Kürdəmir Rayon Təhsil Şöbəsi

Kürdəmir Rayon Təhsil Şöbəsi "Təhsil millətin gələcəyidir" digər səhifələrdə əsas mənbəyini işarə etməmiş paylaşılması qadağandır.

Kürdəmir Rayon Təhsil Şöbəsinin facebook səhifəsindən istifadə qaydaları:

- Səhifədə Kürdəmir Rayon Təhsil Şöbəsinin səlahiyyətlərinə aid olmayan suallar cavablandırılmır
- Səhifədə reklam yerləşdirmək qadağandır
- BÖYÜK HƏRFLƏRLƏ yazılan müraciət, şərh, sual və s. pozulacaq
- Təhqir, böhtan sözlərdən istifadə edən istifadəçi dərhal səhifədən kənarlaşdırılacaq.
- Səhifədə payaşılan məlumatların (foto, video, yazı və s.)

15/05/2023
09/07/2015

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanının 1.24-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi
müəyyən edilsin:
məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat;
bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə
məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin,
məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs
yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);[1]
ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili
məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat;
ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və
konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla (bu
zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə,
eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan
vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri,
laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü
ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az
olmamalıdır).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 24 noyabr 2010-cu il
№ 215
1. 27 dekabr 2013-cü il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 08 yanvar 2014-cü il, № 1, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1646)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 dekabr 2013-cü il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 08 yanvar 2014-cü il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, № 12, maddə 1646) ilə 1-ci hissəsinin üçüncü abzasında "2 (iki)" rəqəm və sözü "3
(üç)" rəqəm və sözü ilə əvəz edilmişdir.

26/05/2015

Rayonumuzun təhsil müəssisələrində işləyən pedoqoji işçilər may ayı üçün nəzərdə tutulan əmək haqqılarını və sosial ödənişlərini plastik kartları vasitəsilə günün ikinci yarısında bonkomatlardan ala bilərlər.

Təbrik edirik.B.Məmmədov adına Mürtülü kənd tam orta məktəbinin VII sinif şagirdlərindən ibarət futbol komandası "Coca-C...
25/05/2015

Təbrik edirik.
B.Məmmədov adına Mürtülü kənd tam orta məktəbinin VII sinif şagirdlərindən ibarət futbol komandası "Coca-Cola" şirkətinin və AFFA-nın keçirdiyi XVI zona qaliblərinin Respublika birinciliyi uğrunda yarışında ikinci yeri tutaraq qalib olmuşlar!

23/05/2015
11/05/2015

Təhsil naziri Mikayıl Cabbarov ““Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.
Əmrə əsasən, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qərara alınıb.
““Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri (http://edu.gov.az/view.php?lang=az&menu=81&id=10591)

05/05/2015

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsini və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1.“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2.2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).
3.İnsan resursları şöbəsi (F.Qədirov), İlk peşə və orta ixtisas təhsili şöbəsi (S.Vəliyev):
3.1.Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etsinlər;
3.2.01-10 iyun 2015-ci il tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 01-15 iyul 2015-ci il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
4.Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin.
5.İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsinlər.
6.İnsan resursları şöbəsi (F.Qədirov):
6.1.İşə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini təmin etsin;
6.2.Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7.Yerli təhsili idarəetmə orqanları daxil olmuş müraciətlər əsasında 01-10 may 2015-ci il tarixlərində ümumtəhsil müəssisə rəhbərlərinin rəylərini nəzərə almaqla müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini təşkil etsinlər.
8.Yerli təhsili idarəetmə orqanlarının, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
8.1.2015-ci il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatların müəyyən edilmiş forma üzrə (forma əlavə olunur) elektron proqram təminatına daxil edilməsini təmin etsinlər;
8.2.Müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etsinlər;
8.3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin vaxtında verilməsini təmin etsinlər;
8.4.Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək müəyyənləşdirilmiş formada Təhsil Nazirliyinə elektron və yazılı məlumat təqdim etsinlər.
9.İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
10.Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin.

