Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbi

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbi, Education Website, Vidadi 13, Zaqatala.
(1)

16.06.2026-cı il tarixində Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində qarşıdan gələn...
17/06/2026

16.06.2026-cı il tarixində Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində qarşıdan gələn sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlərlə məktəb rəhbərliyinin geniş tərkibli görüşü keçirilmişdir.
​İclasın əsas məqsədi imtahan prosesinin şəffaf, obyektiv və yüksək səviyyədə təşkili üçün müəllimləri qaydalarla yaxından tanış etmək, onlara mənəvi dəstək olmaq və proses zamanı yarana biləcək suallara aydınlıq gətirməkdir.
​Gündəliyə uyğun olaraq iclasda aşağıdakı vacib məsələlər ətraflı şəkildə müəllimlərin diqqətinə çatdırılmışdır:
​1. Sertifikasiya imtahanının keçirilməsi qaydaları,
​ Müəllimlərə imtahana daxil olma fərmanları, şəxsi kabinetlərinə göndərilən bildirişlər və imtahan mərkəzinə gəlmə vaxtları barədə məlumat verilmişdir. İmtahan binasına vaxtında və lazımi sənədlərlə (şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi) yaxınlaşmağın vacibliyi vurğulanmışdır.
​ Test mərhələsinin ümumi müddəti, sualların sayı və fənlər üzrə bölüşdürülməsi qaydaları bir daha xatırladılmışdır
​Müəllimlərin təhsil qanunvericiliyinə uyğun olaraq peşəkar səriştəliliyin yoxlanılması prosesində məsuliyyətlə iştirak etmək, təyin olunmuş reqlamentə əməl etmək öhdəlikləri qeyd olunmuşdur.
​3. İmtahan prosesində davranış qaydaları
​İmtahan otağında və binasında qəti qadağan olunan vasitələr (mobil telefonlar, ağıllı saatlar, digər rabitə və köməkçi vasitələr) barədə xəbərdarlıq edilib.
​Köçürmə hallarının, imtahan qaydalarının pozulmasının birbaşa nəticənin ləğv olunmasına səbəb olacağı diqqətə çatdırılmış və müəllimlərimizin hər zaman olduğu kimi, bu prosesdə də yüksək mədəniyyət və nizam-intizam nümayiş etdirəcəyinə əminlik ifadə olunmuşdur.
​4. Qiymətləndirmə meyarları
​Keçid balları, düzgün və səhv cavabların bir-birinə təsir edib-etməməsi məsələləri aydınlaşdırılmışdır.
​İmtahanın test və müsahibə mərhələlərinin müəllimlərin əməkhaqqı əlavələrinə və differensial əməkhaqqı sisteminə təsiri barədə qanunvericiliyin tələbləri izah edilmişdir.
​✨ Məktəb rəhbərliyi çıxış edərək qeyd etmişdir ki, sertifikasiya prosesi müəllimlərimizin peşəkarlığının növbəti nümayişi və gələcək uğurları üçün böyük bir pillədir. Hər bir müəllimimizə öz bilik və bacarıqlarını ən yüksək səviyyədə göstərməyi arzu edirik.
​Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin kollektivi olaraq sertifikasiya imtahanında iştirak edəcək bütün müəllimlərimizə uğurlar və yüksək nailiyyətlər arzulayırıq! İnanırıq ki, sizin uğurunuz məktəbimizin növbəti qürur mənbəyi olacaqdır!

16/06/2026

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyində, Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan bir gündür. Bu tarix xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Məhz həmin gün Vətənini sevən, çətin günlərin ağrı-acısını yaşamış insanlar üçün ümid və qurtuluş yolu açılmışdır. Həmin günün qürurunu hamımız böyük ehtiramla yaşayırıq.
Sovet İttifaqının süqutundan sonra Azərbaycan mürəkkəb və ağır sınaqlarla üz-üzə qalmışdı. Müstəqil dövlət kimi mövcudluğumuz ciddi təhlükə altında idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən hərbi təcavüz və torpaqlarımızın bir hissəsinin işğalı, digər tərəfdən isə hakimiyyət uğrunda mübarizə və daxili qarşıdurmalar xalqın gələcəyə olan inamını sarsıtmışdı. O dövrdə ölkədə yaranmış siyasi qeyri-sabitlik, idarəetmədə yol verilən ciddi nöqsanlar və düşünülməmiş qərarlar vəziyyəti daha da ağırlaşdırmışdı. Xarici əlaqələrin zəifləməsi, qonşu dövlətlərlə münasibətlərdə yaranan problemlər Azərbaycanın təcrid olunmasına gətirib çıxarmışdı. Ölkədə xaos və mənəvi tənəzzül müşahidə olunurdu.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Xalqın və dövlətin çağırışına cavab verən Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkənin xilası naminə məsuliyyəti öz üzərinə götürdü. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da Azərbaycan dövləti və dövlətçiliyinin təhlükədən xilas olması üçün əlverişli zəmin yarandı. Onun qətiyyəti, uzaqgörən siyasəti və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sabitliyin və inkişafın möhkəm təməli qoyuldu.
Bəli, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı, siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bir sözlə Ulu öndərin xalqa olan sonsuz sevgisi və xalqın ona göstərdiyi böyük etimad nəticəsində Azərbaycan qısa müddətdə ağır böhran vəziyyətindən çıxaraq tərəqqi yoluna qədəm qoydu.
Bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna daim sadiq qalaraq müstəqil ölkəmizi inamla uğurlu gələcəyə aparır. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır. Bu gün Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Ulu öndər Heydər Əliyevin ən böyük arzusunu reallaşdıran, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməli qoyulur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələri fəth ediləcəkdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır, əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anırıq.
Bayramınız mübarək!

