12/06/2026
Zaqatala şəhəri Nizami Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Arif Qarəhmədli klassik musiqi sahəsində göstərdiyi yüksək maraq, istedad və səyləri ilə seçilərək “Uşaq Dünyası” adlı festivalda uğurla iştirak etmişdir. Festival çərçivəsində nümayiş etdirdiyi musiqi bacarığı, səhnə mədəniyyəti və sənətə olan sevgisi iştirakçılar və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Arif Qarəhmədlinin əldə etdiyi bu uğur onun musiqiyə olan həvəsinin, zəhmətinin və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Uşaq yaşlarından incəsənətə maraq göstərən Arif öz istedadını inkişaf etdirməklə yanaşı, məktəbini və yaşadığı bölgəni də layiqincə təmsil etmiş, məktəb rəhbərliyi tərəfindən daim dəstəklənmiş və onun yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Məktəb rəhbərliyinin diqqət və qayğısı nəticəsində Arif öz bacarıqlarını daha da inkişaf etdirərək müxtəlif tədbir və festivallarda uğurla iştirak etmişdir.”Onun festivalda iştirakı həm şəxsi inkişafının, həm də yaradıcı potensialının parlaq göstəricisidir.
Şagirdimizin qazandığı bu nailiyyət münasibətilə onu səmimi qəlbdən təbrik edir, gələcək təhsil və yaradıcılıq fəaliyyətində yeni uğurlar, yüksək nailiyyətlər və daha böyük səhnələr fəth etməsini arzulayırıq.
“İnanırıq ki, Arif Qarəhmədli öz musiqi istedadı, zəhməti və yaradıcılıq uğurları ilə gələcəkdə təkcə ölkəmizi deyil, Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə də layiqincə təmsil edərək tanıdacaqdır.”