21/11/2021
🔥 İnsanı ən çox ziyana salan əməl
Bütün hədisləri bir yerə toplasaq ümumi bir nəticə çıxarmaq olar. Cavanları ən çox ziyana salan əməl, mənəvi qapıların üzünüzə bağlanmasına birinci səbəb qəzəbdir. Görürsən əlində təsbehi, barmağında üzüyü, saqqallı zahirdə mömin bir cavandır. Çöldə çox ədəbli, mömin görünür. Elə ki, evə gedir anası ilə kobud danışır. Hələ soruşsan harada idin, qürurla deyir Kumeyl duasına getmişdim.
Nə Kumeyl? Bəzi adamlar 40 ildir Kumeyl duasına gedirlər amma evdə həyat yoldaşları ilə düzgün rəftar etməyi öyrənməyiblər. Sən 40 ildir dilini idarə edə bilməmisən nə faydası.
Həzrət Əli (ə) buyurduğu kimi, ruhumuzu mühasibə etsək, yaxşı götür qoy etsək görərik ki, əksər rəhmət qapılarının insanın üzünə bağlı qalmasının səbəbi qəzəbdir. Qəzəb məsələsini həll edə bilsə çox qapılar insanın üzünə açılar.
Ustad Fatiminiya