15/09/2026
15 Sentyabr – Bilik Günü münasibətilə məktəbimizdə təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra məktəbin direktoru Şəhla Əmirova çıxış edərək tədbiri açıq elan etdi, müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib onlara uğurlar arzuladı. Tədbirin bədii hissəsində şagirdlər öz ürək sözlərini bölüşdü, Vətənə və məktəbə həsr olunmuş şeirlər söyləyib, maraqlı mahnılar ifa etdilər.
Sonda bilik rəmzi olan ilk zəng çalındı. Şagirdlər böyük həvəslə sinif otaqlarına daxil oldular və beləliklə, yeni tədris prosesinə start verildi