16/05/2024
Gənc Fermerlərin Maraq Klubu
Layihə rəhbəri: Şirinova Şükufə; Təlimçi- Mehman Əliyev
16/05/2024
Zəhmət olmasa
Gəlirsən röyama xəbər etmədən
Çox gəlmə yuxuma zəhmət olmasa
Bəs niyə gedirsən yuxu bitmədən?
Yuxunu bitir get zəhmət olmasa
Albomda şəkillər, qəlbimdə sevgin
Unudardım! səni yada salmasa
Oyaq yoldaşına davranıb düzgün
Sən gəlmə yuxuma zəhmət olmasa
Yuxuma girəndə haram qatırsan
Gəl deyərdim,halal-haram qalmasa
Haramsan sən mənə, halalsan ona
Heç gəlmə yuxuma zəhmət olmasa
Bilki unutmusan sevgini, çoxdan
Məni gördüyündə gözün dolmasa
Silmişəm mən səni getdiyin vaxtdan
Çıx gəlmə yuxuma zəhmət olmasa
Yəqin unutmusan namusu, arı
Gəlməzdin bu qədər arın ölməsə
Evindən sən çıxıb gecənin yarı
Çox gəlmə yuxuma zəhmət olmasa
Müəllif:Şahmar Həkimxanoğlu
26/01/2024
https://tadamon.community/campaigns/words-fly-away-writings-remain
Words Fly Away, Writings Remain Campaign StatusOngoing Offline: The campaign is currently ongoing offline and, thus still in the process of collecting funds. SummaryThe campaign aims to revive Azerbaijani literature by publishing poems and works by 10 young writers and poets. ChallengeClassical Azerbaijani literature holds global...
Çinar ağacı
Müəllif:Fidan Quliyeva Nicat qızı
Biz hər axşam həyətdəki çinar ağacının yanına yığışırdıq. Çünki, Nəsibə nənə bizə keçmişdən danışar, məzəli söhbətlər edərdi. Biz yenə həmişəki kimi çinar ağacının altında oturanda Nəsibə nənə söhbətə başladı...
- Hə uşaqlar! Bu dəfə mən sizə muharibədən danışacam. Sizdə bilirsinizki bir ay bundan əvvəl 44 günlük Vətən muharibəsi başlamışdı...
Uşaqlar diqqətlə onu dinləyirdilər. Nəsibə nənə birdən sözünə ara verdi.44 günlük muharibəsində şəhid olan nəvəsini xatırladı. Gözləri doldu. Kədərləndi. Amma bir neçə saniyə sonra nə fikirləşdi, nə düşündüsə üzündə bir təbəssüm yarandı. Bayaq ki kədər hissi yox oldu. Gözləri parladı...
Sonra yenidən sözünə davam etdi:
- Biz bu muharibəsq demək olar ki, bütün torpaqlarımızı azad etdik. Bahar uşaqların içində idi. Əlinə bir dəftər və bir qələm vardı. Nəsə soruşmaq istəyirdi. Nənə bunu görüb dedi:
- Bahar nə olub? Nəsə demək istəyirsən?
- Hə nənə. Dünən müəllimə demişdiki Qarabağdakı yenidən qurma işləri haqqında, Rayonların işğaldan azad olunma tarixləri ilə bağlı təqdimat hazırlayaq. Bu hakkda danışa bilərsən nənə?
-Niyədə yox. Yenidən qurma işləri haqqında danışaram. Amma Rayonlarımızın azad olunma tarixlərini uşaqlardan soruşaq. O üzünü uşaqlara tutub dedi:
- Hə uşaqlar! Deyin görək...
Zəngilan işğaladan nə vəxt azad olunub?
Uşaqlar əllərini qaldırdı.
Nənə dedi:
-Rüfət! Sən de...
-Hə Məryəm! Bu dəfədə sən de...
-2020- ci il noyabrın 8-i...
- Buda düzdü.
Nənə uşaqlarla söhbət edəndə Baharın böyük qardaşı Əhməd televizora baxırdı və birdə bütün kanallarda Qarabağdakı yenidən qurma işlərindən danışılırdı. Orada yeni Ünverstetlər, məktəblər tikiləcəyindən xəbər verilirdi. Nənə bir neçə gün əvvəl televizordan eşitdiyi xəbərləri uşaqlarla bölüşdü. Orada gedən quruculuq işlərindən danışdı. Məktəblər və ünverstetlər haqqında məlumat verdi. Uşaqlar nənənin sözünü kəsmək istəmirdilər. Amma hamısı öz fikrini bildirmək istəyirdi. Nəhayət nənə üzünü uşaqlara tutub dedi:
- Yaxşı uşaqlar. İndi siz fikirləriniz bizimlə bölüşün. Kim başlamaq istəyir?
Uşaqlar əllərini qaldırdı. Nənə sıra ilə hamıdan fikrini soruşdu...
Lalə böyüyəndə Qarabağ da tikiləcək olan ünverstetdə oxumaq istədiyini dedi. Gələcəkdə müəllimə olmaq və ordakı məktəblərdə dərs demək istədiyini bildirdi. Sıra Əliyə çatanda dedi:
-Nənə mən böyüyəndə mühəndis olacam və orada gözəl evlər tikəcəm. Birdə böyük bir çinar ağacı əkəcəm ki, sən yenə bizə nağıl danışasan...
Hamı bu fikirə çox güldü.
Nənə bütün uşaqları dinlədikdən sonra dedi:
- Uşaqlar mən sizinlə fəxr edirəm! Siz bizim gələcəyimizsiz!
Cliquez ici pour réclamer votre Listage Commercial.
Emplacement
Contacter l'école
Téléphone
Site Web
Adresse
Democratic Republic Of The