28/10/2017
Hündürlükdə görülən işlər zamanı təhlükəsizlik qaydaları
İlk öncə onu qeyd edək ki, hündürlükdə işlər haqda danışan zaman 2 metr "söhbəti"ni tamamilə yaddan çıxarmaq lazımdır! (Bu haqda daha ətraflı növbəti paylaşımlarda)
Hündürlükdə işlər qızıl qaydalara daxildir. Çünki, bu fəaliyyətlə bağlı yetərli qədər xəsarət alma və ölüm halları qeydə alınmışdır.
Hündürlükdə iş görməzdən əvvəl müraciət edəcəyimiz tipik nəzarət iyerarxiyası var:
- Hündürlükdə iş görməkdən yayınmaq, tapşırılmış işi başqa üsulla yerinə yetirmək
- Yıxılmanın qarşısını almaq - təhlükəsiz iş platforması düzəltmək
- Yıxılmanın məsafəsini və nəticəsini azaldan təhlükəsizlik avadanlığından istifadə etmək
Nəzarət tədbirlərini müəyyən edən zaman nəzərə alınması vacib olan faktorlar:
- İşin mahiyyəti və müddəti
- işçilərin səriştəsi
- əlavə təlimə ehtiyyac
- təhlükəsiz iş platforması
- FMV və əlavə mühafizə vasitələri
- işçilərin sağlamlığı
- hava şəraiti
- işə nəzarət və s.
Təhlükəsiz iş platforması dedikdə:
- Sabit, tərpənməyən, sürüşməyən, yerə effektli bərkidilmiş ayaqaltı və s nəzərdə tutulur.
- Yıxılmadan qoruyan məhəccərləri olmalıdır.
- Düşən əşya riskinə qarşı süpürgəliyi olmalıdır.
- Döşəmə işçilərin və ora aparılmış alət və avadanlığın ağırlığına tab gətirməlidir.
- Təhlükəsiz giriş-çıxış təmin olunmalıdır
İşə nəzarət daimi şəkildə aparılmalıdır. İş rəhbəri hər hansı təhlükə və ya işçilər tərəfindən qayda pozuntusu müşahidə edərsə, düşünmədən işi saxlamalı və yaranmış problem aradan qaldırılmalı, işçilərlə söhbət aparılmalı, ehtiyyac varsa əlavə təlimat verilməlidir.
Yıxılmadan qoruyan təhlükəsiz avadanlıqları haqqda növbəti paylaşımlarda...
Daha çox insanın məlumatlanması və səhifənin tanınması naminə məlumatları paylaşmağı xahiş edirik.