20/08/2026
Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin iki gənci Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Parlaq Gələcək” Kitab Evinin təşkilatçılığı ilə keçirilən “Gürcüstanlı gənclərin yeni tanışlıqları və xoş xatirələri” adlı Yay Düşərgəsində iştirak ediblər.
Qurcaani rayonunun Qaçreti qəsəbəsində təşkil olunan düşərgə azərbaycanlı və gürcü gəncləri bir araya gətirərək onların yeni dostluqlar qurmasına, milli-mədəni dəyərlərlə daha yaxından tanış olmasına, bilik və bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb.
Üç gün davam edən düşərgə ərzində iştirakçılar komanda oyunlarında, yaradıcılıq emalatxanalarında, sosial fəaliyyətlərdə və mədəniyyət axşamlarında fəal iştirak ediblər. Azərbaycan və Gürcüstanın milli rəqsləri, folklor nümunələri və mədəni irsi gənclər arasında böyük maraqla qarşılanıb.
Qürur hissi ilə qeyd edirik ki, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin iki gənci də bu düşərgənin iştirakçıları sırasında yer alaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfələrini veriblər.
Gənclərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!