Yardımlı rayonu Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbi

Yardımlı rayonu Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbi Yardımlı rayonu Sırıq kənd N.Əskərov adına tam orta məktəb

Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin tarixi əhəmiyyətini belə bəyan edib: “Nəticə etibarilə 2025-ci ...
14/08/2026

Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin tarixi əhəmiyyətini belə bəyan edib: “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq – avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”.
Muxtar respublika üçün mühüm məsələlərdən biri təhlükəsizlik və enerji müstəqilliyi idi. Dövlətimizin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində Naxçıvanın müdafiə potensialı ən yüksək səviyyəyə qaldırıldı və təhlükəsizlik məsələləri tam həll olundu. Eyni zamanda vaxtilə qaz və elektrik təchizatından məhrum olan Naxçıvanın enerji təhlükəsizliyi də etibarlı şəkildə təmin edildi. Bu gün isə tamamilə yeni bir mərhələ başlayır. Artıq Naxçıvan öz daxili ehtiyaclarını ödəməklə yanaşı, enerjinin ixracı ilə məşğul olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvan, o cümlədən Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Dövlətimizin başçısı Naxçıvanın azad olunmuş ərazilərlə vahid konsepsiya əsasında inkişafını və idarəetmə modelini belə xarakterizə edib: “Bütövlükdə, bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər – Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir... Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir”.
Bu bölgələrin həm nəqliyyat, həm də “yaşıl enerji” potensialı Azərbaycanın ümumi iqtisadi və ekoloji hədəflərinin ana xəttini təşkil edir. Günəş və külək elektrik stansiyalarının tikintisi, su elektrik resurslarının bərpası Naxçıvanı ölkəmizin “yaşıl enerji” zonasına və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixrac edən əsas mərkəzlərdən birinə çevirir.
Naxçıvanın gələcək iqtisadi mənzərəsində ticarət, logistika, kənd təsərrüfatı və turizmin inkişafı xüsusi yer tutur. Muxtar respublikada əlverişli biznes mühitinin dəstəklənməsi, gömrük və vergi güzəştlərini nəzərdə tutan Azad İqtisadi Zonanın və ticarət habının formalaşdırılması yerli və xarici investisiyaların cəlb edilməsinə güclü təkan verir. Naxçıvanın ekoloji təmiz kənd təsərrüfatı məhsulları və “Badamlı”, “Sirab” kimi mineral suları brend olaraq xarici bazarlara çıxış imkanlarını genişləndirir. Bu böyük hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 2026-2027-ci illərdə sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə imzaladığı yeni Sərəncam müstəsna rol oynayır. Sərəncama əsasən ümumilikdə, 258 milyon manat vəsait muxtar respublikanın həyatında keyfiyyət dəyişikliklərinə səbəb olacaq konkret layihələrə yönəldiləcək. Sənədin əsas əhəmiyyəti Naxçıvanın “yaşıl enerji” potensialını artırmaq, regionun nəqliyyat və mənzil-kommunal şəraitini təkmilləşdirmək və əhalinin sosial rifahı ilə təhsil imkanlarını müasir standartlara yüksəltməkdir. Bu genişmiqyaslı layihələrin sürətli və keyfiyyətli icrası Naxçıvanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, muxtar respublikanın iqtisadi müstəqilliyini, təhlükəsizliyini və strateji mövqeyini daha da gücləndirəcəkdir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın Avropa ilə Asiyanı birləş...
31/07/2026

