Azerbaijani Classes in Toronto

Azerbaijani Classes in Toronto Məqsədimiz Ana Dilimizi Kanadanın Toronto şəhərində və dünya ölkələrində yaşayanlara öyrətməkdir.

09/27/2026

27 sentyabr 2020. Anım günü Azerbaijani Classes in Toronto🇦🇿

Yegana Jafarova

09/27/2026

26 sentyabr 2026-2027 tədris ilinin ilk dərsi.
Azerbaijani Classes in Toronto🇦🇿🇦🇿🇦🇿

Yegana Jafarova
Azerbaijani Women's Support Centre - AWSC

26 sentyabr dərslərimiz məktəbdə 11:30-da bitsə də saat 12-də hər il olduğu kimi mərkəzdə davam edəcək. Şagirdlərimiz mi...
09/25/2026

26 sentyabr dərslərimiz məktəbdə 11:30-da bitsə də saat 12-də hər il olduğu kimi mərkəzdə davam edəcək.
Şagirdlərimiz milli rəqslərimizi öyrənəcək, bədii ədəbiyyat və rəsm dərslərinə qatılacaqlar.

Azerbaijani Classes in Toronto
Azerbaijani Women's Support Centre - AWSC
Yegana Jafarova

26 sentyabr 2026-2027 tədris ilinin ilk Azərbaycan dili dərsi günüdür.Azerbaijani Classes in Toronto Dil dərslərinə qeyd...
09/24/2026

26 sentyabr 2026-2027 tədris ilinin ilk Azərbaycan dili dərsi günüdür.
Azerbaijani Classes in Toronto Dil dərslərinə qeydiyyat il boyu davam edəcək.
Şagirdlərimizi səbirsizliklə elanda qeyd olunan məktəbdə gpzləyirik.
Azerbaijani Women's Support Centre - AWSC

Yegana Jafarova


21 sentyabr bütün dünyada Sülh günü kimi qeyd edilir. Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. O vax...
09/21/2026

21 sentyabr bütün dünyada Sülh günü kimi qeyd edilir.

Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.
21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.
Azerbaijani Classes in Toronto
Hər birimiz sülhə səs verək!
Uşaqlar azad, sağlam və qayğısız böyüsünlər!
Yer uzündə sabitlik və sülh bərqərarolsun!
Yegana Jafarova

09/19/2026

Azərbaycan dilini öyrənən gənc türkoloq xanımın dilimiz haqqında söylədikləri.
🇦🇿❤️🇦🇿

Əziz soydaşlarımız! 🇦🇿Ana dilimiz bizim kimliyimiz, mədəniyyətimiz və milli dəyərimizdir. Övladlarımıza dilimizi öyrətmə...
09/18/2026

Əziz soydaşlarımız! 🇦🇿

Ana dilimiz bizim kimliyimiz, mədəniyyətimiz və milli dəyərimizdir. Övladlarımıza dilimizi öyrətmək, sevdirmək və gələcək nəsillərə ötürmək hər birimizin vəzifəsidir.
Qeydiyyat günümüz 19 sentyabr, səhər saat 9:00–11:30 intervalında keçiriləcək.
Gəlin, birlikdə ana dilimizi qoruyaq, yaşadaq !🇦🇿
Sizi və övladlarınızı hər il olduğu kimi səbirsizliklə gözləyirik!
Əlavə məlumat üçün Azerbaijani Classes in Toronto səhifəsinin mesaj bölməsinə yazın və ya 416-832-2740 nömrəli telefonla əlaqə yaradın.

09/14/2026

2026-2027 tədris ilimizə artıq hazırıq.
Azerbaijani Classes in Toronto



Qürur və fərəhlə Azərbaycan dilini qoruyaq!🇦🇿🇦🇿🇦🇿Azerbaijani Classes in Toronto dil öyrənmək istəyən hər bir uşağa öz is...
09/13/2026

Qürur və fərəhlə Azərbaycan dilini qoruyaq!🇦🇿🇦🇿🇦🇿Azerbaijani Classes in Toronto dil öyrənmək istəyən hər bir uşağa öz isti qoynunda yer verir.

Əziz soydaşlarımız,
Artıq 20 ildir Toronoto Şəhər Təhsil mərkəzinin Xarici Dillər (TDSB İLE) bolməsi tərkibində Azərbaycan Dili tədris olunur. Bu il də siniflərimiz öz qapılarlnl dilimizi oyrənmək, təkmilləşdirmək, qorumaq və yaşatmaq istəyən hər bir şagirdimiz üçün açmışdır.
Online qeydiyyat davam edir. Aşağıda paylaşılan linkdən iövladlarınızı dil siniflərimizə qeydiyyatdan keçirə bilərsiniz.
Qeyd: Azərbaycan dili dərslərinə JK yaşından başlayaraq 8-ci sinif də daxil olmaqla qəbul edilir. 9-cu sinif və böyüklər üçün online siniflərimizə yazılçaq üçün elan paylaşılacaq.
Dərslər hər həftənin şənbə günləri səhər saat 9:00-11:30 intervalında keçilir.
Əlavə məlumat üçün mesaj bölməsinə yazıb məlumat ala bilərsiniz. Həmçinin də postun altında yaza bilərsiniz.

https://www.tdsb.on.ca/Elementary-School/Beyond-the-Classroom/International-Languages-Elementary-and-African-Heritage/ILE-AH-2026-2027



Dilimiz baş tacımız, kimliyimiz, varlığımözdır!!!


Toronto və ətraf rayonlarda yaşayan uşaqlar üçün Ana Dili dərslərinə qeydiyyat davam edir.Can Azerbaijan Lale Musaqizi t...
09/11/2026

Toronto və ətraf rayonlarda yaşayan uşaqlar üçün Ana Dili dərslərinə qeydiyyat davam edir.
Can Azerbaijan Lale Musaqizi təşəkkür edirik!
Azerbaijani Classes in Toronto
Azerbaijani Women's Support Centre - AWSC
Yegana Jafarova

https://www.instagram.com/p/DdFj_ZjM3wF/?stkn=cDNyMHQ0eWdjZDZj

Address

100 Queen Street West
Toronto, ON
M5H 2N2

Website

Alerts

Be the first to know and let us send you an email when Azerbaijani Classes in Toronto posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azerbaijani Classes in Toronto:

Shortcuts

Share

Category