Zaqatala rayonu Soltan Tahirov adına Muxax kənd körpələr evi-uşaq baxçası

Zaqatala rayonu Soltan Tahirov adına Muxax kənd körpələr evi-uşaq baxçası Səhifə,Zaqatala rayonu Soltan Tahirov adına Muxax kənd körpələr evi-uşaq bağçasının rəsmi səhifəsidir

23/01/2026

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə keçirilib. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə edilməsi sisteminin təkmilləşdirilməsinə həsr olunan bu müşavirədə mövcud su problemləri və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub.
Müşavirədə ölkəmizdə son iyirimi il ərzində hər biri beş ili əhatə edən bir neçə regional inkişaf proqramının uğurla icra edildiyini vurğulayan prezident İlham Əliyev, bunun nəticəsində əsas infrastruktur məsələlərinin həll edildiyini diqqətə çatdırıb. Su mənbələrinin hər birinin ölkə üçün çox önəmli olduğunu qeyd edən dövlətimizin başçısı vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövlətinin bizə qarşı su terroru da həyata keçirdiyini, “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsinin bizə böyük problemlər yaratdığını xatırladaraq bu gün “Suqovuşan” və “Sərsəng” su anbarlarının, eyni zamanda Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay”, Laçın rayonunda “Zabuxçay” su anbarının yenidən qurulduğunu, azad edilmiş ərazilərdə daha iki böyük su anbarının –“Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin nəzərdə tutulduğunu bildirib.
Bəli, su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Gələcək nəsillərin dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Məqsəd əhalini, sənayeni və kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq və potensialı artırmaqdır. Dövlətimizin başçısının göstərişi ilə hazırlanan “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Təsadüfi deyil ki, proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcək, fasiləsiz içməli su ilə təmin olunan əhalinin sayı 95 faizə çatacaq. Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. Eyni zamanda, 200 kilometrdən çox magistral kanallar və paylayıcı şəbəkə tikiləcək.
Dövlət Proqramının ən vacib istiqamətlərindən biri də yağış sularının idarəolunmasıdır. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.
Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də dənizə buraxılan çirkli sulardır. Burada da lazımi əlavə tədbirlər görüləcək. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq.
Bir sözlə, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın perspektivi çox böyükdür. Bu proqramın uğurlu icrası Bakı və Abşeron yarımadasını müasir iqlim çağırışlarına cavab verən, dayanıqlı bir məkana çevirməyə imkan yaradacaq.

Ruslan Poladov
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Rəisi

19/01/2026

Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəaliyyətə başlayan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəyini vurğulayaraq bu günün əlamətdar gün olduğunu bildirib.
2022-ci ilin yanvar ayında təməli qoyulmuş bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə, ilk növbədə investor olan “ACWA Power” şirkətinə təşəkkürünü bildirən dövlətimizin başçısı, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafının son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edildiyini, enerji sistemimizin tamamilə yeniləndiyini diqqətə çatdırıb. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya güclərinin bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq təxminən 10 min meqavata bərabər olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, “Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.”
Bəli, Azərbaycan Respublikası öz enerji siyasətini yeni çağırışlara uyğun şəkildə yenidən formalaşdıraraq bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet elan etmişdir. Neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar həm iqtisadi, həm ekoloji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Dövlət başçısı bu imkanlardan istifadə edərək Azərbaycanın regionun etibarlı enerji istehsalçısına çevriləcəyinə əminliyini ifadə etmişdir.
Çıxışında investisiya mühiti ilə bağlı məsələlərə də toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan indiyədək 300 milyard dollardan artıq xarici sərmayə cəlb etmişdir. Ölkənin maliyyə vəziyyəti çox müsbətdir, xarici borcun ÜDM-də payı cəmi 6 faizdən bir qədər çoxdur və valyuta ehtiyatları bu borcu 16–17 dəfə üstələyir. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır. Bütün bunlar Azərbaycanın etibarlı investisiya məkanı olduğunu sübut edir.
Gələcək planlardan danışan Prezident qeyd edib ki, bərpaolunan enerji potensialının artması enerji saxlanması infrastrukturunun yaradılmasını zəruri edir. Bu məqsədlə ölkədə ilk dəfə olaraq 250 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi inşa edilir. Bundan əlavə, imzalanmış kontraktlar əsasında 2030–2032-ci illərədək 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına təxminən 40 kiçik su elektrik stansiyasının inşa edildiyini xatırladan prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək. Bəli, bu layihələr ölkəmizin enerji müstəqilliyini gücləndirəcək və bərpaolunan enerji sahəsində yeni dövrün əsasını qoyacaq.
Dövlət başçımız bildirib ki, “Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.”
Bəli, Prezident İlham Əliyevin tədbirdəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın bərpa olunan enerji sahəsinə qoyduğu investisiyalar təsadüfi deyil, düşünülmüş və uzunmüddətli strateji baxışın nəticəsidir. Bu siyasət enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.