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələrdən biri kimi rolunu daha da gücləndirir. Bu marşrut yükdaşımaların sürətləndirilməsinə, beynəlxalq ticarətin genişlənməsinə və region ölkələrinin qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasına mühüm töhfə verir. Digər alternativ nəqliyyat marşrutlarının əlaqələndirilməsi isə regionun logistika imkanlarını daha da artıracaq.
Energetika sahəsində əməkdaşlığın, xüsusilə yaşıl enerji istiqamətinin ön plana çıxarılması qlobal enerji keçidi prosesində tərəflərin ortaq maraqlarını əks etdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, Mərkəzi Asiya dövlətlərinin isə zəngin enerji potensialı gələcəkdə bu istiqamətdə genişmiqyaslı regional əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi regionun iqtisadi dayanıqlılığını artıracaq mühüm amillərdəndir.
Bəyannamədə rəqəmsallaşma, innovasiya, elm və texnika, süni intellekt, rəqəmsal infrastruktur və kosmik texnologiyalar sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi də xüsusi vurğulanır. Bu istiqamətlər müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amillərdən hesab olunur. Elmi biliklərin mübadiləsi, innovativ layihələrin həyata keçirilməsi və qabaqcıl texnologiyaların tətbiqi region ölkələrinin davamlı inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verə bilər.
Regional əməkdaşlığın dayanıqlı və uzunmüddətli xarakter daşıması üçün təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas şərtlərdən biri hesab olunur. Bu baxımdan Çolpon-Ata Bəyannaməsində regional təhlükəsizliyə təhdid yaradan çağırışlara qarşı birgə mübarizə məsələlərinə xüsusi yer verilib. Bəyannamədə terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər təhlükələrə qarşı birgə mübarizənin vacibliyinin vurğulanması regional təhlükəsizlik məsələlərinin prioritet istiqamətlərdən biri olduğunu növbəti dəfə təsdiqləyir.
Bu təhdidlər ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə regionun təhlükəsizliyinə təsir göstərdiyindən onların aradan qaldırılması yalnız koordinasiyalı fəaliyyət və qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Bu baxımdan təhlükəsizlik sahəsində informasiya mübadiləsinin, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bəyannamədə humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalar isə xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət, təhsil, elm, gənclər siyasəti və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərarası münasibətlərin yalnız siyasi səviyyədə deyil, cəmiyyətlər arasında da dərinləşməsinə xidmət edir. Xüsusilə universitetlər, elmi-tədqiqat və analitik mərkəzlər arasında əməkdaşlığın genişləndirilməsi yeni elmi layihələrin həyata keçirilməsinə, mütəxəssis hazırlığının gücləndirilməsinə və ortaq elmi platformaların formalaşmasına şərait yarada bilər.

Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında " fərmanının tələbləri ...
31/07/2026

Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında " fərmanının tələbləri baxımından ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyatının tədrisi vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri barədə Respublika Təhsil Nazirliyinin 2002-ci ilin 11 iyul tarixli, 70 nömrəli kollegiya qərarında göstərilir ki, ümumtəhsil məktəbi şagirdlərinin əsl vətəndaş kimi yetişdirilməsində, onlara milli mənəvi və ümumbəşəri dəyərlərin aşılanmasında, milli mənliyinin dərk edilməsində Azərbaycan dili və ədəbiyyat fənlərinin əhəmiyyəti böyükdür. Azərbaycan dili ölkəmizin müstəqilliyə qədəm qoyması ilə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli birliyinin yaradılmasında və əlaqələrinin genişləndirilməsində müstəsna rol oynayır, soydaşlarımızın ünsiyyət silahına çevrilir.
Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi. Hər bir xalqın kimliyini, tarixini və mənəvi varlığını yaşadan ən mühüm amillərdən biri onun dilidir. Azərbaycan dövləti üçün də ana dilimiz sadəcə bir ünsiyyət vasitəsi deyil, milli mənəviyyatımızın, dövlətçiliyimizin və azadlıq ruhumuzun simvoludur.

Bu gün ölkəmizdə fəaliyyət göstərən Almaniya şirkətlərinin sayı artıq 200-dən çoxdur. Qarşılıqlı investisiya məsələlərin...
23/07/2026

