Kürdəmir rayonu Q.Hüseynov adına Bağman kənd tam orta məktəbi

  • Home
  • Iraq
  • Kurdamir
  • Kürdəmir rayonu Q.Hüseynov adına Bağman kənd tam orta məktəbi

Kürdəmir rayonu Q.Hüseynov adına Bağman kənd tam orta məktəbi Direktor

Əliyev Muxtar Əlibala oğlu

Müəllimlərimizin və şagirdlərimizin iştirakı ilə  " 28 May Respublika Günü " münasibəti ilə təşkil olunan tədbir keçiril...
26/05/2026

Müəllimlərimizin və şagirdlərimizin iştirakı ilə
" 28 May Respublika Günü " münasibəti ilə təşkil olunan tədbir keçirildi. Şagirdlərimizə bu gözəl gün haqqında məktəbin Tarix müəllimi E. Ağayev məlumat verdi, suallarını cavablandırıldı.

Bu gün məktəbimizin rəhbərliyi və müəllimlərinin iştirakı  " 18 may - 18 iyun İnsan hüquqları " aylığı münasibəti ilə tə...
26/05/2026

Bu gün məktəbimizin rəhbərliyi və müəllimlərinin iştirakı " 18 may - 18 iyun İnsan hüquqları " aylığı münasibəti ilə təşkil olunan tədbir keçirildi. Şagirdlərimizin sualları cavablandırıldı.

Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.Şəhərlər bir ölkənin inkişaf səviyyəsini, memarlıq isə onun mədəni ki...
22/05/2026

Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.

Şəhərlər bir ölkənin inkişaf səviyyəsini, memarlıq isə onun mədəni kimliyini əks etdirən ən vacib amillərdəndir. Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi şəhərsalma və memarlıq sahəsinə diqqəti daha da artırır. Bu baxımdan cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkənin gələcək inkişaf strategiyasında bu sahələrin xüsusi yer tutduğunu göstərir. Bu qərar yalnız tikinti sektorunun inkişafını deyil, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyir.

Son illərdə şəhərlərin siması əhəmiyyətli dərəcədə dəyişib. Yeni yolların çəkilməsi, müasir yaşayış komplekslərinin tikilməsi, park və ictimai məkanların yaradılması şəhər infrastrukturunun yenilənməsinə mühüm töhfə verib. Şəhərsalma sahəsində aparılan planlı işlər insanların daha rahat və təhlükəsiz mühitdə yaşamasına imkan yaradır. Xüsusilə nəqliyyat sisteminin təkmilləşdirilməsi və ekoloji layihələrin həyata keçirilməsi müasir şəhər konsepsiyasının əsas istiqamətlərindən hesab olunur.

Memarlıq isə sadəcə bina inşası deyil, həm də estetik düşüncənin və milli dəyərlərin ifadəsidir. Azərbaycanın qədim memarlıq ənənələri əsrlər boyu formalaşaraq bu günə qədər qorunub saxlanılıb. Tarixi abidələr, qədim şəhər nümunələri və milli ornamentlər ölkənin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Müasir memarlıq layihələrində bu ənənələrin yeni texnologiyalarla birləşdirilməsi şəhərlərə həm milli, həm də müasir görünüş qazandırır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək təşəbbüslər şəhərlərin daha dayanıqlı inkişafına xidmət edir. Ağıllı şəhər texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və yaşıl zonaların genişləndirilməsi gələcəyin şəhər modelinin formalaşdırılmasında mühüm rol oynayır. Bu yanaşma həm ətraf mühitin qorunmasına, həm də insanların sosial rifahının yüksəlməsinə şərait yaradır.

Müasir şəhərsalma yalnız bugünkü ehtiyacları deyil, gələcək nəsillərin maraqlarını da nəzərə almalıdır. Bu səbəbdən planlaşdırılan layihələrdə davamlı inkişaf prinsiplərinə xüsusi önəm verilir. Yeni tikilən yaşayış məntəqələri və ictimai obyektlər insanların gündəlik həyatını daha rahat və funksional etmək məqsədi daşıyır. Eyni zamanda tarixi memarlıq nümunələrinin qorunması milli kimliyin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edir.

Cari ilin bu sahəyə həsr olunması memarlıq və şəhərsalmanın ölkənin inkişafında strateji rol oynadığını bir daha nümayiş etdirir. Bu təşəbbüs müasir şəhərlərin qurulmasına, memarlıq irsinin qorunmasına və gələcəyin urbanizasiya modelinin formalaşmasına mühüm təkan verəcək.

