada Təhsillə bağlı Facebook Qrupunda elan olunacaq).
* Valideynlərinizlə birlikdə iştirak edib suallarınızı birlikdə verməyinizi tövsiyə edirik.
* Şərhlərdə iştirak etmək istəyib istəmədiyinizi qeyd edin.
* İştirakçılar çox olarsa, seminar iki seansa bölünə bilər.
* Koreyada Təhsillə bağlı Facebook qrupunun linki aşağıda paylaşılıb. Qrup üzvlüyü üçün müraciət edin və seminar günü(şənbə günü) login linki burada paylaşılacaq.
Koreyada Təhsillə bağlı Facebook qrupunun linki:
https://www.facebook.com/groups/3224041067870613/?ref=share_group_link
23/08/2022
Koreyada part-time iş haqqında məlumat.
Koreya qanuni olaraq əcnəbi tələbələrin part-time olaraq işləməsinə icazə verir.
Koreyada saat başına minimum əmək haqqı 2020-ci ildə 8590 von, 2021-ci ildə 8720 von, 2022-ci ildə 9160 von, 2023-cü ildə 9620 von/saat təşkil edir.
Ancaq son zamanlar Koreyada restoran və sadə əmək tələb edən işlər üçün işçi çatışmazlığı səbəbindən saatlıq əmək haqqı əhəmiyyətli dərəcədə yüksəkmişdir.
Məsələn)
TOPIK səviyyəsi 3 olan Koreya universitetinde bakalavr təhsili alan tələbə aşağıdaki kimi part-time işləyə bilər:
Həftə içi 5 saat, həftə sonları 8 saat, həftədə 1 gün istirahət
20 (saat) * 4 (həftə)/həftə içi + 20 (saat) * 4 (həftə)/həftə sonu = 160 saat * 9,500 von
= 1.520.000 KRW/ay (2.000 manat/ay, $1150/ay)
Aşağıdakı məlumat Koreya hökuməti tərəfindən müəyyən edilmiş tələbə vizasında icazə verilən part-time məşğulluq fəaliyyətləri haqqındadır. Buna istinad edə bilərsiniz.
19/08/2022
Salam.
Koreyada təhsil almağa hazırlaşarkən sizə lazım olan məlumatları paylaşırıq.
Bugün sizə Koreyada təhsil almaq üçün lazım olan təhsil planı haqqında sizə məlumat verəcəyəm.
2 cür, universitetə qəbul üçün təqdim olunan təhsil planı və vizaya müraciət edərkən səfirliyə təqdim olunan təhsil planı var.
Universitetə təqdim olunan təhsil planının hər bir universitet üçün fərqli formatı var, ona görə də müraciət etdiyiniz universitetin formasını dəqiqləşdirin.
İndi qısaca təhsil planının məzmununu izah edəcəyik.
Təhsil planında siz sadəcə özünüzü təqdim etməli və Koreyada hansı məqsədlə təhsil almağı planlaşdırdığınız barədə plan yazmalısınız.
Məsələn:
1. Özünü təqdim etmə
- Doğulduğunuz yer, ailə məlumatları, valideynlərin peşəsi, cinsiyətiniz, güclü və zəif tərəfləriniz, gələcək arzularınız (nəyə nail olmaq istəyirsən), gələcək arzularınızın yaranma səbəbi və bu günə qədər könüllülük fəaliyyəti və s. varsa onlar barədə yazmalısınız.
2. Təhsil planı
- Koreyada təhsil almağa qərar verməyinizə səbəb
- Koreyada təhsil almaq istədiyiniz ixtisası seçmə səbəbiniz
- Koreya dilini sürətli öyrənmək üçün öz üsulunuz
- Koreyada təhsil alarkən təcrübə etmək istədiyiniz xüsusi fəaliyyət növü (universit klubları və s.)
- Öz xəyalınıza çatmaq üçün Koreyada xaricdə təhsildən necə istifadə edəcəyiniz barədə qısa plan
Yuxarıda göstərildiyi kimi yaza bilərsiniz.
Aşağıdakı şəkil Kwangwoon Universitetinin təhsil planı forması və Koreya Səfirliyinə təqdim etmək üçün olan təhsil planı formasıdır.