Bu gün ölkəmizdə fəaliyyət göstərən Almaniya şirkətlərinin sayı artıq 200-dən çoxdur. Qarşılıqlı investisiya məsələlərinin müzakirəsinin isə gündəmdə olması bu statistikanın artacağını deməyə əsas verir. Xüsusilə, enerji təhlükəsizliyi sahəsində genişlənən əməkdaşlığımız, yeni yaradılacaq bağlantılar və tranzit imkanlarının nəzərdən keçirilməsi Azərbaycanın Avropa regionu üçün əhəmiyyətini bir daha ortaya qoyur. Beləliklə, yeni dünya düzənində təhlükəsizlik və inkişaf dəhlizlərinin mərkəzinə çevrilən Azərbaycanın Almaniya ilə tərəfdaşlığı həm ölkəmizin milli maraqlarına cavab verir, həm də bütövlükdə Cənubi Qafqazda mövcud aktual məsələlərin həlli istiqamətində etibarlı zəmin yaradır.
Prezident İlham Əliyevin 2026-cı il iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan xarici siyasətinin mühüm hadisələrindən biri kimi yadda qaldı. Bu səfər iki ölkə arasında münasibətlərin təkcə yeni mərhələyə qədəm qoyduğunu deyil, həm də Avropa ilə Azərbaycan arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın daha möhkəm əsaslar üzərində inkişaf etdiyini nümayiş etdirdi. Səfər çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr və verilən bəyanatlar göstərdi ki, Bakı ilə Berlin artıq əməkdaşlığı ayrı-ayrı sahələr üzrə deyil, uzunmüddətli strateji baxış əsasında inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, imzalanmış sənədlər Azərbaycan–Almaniya əlaqələrini yeni səviyyəyə qaldıracaq və iki ölkə arasında strateji dialoqun əsasını təşkil edəcək.
İkitərəfli gündəliyin kifayət qədər geniş olması münasibətlərin gələcək inkişafı üçün böyük imkanlar yaradır. Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda artan marağı, Azərbaycanın isə regionun aparıcı dövləti kimi mövqeyi əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Bu baxımdan, Azərbaycan–Almaniya münasibətləri yalnız iki dövlət arasında əlaqələrin inkişafı demək deyil, eyni zamanda Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Səfərin diqqətçəkən istiqamətlərindən biri iqtisadi əməkdaşlıq oldu. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkənin əlverişli investisiya mühitinin göstəricisidir. Prezident İlham Əliyev bu sayın yaxın gələcəkdə daha da artacağına əminliyini ifadə edərək Alman şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərməsi üçün konkret təkliflərin irəli sürüldüyünü bildirdi.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye, rəqəmsal texnologiyalar, logistika və innovasiya istiqamətlərində Almaniya kimi yüksək texnologiyalara malik ölkə ilə əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda vəd edir.

Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən...
21/07/2026

Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Ulu Öndər Heydər Əliyevin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, əlbəttə, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Mətbuatımız “Əkinçi” ənənələrinə söykənərək uğurla inkişaf edir. Hər dövrün tələblərinə uyğun təkmilləşmə, yeniləşməmətbuatdan da yan keçməyib. Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının
bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. “Jurnalistlərin dostu” adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlandı və qəbul olundu. Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılmış, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılmış, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilmişdir.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin cari pr...
15/07/2026

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdəki mövqeyini əks etdirən strateji çıxış idi. Fikirlərin ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda, beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən fəal aktordur. Dövlətimizin başçısının diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın orta güc dövləti kimi artan roluna dair yanaşmasıdır. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmayıb. Əksinə, vurğulayıb ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir.
Çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim olunub. Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident İlham Əliyev bərpa və quruculuq prosesinə diqqət çəkib. O qeyd edib ki, Forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır. Dövlətimizin başçısının çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutub. O vurğulayıb ki, son onillikdə yaradılan infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verilib.
Enerji təhlükəsizliyi də çıxışın əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da gücləndiyini, qaz ixracının coğrafiyasının genişləndiyini və bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdiyini qeyd edib. Bununla yanaşı, o, enerji əməkdaşlığının uzunmüddətli müqavilələr və qarşılıqlı etimad üzərində qurulmasının vacibliyini vurğulayaraq enerji təhlükəsizliyinin artıq iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı Türkiyə ilə müttəfiqlik münasibətlərindən, Avropa İttifaqı ilə əməkdaşlığın yeni mərhələyə keçməsindən, ABŞ ilə strateji tərəfdaşlığın genişlənməsindən, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsindən və İslam dünyasında həmrəyliyin vacibliyindən bəhs edib. Bu yanaşma göstərib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan siyasəti prioritet hesab edir.
Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətində yeni mərhələ konturlarının nümayişidir. Əsas mesaj ondan ibarətdir ki, ölkəmiz postmünaqişə dövrünü yeni inkişaf mərhələsinə çevirib, regional sabitlik, enerji və nəqliyyat təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində daha fəal rol oynamağa hazırdır. Bu baxımdan, Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin görüşü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, prioritetlərini və gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma kimi çıxış edib.

