10/01/2025
Dünyanın ən qəribə poçt markalarından biri 2023-cü ildə Qırğızıstanda buraxılmışdır. Bu marka 184 millimetr uzunluğu ilə dünyanın ən uzun poçt markası hesab olunur. Markada Çaar-Taş dağ silsiləsi, Toquz-Toro yarğanı və Kazarman qəsəbəsi təsvir edilmişdir.
(c) Nələr Varmış
05/01/2025
Ərazidə formalaşan çaylar yavaş - yavaş öz dərəsini dərinləşdirir deyə kənar hissələr yüksəlmiş formaya düşür. Buna görə yüksəlmiş hissələrdə aşınma prosessləri başlayır və ərazi düzənlik formaya düşür ki, buna da Peneplen düzənlik deyilir.
(c)Osman Eminov
01/10/2023
Şəhərin bitdiyi yer
Arvaixeer, Monqolustan
24/09/2023
Urmiya gölü.
Göldən əsər əlamət qalmayıb.
26/08/2023
Deyilənə görə
🚉 Laçının mərkəzi küçələrində belə tramvaylar işləyəcək.
31/07/2023
🖋️ Prezident sərəncamı: Hər il təntənəli qeyd ediləcək günlər;
26 avqust – Laçın şəhəri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər günü.
17/07/2023
Xristofor Kolumb gəmilərin təmiri üçün Yamaykaya səfər edir. Oradakı yerli sakinlər təmir işlərinə kömək edir və ekipajı yemək və içki ilə təmin edirlər. Bununla belə, təmir aylarla davam edir. Üstəlik, gəminin heyəti yerlilərin yeməklərini talayır. Bu vəziyyətdən qəzəblənən yerli sakinlər yardımı və ərzaqları kəsir. Çarəsiz qalan Kolumb gəmidə təqvimi baxarkən ertəsi gün Ay tutulması olduğunu öyrənir və dərhal yerlilərin başçısının yanına gedir. Başçıya Tanrı ilə əlaqə saxladığını və yardımların kəsilməsinə onun çox qəzəbləndiyini və bu qəzəbini Ayın üzünü qırmızıya çevirərək göstərəcəyini bildirir. Ertəsi gün axşam saatlarında Ay tutulması başlayır və tutulma səbəbindən Ayın rəngi qırmızı olur. Kolumbun oğlu həmin xatirə gündəliyində yazırdı:
“Onlar inilti və fəryadla hər yerdən gəmilərə tərəf gəlir, yemək-içmək gətirir, admirala yalvarırdılar ki, Tanrıdan onları bağışlamasını istəsin.
Kolumb qum saatına baxır, 48 dəqiqəlik tutulma bitmək üzrədir.
Onlara deyir ki, Tanrı onları bağışlayıb və tezliklə Ayı normal rənginə qaytaracaq.
Tutulma bitir, Tanrının bağışladığı yerlilər isə xoşbəxt görünürdülər, Kainatın işini bilən Kolumb jurnalında bircə qeyd edir:
“Cəhalət həmişə köləlik gətirir”.
11/07/2023
Hokkaydo adası ( Yaponiya)