Xaçmaz rayon Əlibala Zəkəryayev adına Ağyazı-buduq kənd tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Xaçmaz
  • Xaçmaz rayon Əlibala Zəkəryayev adına Ağyazı-buduq kənd tam orta məktəbi

Xaçmaz rayon Əlibala Zəkəryayev adına Ağyazı-buduq kənd tam orta məktəbi Təhsil millətin gələcəyidir!

26 Avqust - Laçın şəhəri günü ilə əlaqədar- 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər sta...
25/08/2026

26 Avqust - Laçın şəhəri günü ilə əlaqədar

- 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir;

- Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb;

- Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı.
AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi;

- Rəsmi İrəvanın cinayətləri.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub;

- Tarixi ədalətin təntənəsi.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü;

- “Laçının azad olunmasına görə” medal.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

14/08/2026
Hörmətli valideynlər və əziz şagirdlər!2026-2027 ci tədris ilində də vahid məktəbli geyim forması qüvvədə qalacaq.  Yüks...
10/08/2026

Hörmətli valideynlər və əziz şagirdlər!
2026-2027 ci tədris ilində də vahid məktəbli geyim forması qüvvədə qalacaq.
Yüksək naliyyətlər nizam -intizam qaydalaraına riayət edərək, səliqəli və düžgün geyimlə, nümunəvi davranışla əldə edilir.
Yeni tədris ilininə böyük umidlər , yeni məqsədlər ,daha yüksək naliyyətlər həvəsi ilə başlayaq !

Bu gün məktəbimizin məzunu olmuş Şəhid Əlibala Ələsgər oğlu Zəkəryayevin mövludu günüdür.Bununla əlaqədar olaraq məktəb ...
03/08/2026

Bu gün məktəbimizin məzunu olmuş Şəhid Əlibala Ələsgər oğlu Zəkəryayevin mövludu günüdür.Bununla əlaqədar olaraq məktəb kollektivi,şagirldlər,şəhidin yaxınları, kənd camaatı tərəfindən şəhidin məzarı ziyarət edilərək onun əziz xatirəsi yad edildi.
Ərazi bütövlüyümüz uğurnda şəhidlik zirvəsinə ucalmış Əlibala Zəkəryayevin ruhuna dualar oxundu. Mərasimdə iştirak edənlər şəhidin şücaətindən, həyat yolundan ,xalqımızın qəhrəmanlıq tarixindən söz açdılar.
Şəhidlər xalqımızin qürur mənbəyidir . Allah bütun şəhidlərimizə rəhmət eləsin.🇦🇿

31/07/2026
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günu ilə əlaqədar kitabxana müdıri Şəbnəm Quliyeva tərəfindən tədbir k...
31/07/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günu ilə əlaqədar kitabxana müdıri Şəbnəm Quliyeva tərəfindən tədbir keçirilmişdi

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbin fikizi tərbiyə müəllimi Gülər Kərimova 45 bal toplayaraq yü...
26/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbin fikizi tərbiyə müəllimi Gülər Kərimova 45 bal toplayaraq yüksək nəticə göstərmişdir.
Bu münasibət ilə məktəb rəhbərliyi və kollektivimiz adından Gülər müəlliməni təbrik edir, gələcək pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar məktəbin tarix müəllimi Şəhla Əliyeva və kitabxana ...
25/06/2026

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar məktəbin tarix müəllimi Şəhla Əliyeva və kitabxana müdiri Şəbnəm Quliyeva tərəfindən 7-ci sinifdə tədbir keçirilmişdir.

24.06.2026-cı il tarixində keçirilən  təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbimizin tarix müəllimi Şə...
24/06/2026

24.06.2026-cı il tarixində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbimizin tarix müəllimi Şəhla Əliyeva 53 bal toplayaraq yüksək nəticə göstərmişdir.
Bu uğur münasibətilə Şəhla müəllimi məktəb rəhbərliyi və kollektivimiz adından təbrik edir və gələcək pedaqoji fəaliyyətində bol-bol uğurlar arzu edirik !

Address

Xaçmaz

Opening Hours

Monday 07:30 - 18:00
Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00
Saturday 07:30 - 15:00

Telephone

0506404764

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz rayon Əlibala Zəkəryayev adına Ağyazı-buduq kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xaçmaz rayon Əlibala Zəkəryayev adına Ağyazı-buduq kənd tam orta məktəbi:

Shortcuts

Share

Category