Bakı Mühəndislik Universiteti

Bakı Mühəndislik Universiteti Bakı Mühəndislik Universitetinin (BMU) rəsmi facebook səhifəsi BEU rəsmi Facebook səhifəsidir.

Bütün paylaşımlar və yazılar Bakı Mühəndislik Universitetinə məxsusdur.

BMU komandası Silikon Vadisində keçirilən beynəlxalq festivalda gümüş medala layiq görülüb✨🇺🇸 Amerika Birləşmiş Ştatları...
20/08/2026

BMU komandası Silikon Vadisində keçirilən beynəlxalq festivalda gümüş medala layiq görülüb✨

🇺🇸 Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival - SVIIF 2026” beynəlxalq innovasiya festivalında Bakı Mühəndislik Universitetinin (BMU) təmsil olunduğu nümayəndə heyəti yüksək nəticə əldə edib 🇦🇿

🔗Ətraflı: https://beu.edu.az/az/media/news/bmu-komandas-silikon-vadisind-keciriln-beynlxalq-festivalda-gumus-medala-layiq-gorulub

BMU tələbəsi Almaniyada beynəlxalq dil proqramını uğurla başa vurub✅🔹Bakı Mühəndislik Universitetinin (BMU) Fizika ixtis...
19/08/2026

BMU tələbəsi Almaniyada beynəlxalq dil proqramını uğurla başa vurub✅

🔹Bakı Mühəndislik Universitetinin (BMU) Fizika ixtisasının II kurs tələbəsi Fatimə Nəbizadə Almaniyanın Heidelberg şəhərində fəaliyyət göstərən “Academy of Languages” dil mərkəzində intensiv ingilis dili proqramını uğurla başa vurub.

🔗Ətraflı: https://beu.edu.az/az/media/news/bmu-tlbsi-almaniyada-beynlxalq-dil-proqramn-ugurla-basa-vurub

🌱 BMU tələbələrinin süni intellekt əsaslı aqrar layihələri maraqla qarşılanıb🌾 Bakı Mühəndislik Universitetinin (BMU) tə...
18/08/2026

🌱 BMU tələbələrinin süni intellekt əsaslı aqrar layihələri maraqla qarşılanıb

🌾 Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Qusar rayonunda keçirilən Bootcamp-da iştirak ediblər.

🤖 Tədbirdə BMU-nun Mühəndislik fakültəsinin “Mexanika mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi Nəzrin Həmidova S.A.Y.A. (Smart Air Yielding Agro-system) layihəsi, “Elektrik mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Firəngiz İbrahimova isə “Ağıllı istixana” layihəsi ilə çıxış ediblər. BMU tələbələrinin kənd təsərrüfatında süni intellektin tətbiqinə yönəlmiş innovativ layihələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və diqqət çəkib.

🤝 BMU tələbələrinin Bootcamp-da iştirakı Aqrar İnnovasiya Mərkəzi ilə BMU Texnoparkı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində reallaşıb.

👥 Bootcamp-da ölkə üzrə süni intellektin tədris olunduğu ixtisaslar üzrə təhsil alan 20-yə yaxın ali təhsil müəssisəsindən tələbələr, həmçinin 10-dan artıq Akselerasiya və İnkubasiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.

💡 Tədbir çərçivəsində iştirakçılar kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi imkanları, innovativ həllərin hazırlanması və bu istiqamətdə müasir texnologiyalardan istifadə perspektivləri ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

BMU-da ikili diplom proqramı çərçivəsində Çində təhsil alacaq tələbələrlə görüş keçirilib🔹Bakı Mühəndislik Universitetin...
17/08/2026

BMU-da ikili diplom proqramı çərçivəsində Çində təhsil alacaq tələbələrlə görüş keçirilib

🔹Bakı Mühəndislik Universitetində (BMU) Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində bakalavriat təhsilinin III və IV kurslarını sentyabr ayından Çin Xalq Respublikasında davam etdirəcək 37 tələbə və onların valideynləri ilə görüş keçirilib.