Bu il iyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında str...
15/07/2026

Bu il iyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir. Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Ölkə başçısı deyib: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, – deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib. Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. “Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”, – deyə dövlətimizin başçısı vurğulayıb. Öz növbəsində Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından çox məmnun olduğunu bildirib: “Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər.
Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur. “Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”, – o əlavə edib.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Həyata keçirilən layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, re...
03/07/2026

Həyata keçirilən layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, regional enerji təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət etdiyini göstərir. Nəhayət, bütün bu müsbət dinamika, ölkəmizin beynəlxalq münasibətlər sistemində söz sahibi və etibarlı tərəfdaş kimi qəbul olunması Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mənbələrindən biridir. Bu əməkdaşlıq qarşılıqlı etimadı daha da möhkəmləndirir. Cənubi Qafqazı münaqişə məkanından inkişaf, sabitlik və rifah məkanına aparan sülh gündəliyinin müəllifi də məhz Azərbaycan və onun lideridir. Bu həqiqət Avropa İttifaqının mövqeyində və ölkəmizlə əməkdaşlığın yüksələn dinamikasında da öz aydın ifadəsini tapır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Bu səfər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərinin davamı kimi qiymətləndirilə bilər və 27 dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisidir. Səfər zamanı Ursula Fon der Lyayenin söylədiyi “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” fikri münasibətlərin gələcək inkişaf istiqamətini aydın şəkildə ortaya qoydu. Ən diqqətçəkən məqamlardan biri Ursula Fon der Lyayenin Azərbaycanı açıq şəkildə strateji tərəfdaş kimi xarakterizə etməsidir. “O, həmçinin bu tərəfdaşlığın real təkana malik olduğunu vurğulayıb. Bu, münasibətlərin artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, yaşıl enerji və regional təhlükəsizlik sahələrini əhatə edən geniş strateji gündəliyə malik olduğunu göstərir. Səfər zamanı Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət olduğu, regionda sabitliyin və əməkdaşlığın formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanıb. Ursula Fon der Lyayen çıxışında Azərbaycanın geosiyasi əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, “Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Bu qiymətləndirmə Azərbaycanın Cənubi Qafqazda lider dövlət kimi mövqeyinin, sülh gündəliyinin təşəbbüskarı və regional əməkdaşlığın əsas təminatçılarından biri olduğunun Avropa İttifaqı tərəfindən də qəbul edildiyini göstərir”, - deyə o diqqətə çatdırıb.
Ursula Fon der Lyayen Prezident İlham Əliyevin liderliyini qeyd etməklə yanaşı, Azərbaycanın regionda sülh gündəliyinin irəlilədilməsində oynadığı rolu da yüksək qiymətləndirib. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş statusunun Avropa səviyyəsində qəbul olunduğunu göstərir. Avropa İttifaqı Azərbaycanı mürəkkəb geosiyasi regionda yerləşən, Şərqlə Qərbi birləşdirən mühüm logistika mərkəzi, güclü nəqliyyat infrastrukturu yaradan və regional sabitliyə töhfə verən dövlət kimi qiymətləndirir.

Milli Ordunun yaranması və tarixi köklərinə nəzər salsaq Azərbaycanın müasir ordu quruculuğunun zəngin tarixi ənənələrə ...
25/06/2026

