Deutsch-Aserbaidschanischer Medizinerverband

Deutsch-Aserbaidschanischer Medizinerverband

Teilen

Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von Deutsch-Aserbaidschanischer Medizinerverband, Medizinische Fakultät, Hannover, Niedersachsen, Hanover.

DAMV ( "Deutsch-Aserbaidschanischer-Medizinverband e.V." - Alman-Azərbaycan-Tibb Assosiasiyası ) 2021-ci il Yanvar ayında Almaniyada çalışan azərbaycanlı həkimlər tərəfindən qurulmuş bir cəmiyyətdir.

08/08/2026
27/07/2026

🇦🇿🇩🇪 Qürurverici xəbər!

Alman Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV e.V.) qurucularından və İdarə Heyətinin üzvü Nəsrulla Nəsrullayev 1 iyul 2026-cı il tarixindən etibarən Almaniyanın Bavariya əyalətində yerləşən DGD Fachklinik Haus Immanuel klinikasının Chefarztı (baş həkimi) və klinikanın yeni rəhbər komandasının üzvü vəzifəsinə təyin edilib.

Nəsrulla Nəsrullayev tibb təhsilini Azərbaycan Tibb Universitetində başa vurub. Almaniyada Psixiatriya və Psixoterapiya üzrə ixtisaslaşıb və uzun illər ərzində psixi xəstəliklərin diaqnostika və müalicəsi sahəsində klinik təcrübə qazanıb. Peşəkar fəaliyyətinin müxtəlif dövrlərində Bezirkskrankenhaus Bayreuth-da, daha sonra isə Helios Fachkliniken Hildburghausen-də çalışıb. Burada Oberarzt (aparıcı mütəxəssis) vəzifəsinə qədər yüksəlib və Maßregelvollzug (məhkəmə psixiatriyası) bölməsinə rəhbərlik edib.

Yeni vəzifəsində o, alkoqol və dərman asılılığından əziyyət çəkən qadınların müalicə və reabilitasiyası üzrə ixtisaslaşmış DGD Fachklinik Haus Immanuel-ın tibbi rəhbərliyində yer alacaq. Klinika Almaniyada asılılıq reabilitasiyası sahəsində uzun illərdir fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrdən biridir.

Nəsrulla eyni zamanda DAMV-ın yarandığı ilk gündən birliyimizin formalaşmasında və inkişafında yaxından iştirak edən qurucu üzvlərimizdəndir.

Almaniyada fəaliyyət göstərən azərbaycanlı tibb işçilərinin peşəkar inkişafı və rəhbər vəzifələrdə təmsil olunması birliyimizin əsas məqsədlərindən biridir. Nəsrullanın peşəkar yolunda əldə etdiyi bu uğur da bizim üçün xüsusi sevinc və qürur mənbəyidir.

Əziz Nəsrulla, səni yeni vəzifən münasibətilə bir daha ürəkdən təbrik edir, bu məsuliyyətli yolda böyük uğurlar arzulayırıq! 🇦🇿🇩🇪

DAMV e.V. – Alman Azərbaycan Tibb İşçiləri Birliyi

01/06/2026

Əllərin sabunla düzgün yuyulması bəşəriyyət tarixində ən çox həyat xilas etmiş ictimai səhiyyə tədbirlərindən biridir.

04/05/2026

Xaricdə çalışan azərbaycanlı həkimlərin ortaq bəyanatı

Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkim cəmiyyətləri olaraq, səhiyyə sahəsində həkimlərə və tibb işçilərinə qarşı zorakılıq, təhdid, nifrət dili və kollektiv ittiham hallarından dərin narahatlıq duyduğumuzu bildiririk.

İlk növbədə, son günlər baş vermiş faciəli hadisədən zərər çəkmiş bütün tərəflərə, o cümlədən pasiyentin və həkimin ailələrinə, yaxınlarına dərin təəssüfümüzü və həmrəyliyimizi ifadə edirik. İnsan itkisi, ağır xəsarət və zorakılıqla nəticələnən hər bir hadisə cəmiyyət üçün böyük faciədir. Belə halların bütün tərəfləri obyektiv, şəffaf və peşəkar şəkildə araşdırılmalıdır.

Məqsədimiz konkret hadisə üzrə tibbi, hüquqi və ya faktiki qiymətləndirmə vermək deyil, səhiyyə mühitində zorakılığın yolverilməzliyi və tibbi mübahisələrin hüquqi, institusional və peşəkar mexanizmlərlə araşdırılmasının vacibliyi barədə prinsipial mövqeyimizi ifadə etməkdir.

Həkimlik peşəsi insan həyatını qorumağa xidmət edən ən ağır və məsuliyyətli sahələrdən biridir. Eyni zamanda, pasiyent hüquqlarının qorunması, tibbi xidmətin keyfiyyətinin obyektiv qiymətləndirilməsi, şəffaf araşdırma və məsuliyyət mexanizmlərinin mövcudluğu hər bir sağlam səhiyyə sisteminin ayrılmaz hissəsidir. Bu prinsiplər həkimlərin və tibb işçilərinin təhlükəsizliyi, hüquqları və peşə nüfuzu ilə paralel şəkildə qorunmalıdır.

Heç bir halda həkimlərə və tibb işçilərinə qarşı fiziki zorakılıq, təhdid, nifrət dili, sosial media linçi və kollektiv günahlandırma qəbul edilə bilməz. Tibbi nəticədən narazılıq, ağır xəstəliklərin fəsadları, mümkün tibbi səhv və ya səhlənkarlıq iddiaları zorakılığa əsas vermir və verməməlidir.

Səhiyyə sahəsində yaranan problemlər emosional qarşıdurma və ictimai aqressiya ilə deyil, hüquqi araşdırma, müstəqil ekspertiza, peşəkar etik prosedurlar və sivil ictimai dialoq vasitəsilə qiymətləndirilməlidir. Yalnız bu yanaşma həm pasiyentlərin hüquqlarını qoruyur, həm də tibb işçiləri üçün təhlükəsiz və ədalətli iş mühitinin formalaşmasına xidmət edir.

Cəmiyyətimizdə bəzən ağır xəstəliklərin təbii gedişatı, tibbi müdaxilələr zamanı risk çərçivəsində baş verə bilən ağırlaşmalar və mümkün tibbi səhlənkarlıq kimi fərqli anlayışlar bir-birinə qarışdırılır. Bu məsələlərin düzgün qiymətləndirilməsi yalnız peşəkar tibbi ekspertiza və hüquqi araşdırma əsasında mümkün olmalıdır. Araşdırma yekunlaşmadan ictimai mühakimə, kollektiv ittiham və aqressiv ritorika nə pasiyentlərin, nə də tibb işçilərinin maraqlarına xidmət edir.

İctimai müzakirələrin məsuliyyətli, balanslı və zorakılığı təşviq etməyən formada aparılması xüsusi əhəmiyyət daşıyır. Həkimlərə və tibb işçilərinə qarşı ümumiləşdirilmiş aqressiv münasibət uzunmüddətli perspektivdə yalnız fərdi mütəxəssislərə deyil, bütövlükdə səhiyyə sisteminə, gənc həkimlərin peşəyə münasibətinə və pasiyentlərin keyfiyyətli tibbi xidmətə çıxışına mənfi təsir göstərə bilər.

İnanırıq ki, qarşılıqlı hörmət, şəffaflıq, hüquqi məsuliyyət, peşəkar araşdırma və sağlam ictimai dialoq həm vətəndaşların, həm tibb işçilərinin, həm də cəmiyyətimizin ümumi maraqlarına xidmət edən ən doğru yoldur.

İmza
AHD, DAMV, AAMA idarə heyətləri

30/04/2026

Son zamanlar həkimlərə qarşı artan nifrət dili, təhqir və zorakılıq bizi dərin narahat edir. Ağ xalata bürünənlər də ailəsi olan, yorulan, qorxan və bəzən tükənən insanlardır. Həkim səhvi müzakirə oluna bilər, araşdırıla bilər. Amma həkimi linç etmək, təhdid etmək və düşmənə çevirərək ona qəsd etmək bir cəmiyyət üçün çox təhlükəli yoldur.

Çünki bu ölkənin yaxşı həkimləri bir gün özünü təhlükəsiz hiss etmədiyi yerdə qalmaq istəməyəcək. Gedən sadəcə bir həkim yox illərin təcrübəsi, bilik və insan həyatı uğrunda verilmiş ömür, ortada qalan isə xilas edilə bilməyən minlərlə həyat olacaq.

DAMV olaraq həkimə qarşı şiddətə və nifrətə yox deyirik!

14/04/2026

Qeydiyyat üçün son gün!

12/04/2026

Qeydiyyat üçün son 3 gün!

07/04/2026

Qeydiyyat üçün son 1 həftə!⏳

DAMV-ın 5 illik yubiley toplantısında iştirak etmək üçün fürsəti qaçırmayın!

Son tarix: 15 aprel
📩 [email protected]

18/03/2026

Qeydiyyat üçün son tarix: 15 aprel

17/03/2026

İlaxır çərşənbəniz mübarək! 🔥
DAMV olaraq bütün həmkarlarımızı və soydaşlarımızı bu gözəl bayram münasibətilə təbrik edirik. Qoy İlaxır çərşənbə hər birinizə sağlamlıq, uğur və yeni başlanğıclar gətirsin.

Wollen Sie Ihr Schule/Universität zum Top-Schule/Universität in Hanover machen?

Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.

Lage

Webseite

Adresse


Hannover, Niedersachsen
Hanover
30159