სსიპ მარნეულის მუნიციპალიტეტის სოფელ ჯანდარის საჯარო სკოლა

  • Home
  • Georgia
  • Marneuli
  • სსიპ მარნეულის მუნიციპალიტეტის სოფელ ჯანდარის საჯარო სკოლა

სსიპ მარნეულის მუნიციპალიტეტის სოფელ ჯანდარის საჯარო სკოლა სსიპ მარნეულის მუნიციპალიტეტის სოფელ ჯანდარის საჯარო სკოლა

27/09/2026
Marneuli Munisipalitetinin Candar İctimai Məktəbinin  şagirdləri "OXU Olimpiadası 2026" müsabiqəsində uğurla iştirak edə...
30/07/2026

Marneuli Munisipalitetinin Candar İctimai Məktəbinin şagirdləri "OXU Olimpiadası 2026" müsabiqəsində uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.

Şagirdlərimizin qazandığı nailiyyətlər:

🥇 Gülsüm Vəliyeva (2-ci sinif) – Riyaziyyat, Gürcü dili və İngilis dili fənləri üzrə 1-ci yerə layiq görülmüşdür. Bundan əlavə, Gürcü dili fənni üzrə bütün olimpiada iştirakçıları arasında ən yüksək balı toplayaraq məktəbimizə kubok qazandırmışdır. 🏆

🥈 Zeynəb Bayramova – Gürcü dili fənni üzrə 11-12-ci siniflər arasında 2-ci yeri qazanaraq diplom və medalla təltif olunmuşdur.

🥈 Hüseyn Abdullayev – Riyaziyyat fənni üzrə 7-ci siniflər arasında 2-ci yeri qazanaraq diplom və medalla təltif olunmuşdur.

🥈 Faxrəddin Qurbanov – Riyaziyyat fənni üzrə 2-ci siniflər arasında 2-ci yeri qazanaraq diplom və medalla təltif olunmuşdur.

Məktəbimizin rəhbərliyi adından bütün qaliblərimizi səmimi qəlbdən təbrik edir, onlara gələcək təhsil həyatlarında daha böyük uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Eyni zamanda, olimpiadanın təşkilinə görə "OXU Təhsil Mərkəzi" və "İnkişaf və Təhsil Mərkəzinə" təşəkkürümüzü bildiririk.

🎨🖼️ Marneuli Munisipalitetinin Candar İctimai Məktəbində Rəsm Sərgisi keçirildiMəktəbimizdə şagirdlərin hazırladıqları ə...
08/06/2026

🎨🖼️ Marneuli Munisipalitetinin Candar İctimai Məktəbində Rəsm Sərgisi keçirildi

Məktəbimizdə şagirdlərin hazırladıqları əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu. Sərgidə bir-birindən maraqlı və rəngarəng əsərlər nümayiş etdirildi. Şagirdlər öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək gözəl işlər təqdim etdilər.

Sərgidə iştirak edən bütün şagirdlərə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Şagirdlərə göstərdikləri dəstəyə, onların yaradıcılıq bacarıqlarının inkişafına verdikləri töhfəyə və sərginin təşkilinə görə incəsənət müəllimlərimiz Aytaç Qocayeva və İzzət Tukanovaya məktəb rəhbərliyi və kollektivi adından təşəkkürümüzü bildiririk.

Məktəbimizdə futbol turniri təşkil olundu.Yarışlarda 8 komanda iştirak etdi. Gərgin və maraqlı keçən oyunların nəticəsin...
08/06/2026

Məktəbimizdə futbol turniri təşkil olundu.Yarışlarda 8 komanda iştirak etdi. Gərgin və maraqlı keçən oyunların nəticəsində finala yüksələn iki komanda arasında keçirilən qarşılaşmada qaliblər müəyyən oldu.

🏅 I, II və III yerləri tutan komandalara medallar,
🏆 qalib komandaya isə kubok təqdim edilmişdir.
Həmçinin yarışda iştirak edən bütün şagirdlərə sertifikat verilmişdir.

Qalib komandamızı məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, turnirdə iştirak edən bütün şagirdlərə gələcək yarışlarda uğurlar arzulayırıq. ⚽👏🏆

🎈 1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbimizin kollektivi tərəfindən şagirdlərimiz üçün kiçik əyləncə pro...
01/06/2026

🎈 1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbimizin kollektivi tərəfindən şagirdlərimiz üçün kiçik əyləncə proqramı təşkil olundu.

Tədbir zamanı uşaqlar mahnılar oxudu, rəqslər etdi və xoş vaxt keçirdilər. Bayram sevincini onlarla bölüşmək məqsədilə şagirdlərə şirniyyatlar və meyvə şirələri hədiyyə olundu.

Uşaqların üzündə təbəssüm yaratmaq, onların sevincinə şərik olmaq bizim üçün ən böyük xoşbəxtlikdir.

Bu əlamətdar gün münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.🐞

🌈👧👦 1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edirik!Uşaqlar dünyanın ən saf sevgisi,...
01/06/2026

🌈👧👦 1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edirik!
Uşaqlar dünyanın ən saf sevgisi, ən səmimi gülüşü və ən böyük ümididir. Onların xoşbəxt, sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsi hər birimizin ən vacib vəzifəsidir.

Qoy bütün uşaqların həyatı sevinc, bilik, dostluq və uğurlarla dolu olsun. Onların gözlərindəki işıq heç vaxt sönməsin, arzuları isə hər zaman gerçəyə çevrilsin.

Address

Marneuli

Website

Alerts

Be the first to know and let us send you an email when სსიპ მარნეულის მუნიციპალიტეტის სოფელ ჯანდარის საჯარო სკოლა posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category