Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi

Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi, Music Lessons & Instruction School, Abşeron rayonu, Xırdalan şəhəri, Z. Əliyeva küçəsi 11, Xirdalan.

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi 1977-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən açılmış və rayonda ilk musiqi təhsili ocağı olmuşdur.

15/06/2026

Lerik

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi Xankəndi şəhərində 20-21 may 2026-cı il tarixində Abşeron rayon X...
23/05/2026

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi Xankəndi şəhərində

20-21 may 2026-cı il tarixində Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi konsert proqramı ilə Qarabağ Universitetində çıxış edib. Qarabağ Universitetinin İncəsənət fakültəsinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Xankəndi şəhərinə səfər edərək rəngarəng konsert proqramı ilə çıxış edib.
Tədbirdən öncə musiqi məktəbinin direktoru, əməkdar müəllim İkram Manafov çıxış edərək, tədbirin əhəmiyyətini xüsusi vurğulayıb və keçirilməsində dəstək olanlara dərin minnətdarlığını bildirib. Musiqi məktəbinnin xalq çalğı alətləri orkestrinin (bədii rəhbər-Şahin Quliyev ; konsertmeyster-Əminə Cavadova) və xanəndəlik sinifinin şagirdlərinin (müəllim-Qasım Əliyev) ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının konsert forması, “Vətənim-Azərbaycan” adlı kompozisiya, nağaraçılar ansamblı (rəhbər-Elşən Hüseynov) və saz çalanlar ansamblı (rəhbər-Nəsib Həsənov) tərəfindən konsert nömrələri təqdim olunub.
Sonda kollektivin xatirə şəkilləri çəkilib.

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Fortepiano” şöbəsi tərəfindən müəllim Yeganə Mustafayevanın s...
17/05/2026

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Fortepiano” şöbəsi tərəfindən müəllim Yeganə Mustafayevanın sinfində açıq dərs keçirilib.
III sinif şagirdi Banu Rzayeva ilə keçirilən dərs zamanı V.A.Motsart “6 Vyana sonata” silsiləsindən “C-dur sonatinası” və E. Qriq “Vals” əsərləri üzərində iş aparılıb.
Fortepiano şöbəsinin müdiri Arzu Manafova - şagird ilə əsərlərin forma quruluşu , musiqi məzmunu , səs üzərində iş, ifa zamanı bədii ifadəlilik və texniki xüsusiyyətlərə diqqət yetirildiyini, ümumilikdə dərsin maraqlı və məhsuldar şəkildə keçdiyini vurğulayıb.

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Xalq çalğı alətləri” şöbəsi tərəfindən saz ixtisası üzrə müəl...
17/05/2026

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Xalq çalğı alətləri” şöbəsi tərəfindən saz ixtisası üzrə müəllim - Nəsib Həsənovun sinfində təhsil alan şagirdlərin iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdən öncə şöbə müdiri Şahin Quliyev giriş sözü ilə çıxış edib.
Sonra şagirdlərin ifalarında maraqlı və rəngarəng konsert nömrələri təqdim olunub.
Konsertin sonunda məktəbin tədris işləri üzrə direktor müavini Samir Əhmədov bütün iştirakçılara yeni nailiyyətlər və uğurlar arzulayıb.

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Vokal və Simli alətlər şöbəsi” tərəfindən : violin ixtisası ü...
03/05/2026

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Vokal və Simli alətlər şöbəsi” tərəfindən : violin ixtisası üzrə müəllim-Ayişə Rəşidova , vokal ixtisası üzrə müəllimlər-Günel Orucova və Dürdanə Nəsibovanın şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim olunmuşdur. Konsertdən öncə şöbə müdiri Esmira Mədətova giriş sözü ilə çıxış etdikdən sonra şagirdlərin ifalarında maraqlı və rəngarəng konsert nömrələri təqdim olundu. Xoş təəssüratlar bəxş edən konsertin sonunda çıxış edən məktəbin tədris işləri üzrə direktor müavini Samir Əhmədov bütün iştirakçılara yeni nailiyyətlər və uğurlar arzulamışdır.

