EVDƏ QAL butun insanlar seyfede admin olacaq bu seyfeni beyenen heEVDE QALIN ÖZÜNÜZÜ QORUYUN Ehtrasli insanlara aiddi bura

02/04/2020

Let's protect ourselves by staying at home

02/04/2020

Ne düşünüyorsun?salam evdə qalan insanlar evdəyikmi?

31/03/2020

Protect yourself from thick disease at home

31/03/2020

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq tətbiq edilən karantin rejiminə əsasən, martın 29-dan aprelin 5-ə qədər ölkə ərazisində qeyri-iş günü elan edilib, həmin gündən qeyri-müəyyən müddətə qədər market və digər ərzaq mağazaları və əczaxanalar istisna olmaqla, xidmət və ticarətlə məşğul olan bütün obyektlərin fəaliyyəti qadağan olunub. Bu o deməkdir ki, özəl sektorda çalışanların işləri müvəqqəti də olsa, dayanacaq. Həyati əhəmiyyət daşıyan bu ciddi təhlükənin qarşısında qabaqlayıcı tədbir kimi bu addım alqışlanmalıdır.
Məhz bu səbəbdən də dövlətin çağırışlarına qoşulan bütün təşkilatlar və şirkətlər “Evdə qal” şüarı ilə xalqı evdə qalmağa çağırır. Bundan əvvəl isə məlum vəziyyətlə bağlı fəaliyyətini məhdudlaşdıran və istehsalını dayandıran şirkətlər və müəssisələr daxil olmaqla bir çox qurumlar Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına pul köçürüb. Təbii ki, kampaniya xətrinə, dövlət başçısının çağırışını əsas götürən şirkətlər də bu aksiyaya qoşulub və dəstək göstəriblər.
AzToday.az xəbər verir ki, bu günlərdə bu dəstəyə kampaniya xətrinə qoşulanlar da bəlli olub. Belə ki, koronavirusun zərər yox, xeyir verdiyi “Evdə qal” çağırışına qoşulub, az qala camaata əmr formasında mesaj göndərən bəzi müəssisə, şirkət və qurumların nədənsə hesabına xeyli qazanc əldə etdikləri, koronavirusa görə işindən olan vətəndaşlara dəstək göstərməyi fikirləşmirlər. Məsələn, rəsmi məlumata görə, ölkədə ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” Məhdud məsuliyyətli Cəmiyyəti (MMC), demək olar ki, gündəlik qazancı olmayan minlərlə abunəçisinin qeydinə qalmaq üçün heç bir addım atmaq istəmir. Baxmayaraq ki, özlərinin də elan etdiyinə görə, “Azercell” ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 milyard dollardan artıq sərmayə qoyub, qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Bəs bu çətin durumda “Azercell” şirkəti niyə sosial çağırışlardan əlavə olaraq sosial layihə elan edərək onların hesabına Azərbaycanda lider mobil operatora çevrildiyi ölkə vətəndaşlarını sevindirmək istəmir?
Axı mobil rabitə xidmətləri bəlkə də ölkədə yeganə sektordur ki, koronavirusdan zərər yox, xeyir götürür. Bu bir faktdır ki, evdə qaldıqları üçün insanlar hazırda əvəvəlkindən daha çox mobil xidmətlərdən istifadə edir və “Azercell” şirkəti kimi mobil operatorlara milyonlar qazandırmaqda davam edir.
İndiki durumda birmənalı şəkildə demək olar ki, kampaniyaya qoşularaq “Evdə qal” çağırışını əldə bayraq etsə də, qazancsız qalan abunəçilərinin cibinə girməklə milyonlar qazanmaqda davam edən “Azercell” şirkəti riyakarlıqla məşğuldur. Az qala gündə beş dəfə abunəçilərinə “EVDƏ QAL” mesajı göndərən “lider mobil operator”un əməllərində sosial məsuliyyətdən əsər-əlamət yoxdur. Ölkəmiz üçün bu çətin dövrdə “Azercell”in rəhbərliyi nəinki mobil və data xidmətlərində qiymətləri aşağı salmaq haqqında fikirləşmir, heç azacıq da olsa sosial məsuliyyət dərk edərək karantin müddətində evdə qalan müştərilərinə güzəşt tətbiq etməyi də istəmir. “Azercell” MMC, hətta digər mobil operatorlardan fərqli olaraq atdığı bəzi addımlarla az qala inhisarçılığa meyillənir.
Sərmayədarı Türkiyə şikrəti olan “Azercell” MMC-nin başbilənlərinin karantin rejimində evindən çıxmayan abunəçilərnin hər birinə hələ də “3, 5, 10 manatlıq” kimi baxmasına cavab olaraq Türkiyə telekanllarında yer alan reklamı xatırladırıq: “Evdə qal” çağırışına qoşulan “Türktelecom” şirkəti bu günlərdə keçirdiyi aksiyada abunəçilərinə axşam saat 19:00-dan səhər saat 7:00-a qədər pulsuz danışıq, 65-dən yuxarı olanlara isə 500 dəqiqə hədiyyə verir. Bu nümunədən “Azercell” şirkətinin xəbərsiz olması inandırıcı deyil. Ən azından bu nümunədən sonra “Evdə qal” çağırışının önündə gedən “Azercell” şirkəti evdə qalan abunəçilərinə dəstək olmalıydı…