Raqif Qasımov
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent,
UNEC Zaqatala filialı direktoru

30/12/2025

Ölkəmizin dünya miqyasında tanınmasında, mövqelərinin möhkəmlənməsində və müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır. Bu gün idman və bədən tərbiyəsinin tərəqqisi, inkişafı istiqamətində qətiyyətli addımlar atan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi, diqqət və qayğısı sayəsində formalaşan idman siyasəti Azərbaycanda idman sahəsinin kompleks inkişafını təmin edir, ölkəmizdə ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir və Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. İdmançılarımız olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında nümunəvi çıxışlar edərək qalib ölkəmizin bayrağını ən uca zirvələrə qaldırır, qazanılan parlaq qələbələr idman tariximizdə yeni səhifələr açır. Eyni zamanda, əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
Dövlətimizin başçısının idman ictimaiyyətinin nümayəndələri, o cümlədən idmançılarla mütəmadi görüşləri, hər ilin sonunda ənənəvi olaraq idman yekunlarına həsr olunan mərasimin keçirilməsi də ölkə Prezidentinin idmanın inkişafına göstərdiyi diqqətin bariz təzahürüdür.
Dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev bu il idmançılarımız tərəfindən qazanılan medalların sayının rekord həddə çatdığını vurğulayıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanıldığını diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “idmanın inkişafı Azərbaycanda uğurla gedir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.”
Bu il ölkəmizdə keçirilmiş əsas idman yarışının MDB ölkələrinin üçüncü Oyunları olduğunu xatırladan prezident İlham Əliyev minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə çox yüksək səviyyədə keçirilmiş bu kimi tədbirlərin bizim potensialımızı, ölkəmizin imicini və idman potensialını bütün dünyaya göstərdiyini vurğulayıb.
Eyni zamanda Bakıda ilk dəfə keçirilən UFC turniri, eləcə də Formula 1 yarışlarının davamlı təşkili idman vasitəsilə ölkəmizin yüksək səviyyədə təqdimatına imkan yaradır. Bu tədbirlər təkcə idman uğuru deyil, eyni zamanda, ölkənin turizm və iqtisadi potensialının inkişafına töhfə verir.
Ölkəmizdə gələn il də yarışların keçirilməsinin gözlənildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir.”
Bəli, Azərbaycanda qarşıdakı illərdə də idmanın davamlı inkişafı təmin ediləcək, ölkəmiz beynəlxalq idman ailəsində öz mövqeyini daha da möhkəmləndirəcəkdir. Ötən illərdə əldə olunan nailiyyətlərin məntiqi nəticəsi olaraq, Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycan idmanına verilən yüksək beynəlxalq qiymətdir. Dövlət siyasətinin, modern infrastrukturun və gənclərə yönəlmiş diqqətin nəticəsi olaraq Azərbaycan idmanı gələcəkdə daha böyük hədəflərə doğru inamla irəliləyir.

Araz Əliyev
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun müdiri

24/12/2025
22/12/2025

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Məhz bu möhkəm konstitusion əsas üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli şəkildə davam etdirilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizm prinsipidir. Bu baxımdan, dövlətimizin başçısının ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən təşəbbüsləri - imzaladığı əfv fərmanları, amnistiya aktları, eyni zamanda insan hüquqları gününün təsis edilməsi xüsusi əhəmiyyət daşıyır. “Konstitusiya və Suverenlik” ilində Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə ən böyük amnistiya təşəbbüsünün irəli sürülməsi Azərbaycan dövlətinin hüquqi dövlət, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti bariz nümunəsidir. Humanizm ideyalarına əsaslanaraq, müəyyən kateqoriyadan olan məhkumların cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsini nəzərdə tutan amnistiya çox mühüm hüquqi və mənəvi bir addımdır. Bu təşəbbüs yalnız hüquqi xarakter daşımır, insan taleyi və sosial ədalət amilinin daim diqqət mərkəzində saxlanıldığını, dövlətin gücünün insan hüquqlarına hörmət və vətəndaşa qayğı üzərində qurulduğunu bir daha nümayiş etdirir.
Amnistiya aktları Azərbaycan Respublikasında uzun illərdir formalaşmış hüquqi ənənəyə söykənir və dövlətin sosial ədalət prinsipinə sadiqliyini təsdiqləyir. Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Həyata keçirilən bu cür təşəbbüslər ölkənin beynəlxalq imicinə müsbət təsir göstərməklə yanaşı, minlərlə insanın taleyində müsbət dönüş yaradıb. Bu qərarlar nəticəsində ailələr yenidən birləşib, cəmiyyətə reinteqrasiya imkanları genişlənib. Eyni zamanda Azərbaycanın müstəqil və suveren dövlət kimi müəyyənləşdirdiyi strateji inkişaf xəttinə tam uyğun olmaqla, cəmiyyətə birlik, bağışlama və gələcəyə inam mesajı verir.
Bu amnistiya aktının müəyyən kateqoriyadan olan ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Ölkə başçısının bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük töhfə verəcəkdir.

Eldar Mustafayev
RİHBA-nın Hüquq şöbəsinin müdiri

15/12/2025
12/12/2025

Address

Zaqatala
AZ6233

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayonu Soltan Tahirov adına Muxax kənd körpələr evi-uşaq baxçası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share