Arzu Səfərli
Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin
direktoru vəzifəsini icra edən

16/06/2026

Türkiyə və Azərbaycan arasında münasibətlərin ən yüksək zirvəsini ifadə edən, müasir tariximizin mühüm hadisələrindən biri sayılan Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış Bəyannamə iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirmiş, müttəfiqlik əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirmişdir. Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması sənədə xüsusi tarixi və mənəvi əhəmiyyət qazandırmışdır.
Şuşa Bəyannaməsi iki ölkə arasında siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənəd regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, inteqrasiya proseslərinin sürətlənməsinə və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir. Eyni zamanda, hər iki dövlətin beynəlxalq nüfuzunun və strateji mövqelərinin güclənməsinə xidmət edir.
Bəyannamədə qarşılıqlı investisiyaların təşviqi, beynəlxalq münasibətlər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müdafiə və təhlükəsizlik məsələlərində birgə fəaliyyət, eləcə də zəruri hallarda qarşılıqlı yardım göstərilməsi kimi mühüm istiqamətlər öz əksini tapmışdır. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ölkələrin hərbi potensialının daha da güclənməsinə şərait yaradır. Həmçinin sənəddə Azərbaycan və Türkiyənin xarici siyasət sahəsində qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri müəyyən edilmişdir.
Bəyannamənin imzalanmasından sonra Şuşada ənənəvi olaraq müxtəlif beynəlxalq tədbirlər və konfranslar keçirilmişdir. Belə ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə”, 2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”, 2025-ci ilin iyunun 15-də “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlı mühüm beynəlxalq konfranslar təşkil edilmişdir.
Bəli, Şuşa Bəyannaməsi təkcə siyasi sənəd deyil, həm də Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlığın, dostluğun və strateji tərəfdaşlığın rəmzidir. Bu sənəd iki dövlət arasında müttəfiqliyin ən yüksək səviyyədə olduğunu təsdiqləməklə yanaşı, “Bir millət, iki dövlət” prinsipinin parlaq təcəssümü kimi bütün dünyaya mühüm mesaj verir.

Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri

15/06/2026

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbi 11b sinfi

14/06/2026

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbi 11c sinfi

14/06/2026

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin 11 a sinfi

Milli-mənəvi dəyərlərimizə söykənən möhtəşəm “Son Zəng” tədbiri keçirildiZaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli...
14/06/2026

Milli-mənəvi dəyərlərimizə söykənən möhtəşəm “Son Zəng” tədbiri keçirildi
Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə milli-mənəvi dəyərlərimizə, vətənpərvərlik ruhuna və gələcəyə inama əsaslanan yaddaqalan “Son Zəng” tədbiri təşkil olundu. Tədbir məktəb kollektivi, valideynlər, məzunlar və dəyərli qonaqların iştirakı ilə yüksək ruh yüksəkliyi şəraitində keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi. Bu an tədbir iştirakçılarına vətənə sevginin, dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın nə qədər mühüm olduğunu bir daha hiss etdirdi.
Tədbirdə hörmətli qonaqlar iştirak etdilər. Qonaqlar sırasında Zaqatala rayon prokrorunun müavini Vüqar Orucov, şəhid anaları Tahirə Məmmədova, Rahilə ana Cumayeva , Gözəl ana Xurşudova və Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov yer aldılar.
Direktor səlahiyyətlərini müvəqqəti icra edən İlahə Həsənova çıxış edərək Şəki-Zaqatala RTİ və Zaqatala rayon Təhsil Sektor rəhbərliyi adından adından məzunları, müəllimləri və valideynləri təbrik etdi, şagirdlərin qazandıqları bilik və bacarıqların gələcək həyat yollarında onlara uğur gətirəcəyinə inam ifadə olundu. Çıxış zamanı məktəbin yalnız təhsil ocağı deyil, eyni zamanda milli-mənəvi dəyərlərin, vətəndaşlıq mövqeyinin və şəxsiyyət formalaşdırılmasının əsas ünvanlarından biri olduğu vurğulandı. Məzunlara gələcək həyatlarında daim dövlətə, xalqa və milli dəyərlərə sadiq olmaları, qarşılarına qoyduqları məqsədlərə inamla addımlamaları tövsiyə edildi.
Qonaqlar da öz çıxışlarında məzunlara dəyərli tövsiyələr verdilər, məktəb illərinin insan həyatında xüsusi mərhələ olduğunu qeyd etdilər və gənclərə təhsil, zəhmət, vətən sevgisi və yüksək mənəvi keyfiyyətlərin əhəmiyyətindən danışdılar. Şəhid analarının tədbirdə iştirakı və səsləndirdikləri fikirlər tədbirə xüsusi duyğusallıq və mənəvi dərinlik qatdı.
Tədbirin ən yaddaqalan hissələrindən biri isə şagirdlərin hazırladığı çıxış proqramı oldu. Məzunların təqdim etdikləri musiqili kompozisiyalar, şeirlər, rəqslər, müəllimlərə və valideynlərə ünvanlanan təşəkkür çıxışları, məktəb illərinə həsr olunmuş duyğulu səhnələr tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılandı. Şagirdlərin yüksək təşkilatçılığı, yaradıcılığı və səhnə mədəniyyəti tədbirə xüsusi rəng qatdı.
Sonda ən həyəcanlı an yaşandı – Son Zəng sədası məktəbin həyətində əks-səda verdi. Bu zəng məzunlar üçün məktəb həyatının başa çatmasını, eyni zamanda yeni arzuların, yeni hədəflərin və böyük həyat yolunun başlanğıcını simvolizə etdi.
Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi adından bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar, yüksək nailiyyətlər və daim zirvələr arzulayırıq! 🌹



Məktəbimizdə fiziki tərbiyə fənni üzrə normativlərin qəbulu keçirildiMəktəbdə fiziki tərbiyə fənni üzrə illik fəaliyyət ...
12/06/2026

Məktəbimizdə fiziki tərbiyə fənni üzrə normativlərin qəbulu keçirildi
Məktəbdə fiziki tərbiyə fənni üzrə illik fəaliyyət planına uyğun olaraq şagirdlərin fiziki hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə normativlərin qəbulu təşkil olundu. Tədbir fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə təhlükəsizlik qaydalarına əməl olunmaqla keçirildi.
Normativlər zamanı şagirdlər müxtəlif fiziki hazırlıq göstəriciləri üzrə öz bacarıq və qabiliyyətlərini nümayiş etdirdilər. Qaçış, uzunluğa tullanma, qüvvə və çeviklik hərəkətləri üzrə keçirilən sınaqlarda şagirdlər fəallıq göstərərək yüksək nəticələr əldə etməyə çalışdılar.
Normativlərin keçirilməsində əsas məqsəd şagirdlərin sağlam həyat tərzinə marağının artırılması, onların fiziki inkişaf səviyyəsinin qiymətləndirilməsi, idmana həvəsləndirilməsi və sağlamlığının möhkəmləndirilməsidir.
Keçirilən normativlər şagirdlərdə sağlam rəqabət mühitinin formalaşmasına, komanda ruhunun güclənməsinə və fiziki hazırlığın inkişafına müsbət təsir göstərdi.


Şəhər 3 nömrəli məktəbdə yüksək nəticə göstərən şagirdlərin valideynləri ilə görüş keçirilib10.07.2026-cı Zaqatala şəhər...
11/06/2026

Şəhər 3 nömrəli məktəbdə yüksək nəticə göstərən şagirdlərin valideynləri ilə görüş keçirilib
10.07.2026-cı Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinif buraxılış imtahanlarında 180 və daha yüksək bal toplamış şagirdlərin valideynləri ilə görüş təşkil olunub.Görüş zamanı iştirakçılara Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərəcək Zaqatala şəhəri İsmayıl Səmədov adına 5 nömrəli tam orta məktəbdə X-XI siniflər üzrə təşkil tam orta məktəb haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, həmin məktəbdə təhsil prosesi şagirdlərin seçdikləri ixtisas qruplarına uyğun şəkildə qurulacaq, qəbul imtahanlarına hazırlıq istiqamətində xüsusi proqramlar tətbiq ediləcək və şagirdlərin akademik inkişafına geniş imkanlar yaradılacaq.
Valideynlərin diqqətinə çatdırılıb ki, bu layihənin əsas məqsədi şagirdlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarına daha məqsədyönlü hazırlaşmalarını təmin etmək, onların bilik və bacarıqlarını inkişaf etdirmək, gələcək peşə seçimlərinə dəstək olmaqdır. Həmçinin vurğulanıb ki, yaradılan təhsil mühiti şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyacını minimuma endirməklə onların məktəb daxilində keyfiyyətli təhsil və hazırlıq imkanlarından faydalanmasına şərait yaradacaq.
Görüş zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb, qəbul qaydaları, təhsil prosesi, ixtisas qrupları və gələcək perspektivlər barədə geniş müzakirələr aparılıb. Valideynlər yaradılan yeni imkanları yüksək qiymətləndirərək övladlarının gələcək təhsil uğurları üçün belə təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.



Address

Vidadi 13
Zaqatala
6200

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share