30/03/2020

Мы должны были оставаться дома, чтобы защитить себя

30/03/2020

STAY AT HOME

30/03/2020

DİQQƏT! Azərbaycanda vətəndaşların küçəyə çıxışı məhdudlaşdırıldı - Yeni qaydalar
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir:
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:
• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
• Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
• Fərdi mənzillərdə təmizlik xidmətləri;
• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.
2. Səhiyyə və sosial sahə üzrə:
• Elmi-tədqiqat və laborator xidmətləri
• Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
• Baytarlıq xidmətləri
• Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
• Sosial xidmətlər
• Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti
3. İnfrastruktur sahəsi üzrə:
• Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
• Elektrik enerjisinin istehsalı və təchizatı
• Su təchizatı və meliorasiya
• Telekommunikasiya və rabitə xidmətləri
4. Nəqliyyat və logistika sahəsi üzrə:
• Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
• Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
• Logistika xidmətləri
• İctimai nəqliyyat və taksi xidmətləri
5. Əsas istehsalat növləri:
• Müdafiə sənayesi məhsullarının istehsalı
• Neft avadanlıqları və qurğularının istehsalı
• Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
• Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
• Kimyəvi məhsulların istehsalı
• Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
• Əkinçilik və məhsul yığımı
• Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
• Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi
• Metallurgiya sənayesi üzrə fəaliyyət
• Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
• Mühəndislik və layihələndirmə xidmətləri
• Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
• Qablaşdırma məhsullarının istehsalı
• Daş, metal və taxta məhsullarının istehsalı
• Mebel istehsalı və təmiri
• Diri heyvanların kəsimi
6. Pərakəndə və topdan satış üzrə:
• Ərzaq məhsullarının satış məntəqələri
• Apteklər
• Yanacaqdoldurma məntəqələri
• Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
• Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri
7. Məişət xidmətləri üzrə
• Məişət tullantılarının yığılması və utilizasiyası
• Poçt xidmətləri
• Kimyəvi təmizləmə
• Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
• Avtomobillərin təmiri
• Avtomobil yuyulma məntəqələri
• Tərcümə xidmətləri
• Heyvan sığınacaqları
• Dizayn xidmətləri
8. Kütləvi informasiya vasitələri
9. Maliyyə təşkilatları üzrə
• Banklar və valyuta mübadiləsi məntəqələri
• Sığorta təşkilatları
• Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
10. Xüsusi xidmət növləri üzrə
• Çatdırılma xidmətləri
• Məişət avadanlıqlarının təmiri
• Dezinfeksiya xidmətləri
Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.
Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövs

30/03/2020

BƏZİ MAQAZİNÇİLƏR QUDURUB QİYMƏT QALDIRIB KARTOP KİLOSU 1.20 Q BUNDAN İSDİFADE ETMEYEK DESDEK OLAQ BİR BİRİMİZE

30/03/2020
30/03/2020

edə bilməyənlər nə edəcək? — VİDEO
Koronavirusa görə kommunal ödənişləri edə bilməyənlər nə edəcək? — VİDEO
demokrat.az

Adresse

Ismayil-1991@mail. Ruismayil-1991@bk. Ru
Baku
GOYCAY

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque EVDƏ QAL publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager