Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbi

Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbi Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin rəsmi "Facebook" səhifəsi

Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində tədris ilinin yekunlarına əsasən  fənn üzrə ...
10/09/2026

Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində tədris ilinin yekunlarına əsasən fənn üzrə qeyri-kafi qiymətlə yay tapşırığı almış şagirdlər üçün payız imtahanı təşkil olunub.
7 sentyabr 2026-cı il tarixində keçirilən imtahan prosesində 2 nəfər şagird iştirak edib. İmtahan komissiyasının sədri və üzvlərinin bilavasitə nəzarəti altında keçirilən yoxlamalar nəticəsində iştirak edən şagirdlərin hər biri müvəffəqiyyət qazanıb və növbəti sinfə keçid hüququ əldə edib.




Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 2026–2027-ci tədris ilinin ilk pedaqoji şura...
09/09/2026

Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 2026–2027-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi.
İlk öncə məktəbin direktoru, iclasın sədri Gülzar Arazova iclası açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanılması münasibətilə səmimi qəlbdən təbrik edərək kollektivə can sağlığı, fəaliyyətlərində yeni- yeni uğurlar arzuladı.
Ardınca iclasın gündəliyində duran məsələlər pedaqoji kollektivin diqqətinə çatdırıldı.
İclas zamanı gündəlikdə duran aşağıdakı məsələlər müzakirə edildi:
1. Məktəb rəhbəri və məktəbin təhsil işçiləri ilə birlikdə Quba -Xaçmaz Regional Təhsil İdarəsi üzrə ən-ənəvi Sentyabr Konfransından irəli gələn məsələlər müzakirə olundu.
2. 2025-2026-cı tədris ilində qazanılan nailiyyətlər, yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.
3. Ötən tədris ilində IV, VI və IX siniflər üzrə keçirilmiş imtahan və monitorinqlərin nəticələri ətraflı təhlil olundu. Şagirdlərin nəticələri, ayrı-ayrı fənlər üzrə göstəricilər və mövcud çatışmazlıqlar nəzərdən keçirildi. Yeni tədris ilində nəticələrin daha da yaxşılaşdırılması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi və zəif nəticələrin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüldü.
4. Şagirdlərin məktəbli formasına dair məsələlər müzakirə edildi. Ötən tədris ilində olduğu kimi yeni tədris ilində də məktəbdə vahid geyim formasına riayət olunmasının şagirdlərdə nizam-intizamın, məsuliyyət hissinin və məktəb mədəniyyətinin formalaşmasındakı rolu diqqətə çatdırıldı.
5. 2026–2027-ci tədris ili üzrə dərs bölgüsü müzakirə edildi və təsdiqləndi. Dərs bölgüsü zamanı müəllimlərin sertifikasiya və MİQ nəticələri, peşəkarlıq göstəriciləri və müvafiq meyarlar nəzərə alındı.
6. Məktəbin güclü və zəif tərəflərinin təhlili müzakirə olundu. 2026–2027-ci tədris ili üçün sinif rəhbərlərinin üzərinə düşən vəzifələr, şagirdlərin davamiyyətinə və davranışına nəzarət, təlim nəticələrinin izlənilməsi, valideynlərlə mütəmadi əlaqənin saxlanılması və sinifdə sağlam psixoloji mühitin yaradılması ilə bağlı məsələlər diqqətə çatdırıld. İclasın sonunda gündəlikdə duran bütün məsələlər üzrə fikir mübadiləsi aparıldı, irəli sürülən təkliflər nəzərə alındı və müvafiq qərarlar qəbul edildi.
Pedaqoji şuranın ilk iclasında 2026–2027-ci tədris ilində təlim-tərbiyə prosesinin daha səmərəli təşkili, şagird nailiyyətlərinin artırılması və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görüləcək işlər müəyyənləşdirildi.





08/09/2026
Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan məzunlar və müsabiqə qalibləri ilə təntənəli gör...
08/09/2026