Əsas: İnsan resursları şöbəsinin müdiri F.Qədirovun təqdimatı

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
29 aprel 2015-ci il
№ 511

05/05/2015

Kürdəmir şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Leyla Cəbrayılova I yerə layiq görülmüşdür.
Mayın 5-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüblər.
Artıq 9-cu ildir ümumtəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas təhsili məktəblərinin tələbələri arasında təşkil olunan inşa yazı müsabiqəsi Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilir.
Qaliblərin mükafatlandırılması mərasimində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov müsabiqənin şagird və tələbələrin ümummilli liderimizlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Nazir ölkəmizin bütün bölgələrini əhatə edən müsabiqənin ümummilli liderimizin fəaliyyətinin müxtəlif sahələrini əhatə etdiyini vurğulayıb.
Respublika mərhələsinin iştirakçıları arasından 16 nəfər I, 19 nəfər II, 22 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. I-IV yerlərə layiq görülmüş 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc edilib. Kürdəmir şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Leyla Cəbrayılova I yerə layiq görülmüşdür. Təbrik edirik!!!
Qeyd edək ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib

02/05/2015

Mayın 9-da Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrində iməcilik keçiriləcək. Təhsil naziri Mikayıl Cabbarov faşizm üzərində qələbənin 70 illiyi və mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqramma imzalayıb.

Müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçiriləcək iməciliklərdə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi nəzərdə tutulub.

14/04/2015

Təbrik edirik!
Kürdəmir rayonunda Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Qələbəyə doğru” adlı intellektual yarışın regional seçim turu keçirilmişdir

Kürdəmir rayonunda 14 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kürdəmir rayon İcra Hakmiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Qələbəyə doğru” adlı intellektual yarışın regional seçim turu keçirilmişdir. Seçim turunda Kürdəmir rayonu ilə yanaşı Şirvan şəhəri, Ağsu, Göyçay, Ucar, Sabirabad, Saatlı, Kəlbəcər, Hacıqabul rayonlarını təmsil edən dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 6 nəfər (biri sağlamlıq imkanları məhdud olmaqla) IX-XI sinif şagirdlərindən ibarət olan komandalar iştirak etmişlər.
3 saat müddətində davam edən yarışmada komandanın üzvləri onlara təqdim edilən sualları cavablandırmaqla özlərinin bilik, bacarıq və intellektual səviyyələrini nümayiş etdirmişlər. Gərgin mübarizə şəraitində keçən seçim turunun qalibi – Kürdəmir rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komanda Bakı şəhərində keçiriləcək yarışmanın respublika mərhələsində iştirak etmək hüququ qazanmışlar.