🔗Ətraflı: https://beu.edu.az/az/media/news/bmu-da-ikili-diplom-proqram-crcivsind-cind-thsil-alacaq-tlblrl-gorus-kecirilib

17/08/2026

Ötən həftə BMU-da (videoicmal/10-15 avqust)🎥

🎓Nüfuzlu universitetlərə qəbul olan BMU məzunu Londonda magistr təhsili alacaqBakı Mühəndislik Universitetinin (BMU) “Bi...
14/08/2026

🎓Nüfuzlu universitetlərə qəbul olan BMU məzunu Londonda magistr təhsili alacaq

Bakı Mühəndislik Universitetinin (BMU) “Biznesin idarə edilməsi” ixtisasının məzunu Məhəbbət Əhmədli yüksək akademik göstəriciləri və beynəlxalq təcrübəsi ilə seçilərək dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

🌍 BMU məzunu ABŞ-nin Kolumbiya və Corctaun universitetlərinə, həmçinin Böyük Britaniyanın Edinburq Universitetinə və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul olub.

🇬🇧 Məhəbbət Əhmədli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili almaq qərarı verib.

🏆 Məzunun bu uğuru onun yüksək akademik göstəricilərini, beynəlxalq təcrübəsini və liderlik potensialını əks etdirir.

📚 Məhəbbət Əhmədli BMU-ya 658 balla qəbul olub və universiteti 96,33 orta göstərici ilə ixtisas birincisi kimi başa vurub.

🇺🇸 Ali təhsilindən əvvəl ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində ABŞ-nin İndiana ştatında bir il orta məktəb təhsili alan Məhəbbət Əhmədli proqramı fərqlənmə ilə tamamlayıb.

💼 BMU-da təhsil aldığı müddətdə isə ABŞ-nin Azərbaycandakı səfirliyində təcrübə proqramında iştirak edib və proqramı uğurla başa vurub.

🎓BMU məzunundan beynəlxalq akademik uğur🌍 Bakı Mühəndislik Universitetinin (BMU) “Elektrik və elektronika mühəndisliyi” ...
13/08/2026

🎓BMU məzunundan beynəlxalq akademik uğur

🌍 Bakı Mühəndislik Universitetinin (BMU) “Elektrik və elektronika mühəndisliyi” ixtisasının məzunu Riad Əlizadə minlərlə namizəd arasından seçilərək dünyanın ən rəqabətli təhsil proqramlarından biri olan Mundus proqramının TOP 25-liyinə daxil olub.

🎓 Erasmus Mundus proqramı çərçivəsində Riad Əlizadə ümumilikdə 51 600 avro məbləğində təqaüd qazanıb. Proqram ona Avropanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində fəaliyyət göstərmək və tanınmış şirkətlərdə beynəlxalq təcrübə qazanmaq imkanı yaradacaq.

🇫🇷 Riad Əlizadə proqram çərçivəsində , və yerləşən aşağıdakı nüfuzlu universitetlərdə akademik fəaliyyət imkanları əldə edib:

▪️ Jan-Monnet Universiteti
▪️ Şərqi Finlandiya Universiteti
▪️ Paris-Est Kretey Universiteti
▪️ Vilnüs Universiteti

🏆 BMU məzununun beynəlxalq akademik uğurları bununla məhdudlaşmır. O, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir sıra qəbul təklifləri alıb və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

🌐 Riad Əlizadənin və digər nüfuzlu universitetlərindən aldığı qəbul və ixtisaslar:

▪️ Cons Hopkins Universiteti (THE reytinqində 16-cı yer) - Elektrik və kompüter mühəndisliyi
▪️ Miçiqan Universiteti- Enn Arbor (THE reytinqində 23-cü yer) - Robototexnika
▪️ Karnegi Mellon Universiteti (THE reytinqində 24-cü yer) - Elektrik və kompüter mühəndisliyi
▪️ Dyuk Universiteti (THE reytinqində 28-ci yer) - Elektrik və kompüter mühəndisliyi
▪️ Maastrixt Universiteti (THE reytinqində 131-ci yer) - Təsvirləmə mühəndisliyi

🎓 Qeyd edək ki, Riad Əlizadə BMU-nun Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramını uğurla başa vuraraq hər iki ali məktəbin diplomunu əldə edib.

