01/10/2026
Oktyabrın 1-də ümumi təhsil müəssisələrindəki beşyaşlıların cəlb olunduğu məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Bu il məktəbin məktəbəhazırlıq qrupunda təhsil alacaq uşaqlar 1 sinifdə komplektləşdirilib. Şagirdlər yeni sinif otaqları ilə tanış olub, müəllimləri Könül Həsənova ilə ilk dərslərinə başlayıblar. Məktəbin direktoru Səbahət Ağayeva uşaqlarla görüşüb, onlara təhsil həyatında uğurlar arzulayıb. Direktor vurğulayıb ki, məktəbəqədər hazırlıq mərhələsi uşaqların məktəbə uyğunlaşması və gələcək təhsil həyatına sağlam addımlarla başlaması baxımından böyük əhəmiyyət daşıyır. Məktəbəhazırlıq qruplarında təhsil alan bütün uşaqlara uğurlar arzulayırıq!