06/03/2026
İdman həftəsi çərçivəsində Uşaqlar arasında qol güləşi təşkil olunmuşdur
Gədəbəy rayon Maarif kənd tam orta məktəbin rəsmi Facebook hesabı
06/03/2026
İdman həftəsi çərçivəsində Uşaqlar arasında qol güləşi təşkil olunmuşdur
06/03/2026
İdman həftəsinin 5-ci günü ilə əlaqədar olaraq məktəbdə şagirdlərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil edilmişdir. Tədbir çərçivəsində şagirdlər “Mübariz və iradəli olmaq üçün idmanla məşğul olmalıyıq” mövzusunda esse yazmışlar.
Bununla yanaşı, şagirdlər tərəfindən “İnsan həyatında idmanın rolu” mövzusunda təqdimatlar hazırlanaraq təqdim edilmişdir. Təqdimatlarda idmanın insan sağlamlığına müsbət təsiri, fiziki və mənəvi inkişafda rolu, eləcə də sağlam həyat tərzinin formalaşmasındakı əhəmiyyəti vurğulanmışdır.
Keçirilən tədbir şagirdlərdə idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və onların iradəli, mübariz şəxsiyyət kimi formalaşmasına töhfə vermişdir.
04/03/2026
İdman həftəsi çərçivəsində “Ən surətli şagird” qaçış yarışı keçirildi
İdman həftəsi çərçivəsində məktəbimizdə “Ən surətli şagird” adlı qaçış yarışı təşkil olunmuşdur. Yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, fiziki hazırlığın artırılması və idmana marağın daha da gücləndirilməsi olmuşdur.
Yarışda şagirdlər böyük həvəslə iştirak etmiş, qaliblər müəyyən edilərək mükafatlandırılmışdır.
04/03/2026
İdman həftəsi çərçivəsində səhər gimnastikası keçirildi
İdman həftəsi çərçivəsində məktəbimizin fiziki tərbiyə müəllimi Tural İmamquliyev tərəfindən şagirdlər üçün səhər gimnastikası təşkil olunmuşdur. Gimnastika məşğələsi şagirdlərin fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və idmana marağın gücləndirilməsi məqsədi daşımışdır.
Tədbir zamanı şagirdlər müxtəlif hərəkət və məşqləri yerinə yetirmiş, fəal iştirak etmişlər.
04/03/2026
Məktəbdə sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbiri keçirildi
Məktəbimizdə şagirdlərin sağlam həyat tərzinin formalaşdırılması və düzgün qidalanma vərdişlərinin aşılanması məqsədilə sağlam qidalanma mövzusunda maarifləndirici söhbətlər aparılmışdır. Tədbir zamanı şagirdlərə balanslı qidalanmanın əhəmiyyəti, zərərli qidaların mənfi təsirləri və gündəlik qida rasionunun düzgün təşkili barədə ətraflı məlumat verilmişdir.
03/03/2026
İdman həftəsi
03.03.2026-cı il tarixində məktəbimizdə “İdman viktorinası” və “Olimpiya oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir.
02/03/2026
02.03.2026-cı il tarixində Maarif kənd tam orta ümumtəhsil məktəbində "Oxu dəqiqələri " çərçivəsində məktəbin 6-cı sinfində Jül Vernin "Hava şarında 5 həftə " romanı oxunmuşdur.
02/03/2026
26.02.2026-cı il tarixində Maarif kənd tam orta ümumtəhsil məktəbində 4-cü sinif şagirdləri ilə "Oxu dəqiqələri" keçirilmişdir.
02/03/2026
“İdman həftəsi” çərçivəsində 02.03.2026-cı il tarixində məktəbimizdə “İdman növləri” və “İdmançıların yarışlara hazırlığında psixoloji yanaşma” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə müxtəlif idman növləri, onların əhəmiyyəti, sağlam həyat tərzinin formalaşmasında idmanın rolu barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, yarışlara hazırlıq prosesində psixoloji dayanıqlılığın, özünəinamın və motivasiyanın vacibliyi vurğulanmışdır. Sözügedən mövzu məktəbin fiziki tərbiyə müəllimi və təhsil üzrə direktor müavini tərəfindən şagirdlərin iştirakı ilə izah edilmiş, onların sualları cavablandırılmışdır. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə idmana marağın artırılması və sağlam həyat tərzinin təbliği olmuşdur.