⭐ Onun Erasmus Mundus təqaüd proqramında TOP 25-liyə daxil olması, Dövlət Proqramının qalibi olması və dünyanın aparıcı universitetlərindən qəbul alması yüksək akademik göstəricilərini, o cümlədən beynəlxalq rəqabətə davamlılığını nümayiş etdirir. Bu , eyni zamanda, onun mühəndislik sahəsində qazandığı bilik və bacarıqların nüfuzlu beynəlxalq təhsil proqramlarında yüksək qiymətləndirildiyini göstərir.

👏 Riad Əlizadənin əldə etdiyi nəticə məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanları qazanaraq beynəlxalq akademik mühitdə uğurla təmsil olunmasının növbəti nümunəsidir.

12/08/2026

🔬 BMU-da müasir laboratoriyalar: keyfiyyətli təhsil və uğurlu karyeranın etibarlı təməli

⚙️Bakı Mühəndislik Universiteti (BMU) ölkənin ali təhsil müəssisələri sırasında müasir elmi-tədqiqat və tədris infrastrukturu ilə seçilir. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə laboratoriyaların maddi-texniki bazasının davamlı olaraq gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Müasir laboratoriya infrastrukturu tələbələrə gələcək peşə fəaliyyətinə yüksək hazırlıq səviyyəsi ilə başlamaq imkanı yaradır ki, bu da universitet məzunlarının əmək bazarında rəqabətqabiliyyətinin artırılmasında mühüm rol oynayır.

🧪 Son illərdə bu yöndə görülən tədbirlər çərçivəsində universitetdə yeni laboratoriyalar yaradılaraq istifadəyə verilib. Bunlar sırasında Kibertəhlükəsizlik, Biotexnologiya, Kompüter, Süni intellekt və data elmləri, Şəbəkə və sistem təhlükəsizliyi, Yusif Məmmədəliyev adına Üzvi sintez və materialşünaslıq, Aqrokimyəvi analizlər, Materialşünaslıq və digər prioritet istiqamətləri əhatə edən laboratoriyalar yer alır.

💻 Hazırda BMU-da müxtəlif elm və mühəndislik sahələrini əhatə edən ümumuilikdə 20-dən çox müasir laboratoriya fəaliyyət göstərir. Bunlara kompüter laboratoriyaları, mexanika mühəndisliyi laboratoriyaları, elektronika və informasiya-kommunikasiya texnologiyaları laboratoriyaları, kimya və kimya mühəndisliyi laboratoriyaları, biotexnologiya, mikroskopik tədqiqatlar və mikrobiologiya laboratoriyaları, fizika laboratoriyası və digər ixtisaslaşmış laboratoriyalar daxildir. Müasir avadanlıqlarla təchiz edilmiş bu laboratoriyalar tədris prosesinin praktiki komponentinin gücləndirilməsinə, elmi tədqiqatların keyfiyyətinin artırılmasına və innovativ layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır.

🔬Ötən 2 ildə Mexanika mühəndisliyi laboratoriyalarının müasir tələblərə uyğun yenidən qurulması, mövcud avadanlıqların bərpası və funksional vəziyyətə gətirilməsi istiqamətində kompleks tədbirlər gerçəkləşdirilib. Burada Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxili yanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səsə nəzarət, Dağıdıcı olmayan sınaq üsulları, Layihələndirmə və uyğun modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, Bərpa olunan enerjilər laboratoriyaları fəaliyyət göstərir. Bu infrastruktur tələbələrin layihə əsaslı təhsil almasına, müasir mühəndislik avadanlıqları ilə işləməsinə və elmi-tədqiqat fəaliyyətində iştirakına geniş imkanlar yaradır.

🔗Ətraflı: https://beu.edu.az/az/media/news/bmu-da-muasir-laboratoriyalar-keyfiyytli-thsil-v-ugurlu-karyerann-etibarl-tmli

Address

Hasan Aliyev Str. 120
Xirdalan
AZ0101

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994123499966

Alerts

Be the first to know and let us send you an email when Bakı Mühəndislik Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı Mühəndislik Universiteti:

Shortcuts

Share