03/10/2022
"Çox Geç Deyə Bir Zaman Yoxdur" dərsi.
Məktəbin ilk günü, ilk dərsdə professorumuz, əvvəl özünü tanıtdı, sonra "Bu il, yeni bir tələbəmiz var. Çox maraqlı biri baxaq tapa bilərsinizmi" dedi ... Ayağa qalxıb ətrafa baxmağa başlamışdım ki, yumşaq bir əl çiynimə toxundu ... Döndüm. .. Üzü yaxşıca qırışmış bir yaşlı xanım, mənə gülümsəyərək baxırdı ... "Mənım adım Rose" dedi .. "Mənim adım Rose, yaraşıqlı 87 yaşım var. Madəm tanış olduq səni qucaqlaya bilərəmmi? " Güldüm . "Təbii" dedim "Qucagla məni" ," Elə möhkəm gucagladı ki ... "Bu qədər gənc və günahsız yaşda universitetə niyə gəldin" deyə zarafat etdim .. Kiçik bir qəhqəhə ilə cavabladı:
"Bura zəngin bir ər tapmağa gəldim. Evlənib bir neçə uşaq doğacam,Sonra da təqaüdçü olub dünya turuna çıxacağam ..."
Dərsdən sonra bufetə gedib, bir südlü şokolad içdik. Artıg yoldaş olmuşduq. Ertəsi gün və ertəsi üç ay, sinifdən həmişə birlgə çıxdıq və həmişə bufetdə söhbət etdik ... Elə ağıllı və elə təcrübəli idi, onu dinləməklə, dərslərdən daha çox şey öyrəndiyimi hiss edirdim.
Semestr ərzində Rose universitetin ilahəsi oldu. Hara getsə ətrafı çevrilir, çox tez yoldaş gazanırdı. Yaxşı geyinməyi sevir, digər tələbələr marağını çəkməyə sevirdi. Rose həyatını yaşayırdı. Hamımızdan daha canlı, daha dolu yaşayırdı
Semestr sonunda, Futbol balosuna dəvət etdik Rosenin ... Danışma etməsi üçün ... Artıq bizə verdiyi dərsi unutmağıma imkan yox idi.
Danışmasını əvvəldən hazırlamış və bir yığın karta böyük-böyük yazmışdı. Əlində bu dəstə ilə kürsüyə gedərkən, kartları əlindən saldı. Danışması darmadağın olmuşdu. Çaşmış, bir az da utanmış mikrofona doğru əyildi
"Nə qədər bacarıqsızam, deyil mi? ... Üzr istəyərəm ... Bura gəlmədən əvvəl həyəcanım rahatlansın deyə bir qədəh viski içdim. Sonucu görürsünüz ... İndi bu kartları yığsam belə onları yenidən sıraya qoymağım mümkün deyil ... Onun üçün ən yaxşısı mən sizə ağılımda qalanları deyirəm olar mu? ...
"Yaşlandığımız üçün əylənməkdən, oynamaqdan, yaşamaqdan imtina etmərik ... Əylənmək, oynamaq və yaşamaqdan imtina ettiğimiz üçün yaşlanarsınız. Gənc qalmanın, xoşbəxt olmanın və müvəffəqiyyətə çatmağın yalnız dörd sirri vardır ... Hər gün gülmək və həyata qatacaq yumor tapmaq ... Bir xəyalınız olmalı mütləq ... Xəyallarınızı itirdinizmi, ölərsiniz. Ətrafımızda dolaşan bir çox adam əslində ölü və bundan özlərinin belə xəbəri yoxdur
Yaşlanmaqla, böyümək arasında çox böyük bir fərq vardır ... Əgər 19 yaşındasınızsa və bir il heç bir şey etmədən, heç bir yenilik etmədən bir il boş-boş dolansanız, yalnız bir yaş yaşlanar, 20 olarsınız ... Mən 87 yaşındayam və mən də bir il heç bir şey etmədən, heç bir yenilik etmədən arxa üstə yatsam, 88 yaşımda olaram. Hər kəs bir ildə bir yaş yaşlanar. Bunun üçün xüsusi bir qabiliyyət ya da məlumata ehtiyac yoxdur. Halbuki bir yaş daha böyümək üçün, mütləq bir şey etmək, çıxarmaq, özünü inkişaf etdirəcək fürsətləri tapmaq və istifadə etmək lazımdır. Əsla peşman olmayın ... Biz yaşlılar, ümumiyyətlə etdiklərimizdən deyil, etmədiklərimizdən peşman olarıq çünki ... Ölümdən qorxan insanlar, peşman olanlardır ... Peşman olmaqdan qorxduqları üçün heçnə etməyənlərdir ... "
Dərs ili sonunda Rose, illərcə əvvəl başlayıb, həyat mübarizəsi içində ara vermək məcburiyyətində qaldığı universiteti dərəcə ilə bitirdi .Məzuniyyət mərasimindən bir həftə sonra, yuxusunda, dinclik içində öldü. Cənazə mərasiminə 2 mindən çox universitet şagirdi qatıldı."Edə biləcəyimiz hər şeyi etmək üçün əsla gec olmayacağını" hamımıza həm də necə öyrədən bu möhtəşəm qadının xatirəsinə layiq bir mərasim idi bu .Rosenin təlimi əslində dünyanın bütün universitetlərində məcburi dərs olmalı idi: