Centre for the Azerbaijani language and culture at Belgrade University

Centre for the Azerbaijani language and culture at Belgrade University

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Centre for the Azerbaijani language and culture at Belgrade University, Education Website, Studentski trg 3, Beograd, Belgrade.

29/05/2026

Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeiri Belqrad Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının III kurs tələbələri Tara Kontsuliç və Mariya Boroyeviç tərəfindən Azərbaycan və serb dillərində səsləndirilib.

Photos from Centre for the Azerbaijani language and culture at Belgrade University's post 29/05/2026

Serbiyanın paytaxtı Belqradda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərbaycanın Serbiyadakı səfirliyinin təşkil etdiyi tədbir Azərbaycan və Serbiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin təməlini qoyan Azərbaycan Demokratik Respublikasının tarixi rolunu vurğulayaraq qeyd edib ki, bu dövlət Şərqdə ilk dünyəvi və demokratik parlament respublikası kimi fəaliyyət göstərib.

Tədbir bədii-mədəni proqramla davam etdirilib. Proqram çərçivəsində tanınmış serb opera müğənnisi Yasmina Trumbetaş Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Nigarın ariyasını səsləndirib. Ardınca Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin" ifa olunub. Musiqi nömrəsində skripka partiyasını Katarina Nenadoviç, fortepiano partiyasını isə Mina Ristiç Yoniç təqdim edib.

Mərasim Azərbaycanın ilk xalq şairi, milli poeziyamızın görkəmli nümayəndəsi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş ədəbi təqdimatla yekunlaşıb. Şairin "Azərbaycan" şeiri Belqrad Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının III kurs tələbələri Tara Kontsuliç və Mariya Boroyeviç tərəfindən Azərbaycan və serb dillərində səsləndirilib. Əsərin serb dilinə tərcüməsinin müəllifi ADU-nun Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlıdır.

Tədbirdə, həmçinin Serbiyada "World in Serbia" layihəsi çərçivəsində təhsil alan Azərbaycan Dillər Universitetinin tələbələri də iştirak ediblər.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Photos from Centre for the Azerbaijani language and culture at Belgrade University's post 22/05/2026

Türkiyə Səfirliyində baş tutan görüş çərçivəsində Türk və Azərbaycan xalqları arasında ortaq dil, mədəniyyət və tarixi dəyərlər üzərində qurulan əməkdaşlıq imkanları müzakirə olundu.
Görüş zamanı qarşılıqlı mədəni əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparıldı.

10/05/2026
10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Want your school to be the top-listed School/college in Belgrade?

Click here to claim your Sponsored Listing.

Location

Address


Studentski Trg 3, Beograd
Belgrade
11000