10/08/2026
Uğurlu müəllim olmağımın arxasında nə dayanır?
Əslində, bu uğurun arxasında uzun illər ərzində qazandığım təcrübə, davamlı çalışma və öz üzərimdə işləməyim dayanır.
Amma bu gün müəllim kimi fəaliyyət göstərməyimə qədər həyatım tamam başqa istiqamətdə idi.
7 il bank sektorunda çalışmışam.
Bu illər mənə yalnız iş təcrübəsi qazandırmadı. İnsanlarla ünsiyyət qurmağı, məsuliyyət götürməyi, komanda ilə işləməyi və çətin situasiyalarda düzgün qərar verməyi öyrətdi. Ətrafımda gözəl insanlar, dostlar qazandım və çox dəyərli təcrübə topladım.
Hətta bir vaxtlar düşünürdüm ki:
“Mən heç vaxt müəllim işləyə bilmərəm.”
Amma həyatın öz planları varmış. 😊
MİQ imtahanında iştirak etdim və uğur qazanaraq müəllim oldum.
İlk vaxtlar mənim üçün asan olmadı. Yeni sahə, yeni məsuliyyət, yeni hədəflər…
Amma bir şeyi çox yaxşı bilirdim:
Əgər bu yolu seçmişəmsə, ən yaxşısını etməliyəm.
İnformatikanı şagirdlərimə sadəcə mövzu və test kimi öyrətmək istəmədim. Çalışdım ki, onlar məntiqi düşünsün, məsələyə fərqli yanaşsın və kodun arxasındakı məntiqi başa düşsün.
Xüsusilə abituriyent hazırlığında bu zəhmətin nəticəsini görmək mənim üçün ən böyük motivasiya oldu.
Çoxlu abituriyentim oldu və yüksək nəticələr göstərən şagirdlərimlə fəxr etdim. ❤️
Mənim üçün müəllimlik sadəcə dərs demək deyil.
Bir şagirdin “Müəllimə, mən bacardım!” deməsi, imtahandan sonra sevincini sizinlə bölüşməsi, illər sonra gəlib “Sizin sayənizdə İnformatikanı sevdim” deməsi…
Bütün yorğunluğa dəyər. ❤️