08/08/2026
💙 Gözəl günlər və gözəl xatirələr…
Müəllim kollektivimizlə birlikdə daha bir uğurlu ili geridə qoyduq. İndi isə yay tətilinin dadını çıxarırıq. ☀️🌿
Sizi yeni tədris ilində yenidən görməyi səbirsizliklə gözləyirik! 🇦🇿✨
💙 Great days, wonderful memories…
Together with our wonderful teaching team, we’ve had another fantastic year. Now it’s time to enjoy the summer break! ☀️🌿
We look forward to seeing you all again in the new academic year! 🇦🇿✨
27/07/2026
☀️ Yay tətili davam edir…
Biz isə artıq yeni tədris ili üçün hazırlaşırıq və yenidən sizinlə görüşəcəyimiz günü səbirsizliklə gözləyirik. 💙
Gözəl yay arzulayırıq! 🌿🇦🇿
18/07/2026
💙 Məktəbimiz təkcə dərs öyrənilən bir məkan deyil.
Bura uşaqlarımızın Azərbaycan dilində danışdığı, dostluqlar qurduğu, milli dəyərlərimizi öyrəndiyi və öz kimliyini daha yaxından tanıdığı bir ailədir. 🇦🇿
Hər görüş, hər dərs və hər təbəssüm gələcəyimizə qoyulan kiçik, amma çox dəyərli bir addımdır.
Yay tətili davam etsə də, məktəb ailəmizin bir parçası olduğunuz üçün hər birinizə təşəkkür edirik. Yeni tədris ilində yenidən birlikdə olmağı səbirsizliklə gözləyirik! ☀️💙
14/07/2026
🎓✨ Daha bir tədris ilini uğurla başa vurduq!
Əziz şagirdlərimiz, valideynlərimiz və məktəb ailəmiz, bu gözəl tədris ili boyunca bizimlə olduğunuz, dəstəyiniz və etimadınız üçün hər birinizə ürəkdən təşəkkür edirik. 💙
Uşaqlarımıza bol günəşli, əyləncəli və unudulmaz yay tətili arzulayırıq! ☀️🌸
Gözəl istirahət edin və yeni tədris ilində yenidən görüşənədək! 🇦🇿❤️
Xoş yay tətili! ☀️
06/07/2026
Məktəbimiz təkcə Azərbaycan dilini öyrənmək yeri deyil. 💙
Burada uşaqlarımız bir-biri ilə ana dilində ünsiyyət qurur, dostluqlar yaradır, birlikdə böyüyür və öz köklərinə daha da bağlanırlar.
Hər görüşümüz icmamızı daha da gücləndirir. Birlikdə öyrənir, birlikdə böyüyürük! 🇦🇿✨
01/07/2026
🇦🇿 Ana dili uşaqlarımıza verə biləcəyimiz ən qiymətli hədiyyələrdən biridir.
Britaniya Azərbaycan Avropa Məktəbində balaca addımlarla başlayırıq: hərf-hərf, söz-söz öyrənir, oyunlar, maraqlı fəaliyyətlər və interaktiv dərslər vasitəsilə uşaqlarda ana dilinə sevgi formalaşdırırıq.
Biz inanırıq ki, öyrənmək həm faydalı, həm də əyləncəli olmalıdır. Məhz buna görə şagirdlərimiz dərslərə həvəslə gəlir və hər yeni uğurlarına sevinirlər. 💙❤️💚
📚 Bütün yaş qrupları və dil səviyyələri üçün qeydiyyat açıqdır. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
26/06/2026
No matter how old your child is, it’s never too late to strengthen their connection with their native language. 🇦🇿
Living abroad, preserving our language, culture, and identity is one of the greatest gifts we can give the next generation.
For the past four years, the British European Azerbaijani School in London has welcomed children of all ages and all language levels, helping them learn, grow, and stay connected to their heritage in a friendly and supportive environment.
We look forward to seeing everyone! Get in touch for more information!
23/06/2026
🎨☀️ Balaca rəssamlarımızın rəngarəng yay yaradıcılığı! Fantaziya, sevinc və yaradıcılıq bir arada ❤️
20/06/2026
Dedicated to Azerbaijan’s National Salvation Day, the 2nd Annual Chess Tournament was held on 15 June at the British Azerbaijani European School in London.
Led by Rauf Khalilov Rauf Khalilov and supported by the Embassy of the Republic of Azerbaijan in the United Kingdom Embassy of Azerbaijan, London , the tournament brought together talented participants for a day of strategy, concentration and friendly competition.
The event was officially opened by His Excellency Mr. Elin Suleymanov, Ambassador of the Republic of Azerbaijan to the United Kingdom.
Several teams competed for the top places, and the winners were awarded medals and certificates.
Congratulations to all participants, and thank you to everyone who contributed to the success of this memorable event!
***
Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş II ənənəvi Şahmat Turniri 15 iyun tarixində London Azərbaycan Avropa Məktəbində uğurla keçirildi.
Rauf Xəlilovun rəhbərliyi və Böyük Britaniyadakı Azərbaycan Respublikasının Səfirliyinin dəstəyi ilə təşkil olunan turnir iştirakçıları bir araya gətirərək maraqlı və rəqabətli şahmat mübarizəsinə çevrildi.
Tədbirin açılışını Böyük Britaniyada Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri, Zati-aliləri cənab Elin Süleymanov etmişdir.
Bütün iştirakçıları təbrik edir, tədbirin uğurla keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik!
13/06/2026
♟️ Chess is not only a game: it’s critical thinking, strategy, and confidence.
Join us tomorrow for our Chess Tournament at the Azerbaijani School in London.
🕜 1:30 PM
Good luck to all our participants! We look forward to an exciting afternoon of chess!