Yevlax Gənc Müəllimlər Birliyi

Yevlax Gənc Müəllimlər Birliyi

Share

Həmrəyliyimiz Qələbəmizdir!

Photos from Yevlax r. Xaldan kənd kompleks tam orta məktəbi's post 08/11/2022

🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

06/09/2022

Yeni tədris ilində xoş gördük hər birinizi dəyərli həmkarlar!!

İlə daha aktiv və pozitiv başlayaraq daha effektiv təhsil verməyi və faydalı əməkdaşlıqlar etməyi diləyirik!

Maraqlı layihələrdə və tədbirlərdə görüşmək ümidilə...🤲💜

“Biz yeni tədris ilinə belə hazırlaşırıq, bəs siz?” layihəsinə start verilir

Sentyabrın 5-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə yeni tədris ilinə hazırlıq məqsədilə könüllü əsaslarla “Biz yeni tədris ilinə belə hazırlaşırıq, bəs siz?” layihəsinə start verilir.

13 sentyabr tarixinədək davam edəcək layihədə müəllim, şagird və texniki işçilər iştirak edə bilərlər.

Layihə ərzində məktəbin daxilində, sinif otaqları, dəhliz və digər yerlərində abadlıq, yaşıllıq və təmizlik işlərinin görülməsi nəzərdə tutulur.

Layihədə iştirak edəcək şəxslər öz məktəblərindən maraqlı fotoları [email protected] ünvanına göndərə bilərlər.

Layihənin məqsədi yeni tədris ilinə hazırlıq, uşaqlarda təbiətə və ətraf mühitə diqqət və qayğının daha da artırılmasından ibarətdir.

11/06/2022

Şagirdlərinizi cəlb edə bilərsiniz, əziz müəllimlər!
Layihə bizim regionu da əhatə edir👍👏

*"Gələcəyini Qur!" Layihəsinə qeydiyyat BAŞLADI!*

🔶11-ci sinfə keçən şagirdlər!🔶

Layihənin seçim prosesinə qoşulmaq üçün qeydiyyat *AÇIQDIR* ⭐

*"Gələcəyini Qur!" nədir?*
"Gələcəyini Qur!" gənclərin inkişafına yönəlmiş bir layihədir.

*Layihə gənclərə nə verir?*
📚 ali məktəbə ödənişsiz hazırlıq;
📚 inkişafetdirici tədbirlər;
📚 psixoloji dəstək

👤*Layihədə kim iştirak edə bilər?*
✔️Qeyd edilən rayonların orta məktəblərində Azərbaycan bölməsi üzrə 11-ci sinfə keçən (cari 2022-ci ilin sentyabr ayında 11-ci sinifdə təhsil alacaq) şagirdlər.

📌*Layihənin əhatə etdiyi ərazilər:*
📍Bakının Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər və Yasamal rayonları;
📍Regionlar - Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Samux, Goranboy

📝*Seçim prosesi necə aparılacaq?*
✔️Bir neçə mərhələdən ibarət olan seçim prosesində namizədlər aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəklər:
✅intellektual potensial;
✅təhsil almağa istək və həvəs;
✅ailənin sosial durumu

🔗Seçim prosesinə qoşulmaq üçün linkə daxil olun və qeydiyyatdan keçin:

*www.geleceyiniqur.az/qeydiyyat*

🗓*Qeydiyyat üçün son tarix: 10 iyun*

15/05/2022
11/05/2022

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Mingəçevirdə keçirdiyi II Şəbəkələşmə forumunda Yevlax müəllimləri də iştirak etmişdir. 👍🤝

Müəllimlərimizin bu cür aktiv olmağı, bilik və təcrübə mübadiləsi etməsi və öz şəbəkələrini hərtərəfli genişləndirməsi onların pedaqoji fəaliyyətinə də öz müstəsna təsirini göstərəcəkdir!

Uğurlar diləyirik!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

Photos from Yevlax Gənc Müəllimlər Birliyi's post 07/05/2022

AZƏRBAYCAN RESPUBLİKASI PEDAQOJİ UNİVERSİTETİ və AZƏRBAYCAN EYUDER EYFOR (EĞİTİM UZMANLIĞI DERNEĞİ ) birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Liderin 99-cu il dönümünə həsr edilən "TƏHSİL ZİRVƏSİ" konfransında Yevlax rayon ümumi təhsil müəssisələrinin müəllimləri də iştirak etmişdir. Təşkilatçılara öz dərin təşəkkürümüzü bildiririk!

https://azertag.az/xeber/Sekide_Ulu_Onderin_anadan_olmasinin_99_cu_ildonumune_hesr_edilen_silsile_tedbirler_kechirilir-2122418

Photos from Yevlax Gənc Müəllimlər Birliyi's post 20/04/2022

Bəylər Alıyev adına Salahlı kənd tam orta məktəbində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunun aktiv tərbiyəçisi Ayşən Məmmədova və onun körpə fidanları ilə birgə anlardan....😃😍

Kənddə belə bir gənc müəllimin fəaliyyət göstərməsi həqiqətən təqdirəlayiqdir! İşini sevən və sevdirən kadrlara HALAL olsun sadəcə!!!
Ayşən müəllimi müasir düşüncə tərzinə sahib olduğu və innovativ tərbiyə metodlarından istifadə etdiyi üçün təbrik edir, ona gələcək işlərində uğurlar diləyirik! 👍

Want your school to be the top-listed School/college in Yevlakh?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Yevlakh

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00