Zaqatala rayonu Zəyəm kənd tam orta məktəbi

Zaqatala rayonu Zəyəm kənd tam orta məktəbi Təhsil müəssisəsi

24/08/2026

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda intensiv şəkildə inkişaf edir. İki qardaş dövlət arasında yüksələn strateji tərəfdaşlıq Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət etməklə yanaşı, Türk dünyasının birliyini möhkəmləndirir. Prezident İlham Əliyevin avqustun 21-də Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də ikitərəfli münasibətlərin inkişaf dinamikası və qarşıdakı perspektivlər geniş şəkildə açıqlanır.
Müsahibəsində Azərbaycan və Özbəkistan arasında münasibətlərin ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslandığını vurğulayan prezident İlham Əliyev bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlərin son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Dövlətlərimiz arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu diqqətə çatdıran prezident İlham Əliyev ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdiyini və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdığını qeyd edib.
Müsahibədə iqtisadi münasibətlərlə bağlı açıqlanan rəqəmlər də diqqət çəkib. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz artımın qeydə alınması iqtisadi münasibətlərin sürətlə genişləndiyini göstərir. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti münasibətlərin sadəcə “alıcı-satıcı” modelindən çıxarılaraq qarşılıqlı investisiya və istehsal əməkdaşlığına keçirilməsi baxımından əhəmiyyətlidir.
Dövlət başçısı həmçinin energetika sektorunda əməkdaşlığımızın fəal şəkildə inkişaf etdiyini bildirib. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir.
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir.
Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. Cənab prezidentin qeyd etdiyi kimi, iki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.
Prezident İlham Əliyevin müsahibəsində Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı verilən mesajlar xüsusi əhəmiyyət daşıyır. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə təşkilatın möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin olunması, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması və qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi istiqamətində mühüm qərarların qəbul edilməsi Türk Dövlətləri Təşkilatının gələcəyi haqqında kifayət qədər aydın strateji baxışdır.
Dövlətimizin başçısının müsahibəsində diqqəti cəlb edən ən mühüm strateji istiqamətlərdən biri nəqliyyat və logistika məsələsidir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən ən mühüm geosiyasi məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlıdır. Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürünü bildirən prezident İlham Əliyev bildirib ki, “Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir. Həmçinin Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri ortaq tariximizə, dilimizə və mədəniyyətimizə söykənən, eyni zamanda regional və qlobal proseslərə təsir imkanları artan strateji müttəfiqlik münasibətləridir.

Famil Rəhimov
Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru

24/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

24/08/2026

📢 Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir
- - - -
📌 Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir.

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
🔹 Seçim
🔹 Müsahibə

🗓️ Qeydiyyat müddəti:

⏰ 24 avqust 2026-cı il, saat 15:00-dan
⏰ 27 avqust 2026-cı il, saat 15:00-dək

🔗 Qeydiyyat üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdMLORqyToFFhikCZel7e2QSw-P2DAVBv8cr83YeegF-WBf1w/viewform?usp=sharing&ouid=114869167038232509210

📋 Qeydiyyat zamanı namizəd:

1️⃣ Elan üzrə təqdim olunan məlumat linkindən vakant müəssisələrlə tanış olur;
2️⃣ Müraciət linkinə keçid edir;
3️⃣ İşə qəbul üzrə vakant yeri seçir;
4️⃣ Tələb olunan sənədləri əlavə edir.

📎 Mütləq əlavə olunmalı sənədlər:
🔹 Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədin) surəti;
🔹 Əmək kitabçasının surəti.

📍 Vakant yerlərin siyahısı ilə tanış olmaq üçün:
🔗 https://docs.google.com/spreadsheets/d/12OjVrbya3xfd4RJdKMIDwebWUTQ40KtZj-K9orMB67M/edit?usp=sharing

✅ MÜSABİQƏDƏ İŞTİRAK ÜÇÜN TƏLƏBLƏR

🎓 Ali təhsil:
Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;

⏳ Pedaqoji staj:
Ən azı 3 il pedaqoji staj;

📊 Təhsilalanların sayı 500-dən çox olan müəssisələr üzrə:
🔹 Sertifikatlaşdırmanın test imtahanında 51 bal və daha yuxarı;
🔹 Sertifikatlaşdırmada iştirak etməyən namizədlər üçün MİQ və ya diaqnostik qiymətləndirmədə 85% və daha yuxarı nəticə.

📊 Digər təhsil müəssisələri üzrə:
🔹 Sertifikatlaşdırmanın test imtahanında 42 bal və daha yuxarı;
🔹 Sertifikatlaşdırmada iştirak etməyən namizədlər üçün MİQ və ya diaqnostik qiymətləndirmədə 70% və daha yuxarı nəticə.

📩 Namizədin təqdim etdiyi məlumatlar yoxlanıldıqdan sonra əlaqə nömrəsinə ərizənin qəbul edilib-edilməməsi barədə SMS göndərilir.