Xaçmaz Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olan məzunlar və müsabiqə qalibləri ilə təntənəli görüş keçirilib!
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, təhsil ictimaiyyətinin nümayəndələri, gənc məzunlar və şagirdlər iştirak ediblər.
Çıxışçılar ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, rayonda təhsil infrastrukturunun yenilənməsindən və gənclərin qazandığı uğurlardan bəhs edərək bütün tələbə və şagirdləri təbrik ediblər.
Statistik göstəricilər:
• Ali məktəblərə sənəd verən 1116 məzundan 613-ü tələbə adını qazanıb.
• 17 məzun 600-dən yüksək bal toplayıb.
• 6 şagird respublika fənn olimpiadalarında, 1 şagird isə “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatçı olub.
🏆 Məktəbimizin qüruru!
Məktəbimizin şagirdi Mətin Kərimov "Ən yaxşı təqdimat" müsabiqəsinin ölkə mərhələsində II yeri tutaraq böyük uğura imza atıb! 🥈
Görüş zamanı Mətin Kərimov və digər qaliblər RİH başçısı Elnur Rzayev və Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Şagirdimizə göstərdikləri diqqət və qayğıya görə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Sayın Elnur Rzayevə və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə məktəbimizin kollektivi adından dərin təşəkkürümüzü bildiririk!
Mətin başda olmaqla, bütün tələbə və şagirdlərimizi təbrik edir, gələcək təhsil yollarında yeni-yeni nailiyyətlər arzulayırıq!

1 Sentyabr – Şəhid Bəybala Rəsulovun Anım GünüdürBu gün məktəbimizin adını qürurla daşıdığı I Qarabağ müharibəsi şəhidi ...
01/09/2026

1 Sentyabr – Şəhid Bəybala Rəsulovun Anım Günüdür
Bu gün məktəbimizin adını qürurla daşıdığı I Qarabağ müharibəsi şəhidi Bəybala Rəsulovun doğum günüdür.
Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə ucalan Bəybala Məmməd oğlu Rəsulovun xatirəsi hər birimiz üçün əzizdir. Bu əlamətdar gün münasibətilə məktəbimizin rəhbərliyi və kollektivi qəhrəmanımızın müqəddəs xatirəsini dərin ehtiramla yad edərək onun məzarını ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün igidlərimizin ruhu qarşısında baş əyir, onların keçdiyi şərəfli döyüş yolunu gələcək nəsillərə örnək olaraq yaşatmağı özümüzə borc bilirik.
Ruhun şad olsun, Şəhidim! 🇦🇿🌹



✅️2026-2027-ci tədris ilində Xaçmaz  şəhəri Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin...
24/08/2026

✅️2026-2027-ci tədris ilində Xaçmaz şəhəri Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin məktəbli geyim forması.


Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə barədə - Azərbaycan və Özbəkistan a...
23/08/2026

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə barədə

- Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır.
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb;

İlham Əliyevin Prezident kimi Naxçıvana 17-ci səfəri.Səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir gös...
14/08/2026

İlham Əliyevin Prezident kimi Naxçıvana 17-ci səfəri.

Səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır.
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Bu illər ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıvanın ümumi inkişafı təmin edildi.
Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir.
Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir.

Şuşadan böyük zəfər xəbəri! 🏆✨Məktəbimizin istedadlı şagirdi Məqsudov Fikrət Famil oğlu mənəvi paytaxtımız Şuşa şəhərind...
02/08/2026

Şuşadan böyük zəfər xəbəri! 🏆✨
Məktəbimizin istedadlı şagirdi Məqsudov Fikrət Famil oğlu mənəvi paytaxtımız Şuşa şəhərində təşkil olunan "Qarabağda Zəfər" rəqs festivalında möhtəşəm qələbə qazanmışdır! 💃🕺
Yüksək ustalıq və səhnə mənzərəsi nümayiş etdirən şagirdimiz festivalda birdən çox nominasiya üzrə zirvəyə yüksələrək məktəbimizə böyük qürur bəxş etmişdir:
🥇 "Bizim Cəbiş müəllim" — 1-ci yer
🥇 "Azərbaycan kompozisiyası" — 1-ci yer
🥇 "Qaytağı rəqsi" — 1-ci yer
Bu möhtəşəm 3-qat qələbə münasibətilə şagirdimizi, onun valideynlərini və əməyi keçən müəllimlərini ürəkdən təbrik edirik! İstedadlı şagirdimizə daha böyük səhnələrdə yeni-yeni uğurlar və zəfərlər arzulayırıq! 💫


Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir.Biz, həmçinin Qarabağın bərpasına göstər...
02/08/2026

Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir.

Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.
Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.
Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.
Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.

Address

Xaçmaz şəhəri, H. Fərzəliyev 2
Xaçmaz
AZ2700

Opening Hours

Monday 08:00 - 18:15
Tuesday 08:00 - 18:15
Wednesday 08:00 - 18:15
Thursday 08:00 - 18:15
Friday 08:00 - 18:15
Saturday 08:00 - 18:15

Telephone

+994233252171

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share