Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi

Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi

Partager

Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi, Site internet éducatif, Democratic Republic of the.

Photos from Quba-Xaçmaz Regional Təhsil İdarəsi's post 06/06/2026
Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 01/06/2026

Məktəbimizin kollektivi üçün təşkil etdiyi möhtəşəm gəzintiyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin sədri Vüsalə kərimovaya dərin təşəkkürümüzü bildiririk.
​Gündəlik iş rejimindən bir anlıq uzaqlaşıb, təbiət qoynunda səmərəli və xoş vaxt keçirməyimiz üçün yaratdığınız bu şərait hər birimizin ürəyincə oldu. Yüksək səviyyəli təşkilatçılıq, göstərilən diqqət və qayğı kollektivimizdə xoş ovqat yaratdı.
​Müəllimlərin və texniki heyətin asudə vaxtının xoş keçməsinə, onlara mənəvi dəstək olmağa yönəlmiş bu cür təşəbbüsləriniz tərəfimizdən yüksək qiymətləndirilir.
​Bizə bəxş etdiyiniz bu unudulmaz günə və çəkdiyiniz zəhmətə görə kollektivimiz adından bir daha minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 25/05/2026

25 may 2026-cı il tarixdə Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ili üçün “Son zəng” tədbirinin keçirilməsi ilə əlaqədar lX sinif şagirdləri ilə maarifləndirici iclası təşkil olunmuşdur. İclasda tədbirin keçirilmə qaydaları, təhlükəsizlik tələbləri və məsuliyyət məsələləri barədə şagirdlər məlumatlandırılmışdır.


Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 25/05/2026

25 may 2026-cı il tarixdə Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ili üçün “Son zəng” tədbirinin keçirilməsi ilə əlaqədar valideyn iclası təşkil olunmuşdur. İclasda tədbirin keçirilmə qaydaları, təhlükəsizlik tələbləri və məsuliyyət məsələləri barədə valideynlər məlumatlandırılmışdır.


Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 22/05/2026

"İnsan Hüquqları" aylığı çərçivəsində məktəbdə l-lV sinif şagirdləri ilə sinif rəhbərləri tərəfindən "Mənim hüquqlarım" mövzusunda dəyirmi masa təkil edildi.


Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 22/05/2026

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində məktəbdə "Memarlıq abidələrimiz” adlı tədbir təşkil olundu.

Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 22/05/2026

22.05.2026-cı il tarixində məktəbdə Pedaqoji Şura iclası keçirtdi. İclasda "Son zəng" tədbiri zamanı nizam-intizam qaydaları, məktəbli forması, tədbirin milli-mənəvi dəyərlərə uyğun təşkili və s. məsələlər müzakirə edildi .

Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 20/05/2026

Həyat bilgisi fənni üzrə Məktəbin lX sinfində Seyidov Alim Arif oğlunun təşkilatçılığı ilə "Zərərli vərdişlər" mövzusunda maarifləndirici söhbət aparılmışdır.


Photos from Quba rayonu Qrız kənd ümumi orta ümumtəhsil məktəbi's post 19/05/2026

Həyat bilgisi fənni üzrə Məktəbin l-lll komplekt sinfində sinif rəhbəri Seyidov Ərəstun Akif oğlunun təşkilatçılığı ilə "Fövqəladə hallar zamanı həyat və sağlamlığın mühafizəsi" mövzusunda maarifləndirici söhbət aparılmışdır.


Vous voulez que votre école soit école la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Téléphone

Site Web

Adresse


Democratic Republic Of The