🎤 Müsahibəyə dəvət aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1️⃣ Vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;
2️⃣ Müvafiq rayon (şəhər) üzrə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
3️⃣ Müvafiq rayon (şəhər) üzrə çalışan müəllimlər;
4️⃣ Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
5️⃣ Həmin yerli bölmə üzrə çalışan müəllimlər;
6️⃣ Müvafiq tələblərə cavab verən digər şəxslər.

⚖️ Eyni nəticə göstərən namizədlər arasında seçim zamanı:

🔸 Sertifikatlaşdırma və ya MİQ test imtahanında daha yüksək nəticə;
🔸 Pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi;
🔸 Daha çox pedaqoji staj;
🔸 Əvvəllər rəhbər vəzifədə işləmə və ya rəhbər vəzifədə daha çox staj nəzərə alınır.

📞 QEYD: Qeydiyyatla bağlı hər hansı sual yarandığı halda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 146-0-11 Çağrı Mərkəzinə zəng edərək ətraflı məlumat əldə edə bilərsiniz.

🌟 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

23/08/2026

Adı məktəbimizdə, ruhu qəlbimizdə – HƏMİŞƏLİK! 🇦🇿
Bu gün məktəbimizin adını şərəflə daşıdığı şəhidimiz Elman Osmanovun doğum günüdür.
Vətən uğrunda canından keçən qəhrəmanımızı dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.
Elman Osmanov – adın məktəbimizdə, xatirən qəlbimizdə, ruhun isə daim bizimlədir!
Doğum günün mübarək, əziz ŞƏHİDİMİZ!

18/08/2026

📢 Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.

📍 Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, hər bir namizəd müsabiqənin nəticələri ilə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

🤝 Direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

18/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

17/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm siyasi, sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalıb. Bu səfər Naxçıvanın hərtərəfli inkişafının ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə isə görülən işlərin və qarşıda duran vəzifələrin daha geniş şəkildə ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər etdiyini və hər səfərin də böyük mənası və gözəl nəticələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edib.
Müsahibəsi zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirən prezident İlham Əliyev hazırda təxminən 200 meqavat generasiya gücünə malik olan Naxçıvanda 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini bildirib.
Bəli, Naxçıvan artıq enerji təminatında yeni mərhələyə keçir. Bu layihə Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, regionun gələcək sənaye inkişafı üçün də mühüm baza yaradacaq. Bərpaolunan enerji sahəsində də Naxçıvan üçün böyük perspektivlər mövcuddur. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Enerji təhlükəsizliyinin digər mühüm komponenti qaz təminatıdır. Naxçıvanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması əhalinin sosial rifahı və iqtisadi fəaliyyət üçün mühüm nəticədir.
Çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malik Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolunu vurğulayan Prezident qeyd edib ki, “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizi və Naxçıvanın gələcək nəqliyyat imkanları ilə bağlı fikirləridir. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və Azərbaycanın əsas hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirilməsi çoxdankı hədəfdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda bu məsələnin əks olunması üçün göstərilən siyasi səyləri xatırladan prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün bu məsələdə dönüş nöqtəsi olduğunu bildirib.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyi diqqətə çatdıran prezident İlham Əliyev Naxçıvan istiqamətində Ordubad və Sədərək rayonları ərazisində mövcud olmayan dəmir yolu hissələrin yenidən tikiləcəyini bildirib. Ölkə başçısı vurğulayıb ki, “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.”
Bir çox beynəlxalq qurumların, bəzi ölkələrin bu yola maraq göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.”
Prezidentin sözlərinə görə, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq.
Beləliklə, Zəngəzur layihəsi nəqliyyat dəhlizindən daha geniş anlayışa çevrilir. Bu, enerji, rəqəmsal kommunikasiya, logistika və iqtisadi inteqrasiyanı özündə birləşdirən çoxfunksiyalı regional bağlantıdır.
Bununla yanaşı, Naxçıvanın inkişafında xarici investisiyaların cəlb edilməsidə mühüm istiqamət kimi müəyyənləşdirilir. Prezident artıq müxtəlif istiqamətlərdən investisiya təkliflərinin daxil olduğunu və Naxçıvanın potensialından daha geniş istifadə olunacağını bildirib. Bu isə muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarə etmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağı bildirilib. Prezident qeyd edib ki, “kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.”
Beləliklə, Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi yalnız Naxçıvanın inkişafı haqqında deyil, Azərbaycanın gələcək regional modelinin konturlarını göstərir.

Kamran Məmmədov
Zaqatala RİHBA-nın Sosial-iqtisadi məsələlər,
informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi

09/08/2026

Address

Zaqatala

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayonu Zəyəm kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zaqatala rayonu Zəyəm kənd tam orta məktəbi:

Shortcuts

Share

Category