10/04/2015

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
16 may 2014-cü il tarixli,
600 nömrəli əmri ilə təsdiq edilmişdir
MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI
1. Ümumi müddəalar
1.1. Müəllimlərin etik davranış qaydaları (bundan sonra - Qaydalar) təhsilin
bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi
davranışını və təhsil prosesi iştirakcıları ilə qarşılıqlı munasibətlərini
tənzimləyən normalar məcmusundan ibarətdir.
1.2. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər
qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakcılarının etik standartlar
modeli”nə uyğun hazırlanmışdır.
1.3. Bu Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun
tələbləri, təhsil prosesi iştirakcılarının qarşılıqlı munasibətlərinin
xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.
1.4. Bu Qaydalar bütün növ təhsil muəssisələrində calışan müəllimlərə şamil
edilir.
1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil muəssisələrində sağlam işguzar
durumun bərqərar olmasına, vətəndaşların təhsil muəssisəsinə və muəllimə
etimadının artırılmasına, təhsil muəssisələrinin idarə olunmasında
valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə,
təhsil muəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına,
təhsil muəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının
qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan
ibarətdir.
2. Etik davranış prinsipləri və onlara uyğun tələblər
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli
və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan
Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə
Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələrin tələblərinə,
insan huquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə
fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün
hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərcivəsində
peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının
keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar
fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil
2
sisteminə, təhsil müəssisəsinə və təhsil işcilərinə inamını artırmalı və
möhkəmləndirməlidir.
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və
digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə
əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,
cıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil
müəssisəsinin işguzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə
davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə
fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və
onlardan düzgün nəticə cıxarmalıdır. Müəllim səmimi, calışqan, intizamlı,
təşəbbuskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman
səliqəli olmalıdır.
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı,
irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə,
əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər
iştirakcılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin
mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol
verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və
səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə
fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.
Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın
cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı
olaraq əməl etməlidir.
İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim
adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını
pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın
bərpasına calışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV
nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına
kömək göstərməlidir.
Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla,
müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin,
habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların
konfidensiallığını təmin etməlidir.
3. Müəllim şəxsiyyəti
3.1. Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin
yerinə yetirilməsi və huquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.
3.2. Müəllim təhsil sahəsində dovlət siyasətinin həyata kecirilməsində iştirak
edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin
edir.
3.3. Müəllim təhsilalanlarda fəal vətəndaş movqeyi formalaşdırır, onları
vətənpərvərlik, azərbaycancılıq və dovlətcilik ruhunda tərbiyə edir, müstəqil
həyata və əmək fəaliyyətinə hazırlayır.
3
3.4. Müəllim əlavə təhsil və ozunutəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və
peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və gostəriciləri uzrə
araşdırma və təhlillər aparır, keyfiyyətin yuksəldilməsi və nailiyyətlərin əldə
edilməsi üçün təkliflərlə cıxış edir.
3.5. Müəllim yenilikcidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir
və oz təcrubəsində tətbiq edir.
3.6. Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə gorə və hər bir
təhsilalanın intellektual, emosional, mənəvi inkişafı ucun məsuliyyət daşıyır.
3.7. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların
mədəni inikişafı prosesində birbaşa iştirak edir.
3.8. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai
etimad və horməti doğruldur.
3.9. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, muəllim nufuzunu
yüksək tutur, ziyalılıq numunəsi göstərir.
3.10. Müəllim şəxsi numunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, dovlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf muhitə hormət və qayğı hissi aşılayır.
3.11. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hormətlə yanaşır, əsassız
mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik numayiş etdirir.
3.12. Müəllim peşə fəaliyyəti dovrundə maraqların toqquşmasına yol vermir və
vəzifə səlahiyyətlərindən şəxsi maraqları ucun istifadə etmir.
3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə
həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə
görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
3.14. Müəllim təhsil muəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir,
onu qoruyur. Müəllim təhsil muəssisəsinə məxsus əmlakdan (sinif otağı,
tədris resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün
istifadə etmir.
3.15. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə
məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.
3.16. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət
edir.
4. Münasibətlər
4.1. Təhsilalanlarla münasibət
4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hormətə əsaslanan
ünsiyyət tərzi secməlidir.
4.1.2. Müəllim ozunə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı
və musbət xarakter daşımalıdır.
4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı
bacarmalıdır.
4
4.1.4. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və
inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və
strategiyalarından istifadə etməlidir.
4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını duşunərək, onları
zərərli vərdişlərdən cəkindirməlidir.
4.1.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının
qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda
özünəinam hissini mohkəmləndirməli, motivasiyanı yüksəltməlidir.
Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız
olaraq artırılmasına yol verməməlidir.
4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı
haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini
aradan qaldırmağa calışmalıdır.
4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici
sözlər işlətməməlidir.