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində  “Fortepiano şöbəsi” tərəfindən görkəmli Avstriya bəstəkarı V....
01/05/2026

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Fortepiano şöbəsi” tərəfindən görkəmli Avstriya bəstəkarı V.A.Motsartın anadan olmasının 270 illiyi ilə əlaqədar “Motsart fenomeni” adlı mühazirə keçirilmişdir. Məktəbin fortepiano ixtisası üzrə müəllimi Günay Əhmədovanın mühazirəsi əsasında keçirilən tədbir dinləyicilər tərəfindən maraqla izlənilmişdir.
Sonda fortepiano şöbəsinin müdiri-Arzu Manafova belə mühazirələrin əhəmiyyətini xüsusi olaraq vurğulamış və mütəmadi keçirilməsini tövsiyyə etmişdir.

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Novruz” bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir b...
19/03/2026

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində “Novruz” bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir boyu milli-mənəvi dəyərlərimiz, qədim adət-ənənələrimiz xüsusi coşqu ilə nümayiş etdirilmiş, iştirakçılar baharın gəlişini sevinc və qürur hissi ilə qeyd etmişlər.Səhnədə təqdim olunan rəngarəng çıxışlar, milli rəqslər, şeirlər və musiqilər tədbirə xüsusi gözəllik qatmış, tamaşaçılara unudulmaz anlar yaşatmışdır. Novruzun birlik, bərəkət və yenilənmə rəmzi olduğu bir daha vurğulanmış, hər kəsə xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş olunmuşdur.

Bu gün Abşeron rayonu Heydər Əliyev Mərkəzi və Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 26 Fev...
26/02/2026

Bu gün Abşeron rayonu Heydər Əliyev Mərkəzi və Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 26 Fevral – Xocalı soyqırımına həsr olunmuş “Xocalı – əsrin faciəsi” adlı tədbir keçirildi.
Əvvəlcə Xocalı qurbanlarının və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Mərkəzin direktoru Tükəzban Həsənova, Musiqi Məktəbinin direktoru İkram Manafov və mərkəzin əməkdaşı Süfayi Səlimova çıxış edərək Xocalı faciəsinin dəhşətləri, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin mahiyyəti barədə ətraflı məlumat verdilər. Çıxışlarda vurğulandı ki, xalqımız Xocalı qurbanlarının xatirəsini daim ehtiramla anır və bu faciə heç zaman unudulmayacaq.Sonra “ Doğma Torpaq” adlı film nümayiş olundu.
Filmin nümayişində Heydər Əliyev Mərkəzinin və Musiqi Məktəbinin müəllim və şagird kollektivi iştirak etdi.

16/02/2026

2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur! 📣

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu üçün müraciət elan olunur.

Qəbul prosesi vahid elektron sistem üzərindən və müsabiqə əsasında həyata keçiriləcək. Qəbul üçün müraciətlər 16 fevral – 18 mart 2026-cı il tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron qaydada təqdim olunmalıdır.

Vətəndaşlar qəbul şərtləri, yaş hədləri, imtahan meyarları və digər məlumatlarla Nazirliyin rəsmi informasiya resurslarında yerləşdirilmiş qaydalar ilə (https://admin.culture.gov.az/storage/uploads/legislations/az/bvAOaLbJ176Fj5myou3r1770966925.pdf) vasitəsilə tanış ola bilərlər.

04/10/2025

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi xalq çalğı alətləri orkestrinin ifasında - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən tədbirin bədii hissəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kompozisiya təqdim edilmişdir.

Address

Abşeron Rayonu, Xırdalan şəhəri, Z. Əliyeva Küçəsi 11
Xirdalan
AZ0100

Telephone

+994123422566

Website

Alerts

Be the first to know and let us send you an email when Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi:

Shortcuts

Share