Xaçmaz şəhər 9 nömrəli tam orta məktəb

Xaçmaz şəhər 9 nömrəli tam orta məktəb Xaçmaz şəhər 9 nömrəli tam orta məktəb Xaçmaz şəhəri Ziya Bünyadov 10 ünvanında yerləşir

Məktəblərdə dərslər başa çatsa da, müəllimlərin iş fəaliyyəti davam edir.Müəllimlərimiz bu dövrdə vaxtlarını səmərəli tə...
19/06/2026

Məktəblərdə dərslər başa çatsa da, müəllimlərin iş fəaliyyəti davam edir.
Müəllimlərimiz bu dövrdə vaxtlarını səmərəli təşkil edərək metodist tərəfindən keçirilən metodik görüşlərdə fəal iştirak edirlər. Görüşlər zamanı tədris prosesinin nəticələri təhlil olunur, qabaqcıl təcrübələr paylaşılır, yeni tədris yanaşmaları müzakirə edilir və qarşıdakı fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
Peşəkarlığın artırılmasına xidmət edən bu görüşlər müəllimlərin davamlı inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Məqsədimiz daim öyrənmək, inkişaf etmək və daha uğurlu nəticələr əldə etməkdir.

metodist

Məktəbimizin musiqi müəllimi Pirməmmədova Ellada bu gün keçirilən müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə g...
18/06/2026

Məktəbimizin musiqi müəllimi Pirməmmədova Ellada bu gün keçirilən müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərərək 57 bal toplayıb.
Bu uğur müəllimimizin peşəkarlığının, məsuliyyətinin və öz üzərində daim çalışmasının bariz nümunəsidir. Əldə etdiyi yüksək nəticə münasibətilə Ella müəllimi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində daha böyük nailiyyətlər, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq.
İnanırıq ki, belə uğurlar məktəbimizin inkişafına və şagirdlərimizin keyfiyyətli təhsil almasına mühüm töhfə verməyə davam edəcək.

Təbrik edirik, Ellada müəllim! 🌹

15/06/2026
🔔🎓 Bu gün məktəbimizdə “Son Zəng” tədbiri böyük coşqu və sevinc hissi ilə keçirildi.Məzunlarımız üçün həyatlarının ən un...
13/06/2026

🔔🎓 Bu gün məktəbimizdə “Son Zəng” tədbiri böyük coşqu və sevinc hissi ilə keçirildi.

Məzunlarımız üçün həyatlarının ən unudulmaz günlərindən biri olan bu əlamətdar gündə şagirdlərimiz, müəllimlərimiz, valideynlərimiz və qonaqlarımız bir araya gələrək onların uğurlarını qeyd etdilər.

Tədbir boyunca şagirdlərimizin hazırladıqları maraqlı çıxışlar, musiqi nömrələri və rəngarəng kompozisiyalar hər kəsə xoş anlar yaşatdı. İllərin zəhməti, əldə olunan bilik və bacarıqlar bu gün qürur və sevinc hissi ilə müşayiət olundu.

Məzunlarımıza gələcək həyatlarında uğurlar, yeni zirvələr və parlaq nailiyyətlər arzulayırıq. Yolunuz açıq, arzularınız gerçək olsun!

🌹 Əziz məzunlar, son zəng sizin üçün yeni başlanğıcların ilk sədasıdır. Uğurlarınız daim olsun!
Quba-Xaçmaz Regional Təhsil İdarəsi

📚 Tədris ilinin başa çatmasına həsr olunmuş Pedaqoji Şura iclası keçirildiMəktəbimizdə 2025–2026-cı tədris ilinin yekunl...
12/06/2026

📚 Tədris ilinin başa çatmasına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi

Məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Pedaqoji Şura iclası təşkil olundu. İclas zamanı tədris ili ərzində görülən işlər, əldə olunan nailiyyətlər, şagirdlərin uğurları və məktəbin inkişaf istiqamətləri müzakirə edildi.

Pedaqoji Şuranın sonunda məktəbin ictimai həyatında fəallığı ilə seçilən müəllimlər Təşəkkürnamə ilə təltif olundular. Həmçinin məktəbimizin uğur və nailiyyətlərinin qazanılmasında xüsusi xidmətləri olan müəllimlərə Fəxri Fərmanlar təqdim edildi.

Müəllimlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Onların əməyi, fədakarlığı və peşəkarlığı məktəbimizin inkişafının əsas dayaqlarından biridir.

📖🏆👏

11/06/2026

🎤 Valideyn fikri bizim üçün dəyərlidir!

Məktəbimizdə keçirilən tədbirdə valideynlərimizdən birinin səmimi çıxışı hər kəsdə xoş təəssürat yaratdı. Övladlarının qazandığı uğurlardan qürurla danışan valideynimiz məktəb rəhbərliyinə, müəllimlərə və bütün kollektivə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi.

Valideynlərimizin fikirləri, təklifləri və dəstəyi bizim üçün hər zaman böyük əhəmiyyət daşıyır. Məktəb-valideyn əməkdaşlığının güclənməsi şagirdlərimizin uğurlu gələcəyinin ən vacib amillərindən biridir.

🤝 Birlikdə daha güclüyük, birlikdə daha uğurluyuq!

Rəqəmsal Bacarıqlar
11/06/2026

Rəqəmsal Bacarıqlar

10/06/2026

🎓🌟 4 “B” sinfinin möhtəşəm Məzun Günü 🌟🎓

Bu gün məktəbimizdə 4 “B” sinif şagirdlərinin ibtidai təhsil pilləsini uğurla başa vurmasına həsr olunmuş möhtəşəm tədbir keçirildi. Şagirdlərimizin maraqlı çıxışları, rəngarəng təqdimatları və sevinc dolu anları tədbir iştirakçılarına xoş təəssüratlar bəxş etdi.

Bu uğurlu yolun başlanğıcında şagirdlərimizin bilik və bacarıqlarının formalaşmasında əməyi olan sinif müəllimləri Absəlimova Nüranə müəlliməyə səmimi təşəkkürümüzü bildiririk. Onların zəhməti, qayğısı və fədakar fəaliyyəti şagirdlərimizin inkişafında mühüm rol oynamışdır.

Əziz məzunlarımız, sizə gələcək təhsil həyatınızda uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!

💐 Yolunuz açıq, uğurlarınız daim bol olsun!

Address

Xaçmaz

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30

Telephone

+994233255026

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz şəhər 9 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xaçmaz şəhər 9 nömrəli tam orta məktəb:

Share

Category