17/08/2022
Koreyada təhsil almaq üçün SIS (Student in Shield) Proqramı
🇦🇿🇰🇷Koreya mədəniyyət turu
👉 Koreyanın gözəl yerlərini və k-drama çəkiliş yerlərini ziyarət proqramı
🇦🇿🇰🇷Part-time iş məlumatlarının verilməsi
👉 Gündə 4-5 saat = ayda 1,5 milyon von ~ 2 milyon von (1,500 dollar ~ 2,000dollar)
👉 Koreyada part-time iş üçün saatlıq əmək haqqı yüksəkdir
👉 Part-time işləyə və həmçinin Koreya dilinidə öyrənə bilərsiniz.
🇦🇿🇰🇷Karyera məsləhət xidməti
👉 Universiteti bitirdikdən sonra işə düzəlmək sizi niyə narahat edir? Çünki xaricdə təhsil üçün necə qərar verməyi bilmədiyiniz üçün.
👉 Bir çox əcnəbi tələbələrin məzun olduqdan sonra iş tapa bilməməsi və vətənə qayıtmasının səbəbi onların karyera yollarını düşünməmələridir.
👉 ADDIE ixtisas seçərkən dəqiq hədəf təyin etmək üçün sizə məsləhət xidmətləri təqdim edir.
🇦🇿🇰🇷Erkən Uyğunlaşma Proqramı
👉 Koreyada təhsil almaqdan narahatsınız? Erkən Uyğunlaşma Proqramı Koreyaya uyğunlaşmanıza kömək edəcək.
👉 İctimai Nəqliyyatdan İstifadə qaydaları, mobil nömrə ilə təmin olunma (USIM), bank hesabının açılması, yerli marketlər barədə məlumat, Koreyada yaşayış qaydaları
🇦🇿🇰🇷Qarşılama xidməti
👉 ADDIE sizə hava limanından universitet yataqxanasına qədər təhlükəsiz şəkildə bələdçilik edəcək.
Koreyada Uğurlu Təhsil üçün SIS Proqramı
Mütləqdir, seçim deyil!!
Aşağıda Vyetnamlı beynəlxalq tələbələrin SIS Proqramı fəaliyyətlərinin fotoşəkili gösrilmişdir.
17/08/2022
Qwanqunq Universıteti(Kwangwoon University) bakalavra qəbul ilə bağlı məlumatı sizinlə paylaşıram.
Qəbul şərti TOPIK 3 və 3-dən yuxarıdır.
İlk semestr TOPIK 3-cü səviyyə: universitet ödənişinin 70%-dən azad olunur.
İlk semestr TOPIK 4-cü səviyyə: universitet ödənişinin 80%-dən azad olunur.
Növbəti semestrlərdəki təqaüd əvvəlki semestrdəki ortalama(transkript qiymətlərinə) qiymətlərinə görə dəyişir:
Ortalama 4.3dən yuxarı (90-96):
TOPIK 3-cü səviyyədən aşağı=> 80%
TOPIK 4-cü səviyyədən yuxarı => 100%
Ortalama 4.0~4.3(90~96):
TOPIK 3-cü səviyyədən aşağı => 60%
TOPIK 4-cü səviyyədən yuxarı => 80%
3.5~4.0(85~89):
TOPIK 3-cü səviyyədən aşağı => 40%
TOPIK 4-cü səviyyədən yuxarı => 60%
3.0~3.5(80-84):
TOPIK 3-cü səviyyədən aşağı => 20%
TOPIK 4-cü səviyyədən yuxarı=> 40%
* Təqaüdlər ixtisaslara uyğun dəyişə bilər.
* Yuxarıda qeyd olunan təqaüd sistemi 2022 üçündür, 2023 üçün dəyişə bilər.
* Zəhmət olmasa əlavə edilmiş fotoşəkilə baxın və əgər sizə ingilis və ya rus dilində məlumat lazımdırsa, zəhmət olmasa, bizə mesaj göndərin.
17/08/2022
Cecu Beynəlxalq Universiteti(Jeju İnternational University)ndə Koreya dili kursunda təhsil alan vyetnamlı tələbə Qaçon Universitetində magistraturaya daxil olmuşdur. Təbrik edirik.
제주국제대학교에서 한국어를 공부하는 베트남 학생이 가천대학교 석사과정에 합격했네요.
축하해요.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
남성로 30-1
Daegu
41933