4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və
ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10. Qanunvericilikdə muəyyən olunmuş hallar istisna olmaqla, muəllim
təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini
qorumalıdır.
4.1.11. Təhsilalanlarla munasibətdə müəllim oz vəzifə səlahiyyətlərindən suiistifadəyə
yol verməməlidir.
4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək muqabilində təhsilalanlardan
hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
4.1.13.Müəllim qanunvericiliklə muəyyən edilmiş qaydada təhsilalanlara
göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) muqabilində hədiyyə və ya pul
tələb etməməlidir.
4.2. Kollektivlə munasibət
4.2.1. Müəllimlər arasında munasibət əməkdaşlıq və qarşılıqlı hormət prinsipinə
əsaslanmalıdır. Müəllim yalnız şəxsi nufuzunu deyil, işlədiyi təhsil
müəssisəsinin və həmkarlarının da nufuzunu qorumalıdır. Təhsilalanlar və
digər şəxslər qarşısında müəllimin oz həmkarını təhqir etməsi və zor tətbiq
edilməsi yolverilməzdir.
4.2.2. Müəllim oz həmkarının peşəkar baxış və fikirlərinə hormətlə yanaşmalıdır.
4.2.3. Müəllim pedaqoji münasibətlərdə əsassız munaqişə və mubahisələrə yol
verməməlidir. Munaqişə yarandıqda isə onun konstruktiv həllinə
calışmalıdır.
4.2.4. Müəllim umumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə
yol verməməlidir.
4.2.5. Müəllim həmkarlarının fəaliyyətini duzgun qiymətləndirməli, onların
səhvlərinə goz yummamalı, fikir və baxışlarına yonəlmiş tənqidləri təhqirə
çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.
5
4.2.6. Müəllim oz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına
calışmalıdır.
4.3. Rəhbərliklə munasibət
4.3.1. Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik
davranış qaydaları, korrupsiyaya qarşı mubarizə və maraqların toqquşmasının
qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.
4.3.2. Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini,
sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.3. Müəllim təhsil muəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və
tapşırığın qanuna və ya digər normativ huquqi akta zidd olmasına əmindirsə,
o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə
yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
4.3.4. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə
yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3.5. Təhsil muəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl
etməsinə birbaşa məsuliyyət daşıyır.
4.3.6. Rəhbərliyin muəllimlərlə münasibəti qarşılıqlı hormət əsasında
qurulmalıdır.
4.3.7. Rəhbərlik tərəfindən muəllim əməyinin qiymətləndirilməsi həqiqi
xidmətlərinə gorə olmalı, qərəzsiz və ədalətli formada həyata kecirilməlidir.
4.3.8. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi
həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.
4.3.9. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif
olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün
imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən
etməlidir.
4.3.10. Təhsil muəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə
və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif
olunmuş məlumatların verilməsi yolverilməzdir.
4.3.11. Rəhbərlik təhsil muəssisəsinin fəaliyyətinə mənfi təsir gostərən
munaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı,
yaranmış munaqişəni konstruktiv həll etməyə calışmalı və nizam-intizam
yaratmalıdır.
4.4. Valideyn və qanuni numayəndələrlə munasibət
4.4.1.Müəllim valideyn və qanuni numayəndələrin huquqlarını bilməli, mutəmadi
olaraq onlara təhsilalanlarla bağlı tovsiyələr verməli, valideyn və uşaqlar
arasında yaranan munaqişələrin həllində yardımcı olmalıdır.
4.4.2.Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sovq edilməsi
yolverilməzdir.
4.4.3.Müəllim valideyn və digər qanuni nümayəndələrlə hormətlə və nəzakətlə
davranmalıdır.
6
4.4.4. Valideyn və qanuni numayəndələrlə munasibətlər təhsilalanlarla
münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir
göstərməməlidir.
4.4.5. Valideyn və qanuni numayəndələr tərəfindən konüllü və qanuni yollarla
təhsil muəsissəsinə edilmiş yardım, muəllim - təhsilalan münasibətlərinə və
nailiyyətlərin qiymətləndirilməsinə təsir gostərməməlidir.
4.5. Müəllim və cəmiyyət
4.5.1. Müəllim milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını
daşımaqla bərabər cəmiyyətin fəal uzvu olmalıdır.
4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə calışmalıdır. Yalnız peşə
fəaliyyətini həyata kecirərkən deyil, butun hallarda munaqişələrə və yersiz
mübahisələrə yol verməməli, problemlərin həllinə, munaqişələrin qarşısını
almağa calışmalıdır.
4.5.3. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət
üzvləri ilə munasibətlər qurarkən oz şəxsiyyətini qorumalı və mənfi təsir
altına duşməməlidir.
5. Müəllim andı
5.1. And Azərbaycan Respublikası ilə muəllim arasında acıq huquqi borc və
sədaqət munasibətlərini təsdiq edir.
5.2. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and icir: “Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan
təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti
göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir
formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və
digər şəxslərlə munasibətləri hormət, şərəf və ləyaqət əsasında quracağıma,
müəllim adını və şərəfini uca tutacağıma and icirəm.”
5.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dovlət bayrağı
altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata
keçirilir.
5.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində
saxlanılır.
6. Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi
6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.
6.2. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik
tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş
tədbirlər görülür.
6.3. Təhsil müəssisəsinin rəhbərliyi:
6.3.1. yeni işə qəbul olunan muəllimləri bu Qaydalarla tanış etməlidir.
7
6.3.2. müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və
onun təhlilini aparmalıdır;
6.3.3. öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməlidir.
6.3.4. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara
zidd olan hərəkətlərə sövq etməməlidir.
6.3.5. Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir.
6.3.6. pedaqoji kollektivə Qaydaları izah etməli və müraciət edən hər bir müəllimə
müvafiq tövsiyələr verməlidir.
6.3.7. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini
təşkil etməli və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam
məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
6.3.8. Qaydaların pozulması halları ilə bağlı həyata kecirilmiş tədbirlər barədə
kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır.
6.3.9. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil
müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

07/04/2015

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası 6-7 aprel 2015-ci il tarixlərində Famil Həşimov adına şəhər 3 saylı tam orta,Köhnəbazar kənd tam orta və Qarasu kənd tam orta məktəblərində VI və VII sinif şagirdləri üçün Azərbaycan dili və ədəbiyyat,Riyaziyyat fənlərindən monitorinq imtahanları keçirmişdir.Şagirdlər 1 saat 30 dəqiqə ərzində ayrılıqda Azərbaycan dili və ədəbiyyatdan 20 sualı,Riyaziyyat fənnindən isə 25 sual cavablandırmışlar.

Address

H. Əliyev Pr. 12
Kurdamir
AZ3300

Website

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir Rayon Təhsil Şöbəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category