Təbiət aylığı çərçivəsində keçirilən açıq dərs.Sinif : VIMövzu :  Yanma prosesiMüəllim : Nəriman Cəfərov.
22/05/2026

Təbiət aylığı çərçivəsində keçirilən açıq dərs.
Sinif : VI
Mövzu : Yanma prosesi
Müəllim : Nəriman Cəfərov.

Məktəbimizin 5 və 6-cı sinif şagirdləri arasında Təbiət aylığı çərçivəsində müəllim N. Cəfərovun   təşkilatçılığı ilə ya...
20/05/2026

Məktəbimizin 5 və 6-cı sinif şagirdləri arasında Təbiət aylığı çərçivəsində müəllim N. Cəfərovun təşkilatçılığı ilə yarışma keçirildi.

Bu gün məktəbimizin müəllimi Təbiət fənnini tədris edən N. Cəfərov  və məktəb rəhbərliyi ilə birgə 5 və 6 - sinif şagird...
15/05/2026

Bu gün məktəbimizin müəllimi Təbiət fənnini tədris edən N. Cəfərov və məktəb rəhbərliyi ilə birgə 5 və 6 - sinif şagirdlərinin kəndin yaxınlığından keçən Nazir çayına ekskursiyaya apardılar. Şagirdlərin sualları ətraflı cavablandırıldı.

Fiziki tərbiyə dərsindən siniflər arası velosiped. yarışması keçirildi. Yarışı XI sinif şagirdi Dəmirov Araz birinci baş...
15/05/2026

Fiziki tərbiyə dərsindən siniflər arası velosiped. yarışması keçirildi. Yarışı XI sinif şagirdi Dəmirov Araz birinci başa vurdu.

Bu gün məktəbimizdə Təbiət aylığı çərçivəsində açıq dərs keçirildi.Sinif : VFənn : TəbiətMövzu : Təbii ehtiyatların təsn...
14/05/2026

Bu gün məktəbimizdə Təbiət aylığı çərçivəsində açıq dərs keçirildi.
Sinif : V
Fənn : Təbiət
Mövzu : Təbii ehtiyatların təsnifatlandırılması.
Müəllim : N. Cəfərov.

Bu gün məktəbimizin Tarix müəllimi Elməddin  Ağayevin  təşkilatçılığı ilə dahi lider Heydər Əliyevin anadan olmasının 10...
08/05/2026

Bu gün məktəbimizin Tarix müəllimi Elməddin Ağayevin təşkilatçılığı ilə dahi lider Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü ilə bağlı " Ümummilli liderin işığında " adlı siniflər arası intellektual yarış keçirildi. Yarışda 4 komanda dahi liderlə bağlı öz bilik və bacarıqlarını nümayiş etdirdi.
Komandalar :
1.Naxçıvan : VIII sinif
2. Ağdam :IX sinif
3. Şuşa :X sinif
4. Zəngilan XI sinif.
Komandalar arası gərgin və maraqlı keçən yarışda Şuşa komandası ən çox bal toplayaraq 1-ci yerə layiq görüldü. Məktəbin direktoru M. Əliyev marağlı oyuna görə bütün komandalara təşəkkür etdi və qalib komandanı yenidən təbrik etdi. Onlara uğurlar arzuladı.

Bu gün məktəbimizin kollektivi ümummilli liderimiz Heydər Əliyevin 103 - cü ildönümü ilə əlaqədar tədbir keçirdi. Şagird...
08/05/2026

Bu gün məktəbimizin kollektivi ümummilli liderimiz Heydər Əliyevin 103 - cü ildönümü ilə əlaqədar tədbir keçirdi. Şagirdlərimiz ulu öndərə həsr edilmiş şeir söylədi, dahi liderin şəkli önünə təzə çiçək dəstələri qoydu.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü ilə əlaqədar  İnşa yazı müsabiqəsi keçirildi.Sini...
08/05/2026

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü ilə əlaqədar İnşa yazı müsabiqəsi keçirildi.
Sinif : VIII
Müəllim : M. Abbasov.

Address

Azerbaijan
Kurdamir
AZ3300

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994506254207

Website

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir rayonu Q.Hüseynov adına Bağman kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category