11/06/2023
10.06.2023 tarixində bir ilkə imza atıldı. Belə ki, Təhsildə Qrant Müsabiqəsi çərçivəsində maliyələşən "Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo və eGeo) hazırlığı" layihəsi Azərbaycan komandasını təmsil edəcək şagird seçmələrinin II turunu keçirdi. Bu turda 18 şagird iştirak hüququ əldə etmişdir. Həmin şagirdlər RFO yuxarı yaş qrupu qalibləri ilə yanaşı ölkəmizi eGeo -Avropa Coğrafiya Olimpiadasında, Serbiya, Belqrad şəhərində təmsil edəcək olanlar var idi. Şagirdlərə təqdim edilən tədqiqat obyekti - Ceyranbatan Su anbarı idi. Şagirdlərin qarşısında iki mərhələdən ibarət, hər mərhələsi 30 dq lik tapşırıqlar olan çöl işlərini icra etməli olduqları tapşırıqlar var idi. Bu tapşırıqlar arasında Ceyranbatan su anbarının sahəsini, perimetrini hesablamaq, verilmiş erazi parçasının planını tərtib etmək, anbarın 2009 və 2023 illərinə aid peyk görüntüləri əsasında sahəsində baş verən dəyişiklikləri ölçmək və səbəblərini araşdırmaq dururdu. İkinci mərhələdə isə şagirdlərə qaynaq kitabı təqdim edilir və qaynaq kitabını tədqiq edərək, Abşeron yarımadasının içməli su ilə dayanıqlı və təhlükəsiz təmin edilməsi üçün yeni metodlar təklif etməli və bu metodların SWOT analizini edərək, öz mülahifələrini təqdim edilən cədvəllərə doldurmalı idilər.
Çöl işləri Ceyranbatan Su Anbarı yaxınlığında keçirildi. Çöl işlərində iştirak edən və dəstək olan hər kəsə, ilk olaraq iştirak edən şagirdlərə, onlara dərs deyən və yetişdirən müəllimlərinə və valideynlərinə, Rayon Təhsil Şöbələrinə, Elm və Təhsil nazirliyinə və o cümlədən İstedadlı Şagirdlərlə İş Şöbəsinə, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinə, AMEA Coğrafiya İnstitutuna, Fortis Academy-yə, Türkiyə iGeo və komanda rəhbərləri Mesut Suzerə və bizə bu turu keçirməkdə könüllü olaraq köməyə gələn Aytac Nurkişiyeva, Murad Qarayev, Asim Seyidəliyev və Elman Babaşova öz təşəkkürümüzü bildiririk. Ümid edirik ki, Azərbaycan coğrafiyası beynəlxalq olimpiadalardan medallar gətirəcək!"
Hörmətlə
iGeoAzerbaijan