Milli Ordunun yaranması və tarixi köklərinə nəzər salsaq Azərbaycanın müasir ordu quruculuğunun zəngin tarixi ənənələrə əsaslandığını görərik. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bununla da milli ordunun formalaşdırılması istiqamətində mühüm addım atılmışdır. Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü milli ordunun formalaşdırılması prosesinə ciddi maneələr yaradırdı. Vahid komandanlıq sisteminin olmaması, nizami hərbi hissələrin kifayət qədər təşkilatlanmaması və idarəetmədəki çatışmazlıqlar ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərirdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamətlərdən biri elan etdi. Məhz onun rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və peşəkar orduya çevrilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildi. Heydər Əliyevin uzaqgörənliyi, qətiyyətli siyasəti nəticəsində müasir Azərbaycan Ordusunun təməli qoyuldu
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətində silahlı qüvvələrdə vahid komandanlıq sisteminin yaradılması, könüllü silahlı dəstələrin ləğv edilərək nizami ordu strukturuna inteqrasiya olunması, hərbi intizamın və idarəetmənin gücləndirilməsi, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və milli zabit kadrlarının hazırlanması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi kimi əsas istiqamətlər yer alırdı. 1994-cü ilin may ayında Ermənistan ilə atəşkəs sazişinin əldə olunması ordunun yenidən təşkili və gücləndirilməsi üçün əlverişli şərait yaratdı. Ulu öndərin təşəbbüsü ilə hərbi məktəblərin fəaliyyəti genişləndirildi, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Azərbaycanda müasir, peşəkar və dövlətə sədaqətli zabit korpusunun formalaşdırılması məhz həmin dövrdə əsaslı şəkildə təmin edildi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, dövlətin müstəqilliyinin əsas təminatçılarından biri güclü ordudur. Onun müəyyən etdiyi strateji xətt sonrakı dövrdə də uğurla davam etdirildi və Azərbaycan Ordusunun inkişafının möhkəm təməlini təşkil etdi.
Bu gün də Prezident İlham Əliyevin ordu siyasətinin əsasında güclü dövlətin güclü ordusu prinsipi dayanır. Belə ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ulu öndərin müəyyən etdiyi siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğurla davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirildi, hərbi xərclər dəfələrlə artırıldı və ordumuz dünyanın ən müasir silah və texnikaları ilə təchiz edildi.
Dövlət başçısının həyata keçirdiyi bu siyasət ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silah sistemlərinin alınması və yerli hərbi sənaye potensialının inkişaf etdirilməsi, xüsusi təyinatlı qüvvələrin hazırlıq səviyyəsinin artırılması, müntəzəm hərbi təlimlərin keçirilməsi və döyüş hazırlığının təkmilləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn x...
23/06/2026

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu səfər, eyni zamanda Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, Xəzər regionunda qarşılıqlı fəaliyyətin güclənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək”. Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan xalqlarını ortaq etnik köklər, dil birliyi, zəngin mədəni irs, tarixi bağlılıq və ümumi mənəvi dəyərlər birləşdirir.
Əsrlərin sınağından çıxmış bu qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın etibarlı təməlinə çevrilib. Məhz bu möhkəm əsas üzərində formalaşan Azərbaycan-Türkmənistan əlaqələri son illərdə məzmun və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə yüksəlib. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu gücləndirib. Türkmənistan da öz növbəsində Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində fəal iştirak edir. Bu baxımdan Bakı ilə Aşqabad arasında əlaqələrin genişlənməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan–Türkmənistan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər və intensiv siyasi dialoq mühüm rol oynayır. Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikası bunun əyani göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistana 2 rəsmi və 5 işgüzar səfər həyata keçirib. Dövlətimizin başçısının 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə iştirakı isə regional əməkdaşlığın yeni formatlar üzrə inkişafına verilən önəmin bariz ifadəsi olub. Bu görüş Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya əməkdaşlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətlərin inkişafına Türkmənistan tərəfi də eyni fəallıqla töhfə verir. Belə ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Bakıya səfər etmişdi. Bundan əlavə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov son illərdə Azərbaycana bir neçə dəfə səfər edərək ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Xüsusilə onun 2025-ci ildə Qəbələ şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan parlament rəhbərlərinin görüşü çərçivəsində ölkəmizə səfəri Türk dünyasında siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından diqqətçəkən hadisələrdən biri olub. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət rəhbərləri arasında qarşılıqlı etimad, xalqlarımızı birləşdirən ortaq dəyərlər və üst-üstə düşən milli maraqlar gələcək illərdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə möhkəm əsas yaradır.

Address

Sırıq Kəndi
Yardımlı
AZ6500

Alerts

Be the first to know and let us send you an email when Yardımlı rayonu Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yardımlı rayonu Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category