Çağırışaqədərki Hazırlıq Xaçmaz şəhər İ.Qayıbov adına 3 nömrəli TOM

  • Home
  • Azerbaijan
  • Xaçmaz
  • Çağırışaqədərki Hazırlıq Xaçmaz şəhər İ.Qayıbov adına 3 nömrəli TOM

Çağırışaqədərki Hazırlıq Xaçmaz şəhər İ.Qayıbov adına 3 nömrəli TOM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Çağırışaqədərki Hazırlıq Xaçmaz şəhər İ.Qayıbov adına 3 nömrəli TOM, Education, Heydər Əliyev, AZ2700, Xaçmaz.

Çağırışaqədərki hazırlıq fənninin tədrisi Azərbaycan xalqının və dövlətçiliyinin qorunmasının, onun ərazi bütövlüyünün təmin edilməsinin əsas qarantı olan Silahlı Qüvvələrimizə sağlam, vətənpərvər ruhlu gənclərin hazırlanması zərurətindən irəli gəlir.

Tədbirin adı: "İLKİN HƏRBİ QEYDİYYAT, 2025-2026-cı tədris ili" Maarifləndirmə istiqamətləri:* “MyGov” elektron hökumət p...
03/06/2026

Tədbirin adı: "İLKİN HƏRBİ QEYDİYYAT, 2025-2026-cı tədris ili"

Maarifləndirmə istiqamətləri:
* “MyGov” elektron hökumət portalında “Şəxsi kabinet”in yaradılması qaydaları;
* “Hərbi xidmət” bölməsindən istifadə mexanizmi;
* İlkin hərbi qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi ilə bağlı yeniliklər;
* Çağırış və tibbi müayinə prosesləri barədə məlumatlandırma.

30 yanvar 2026-cı il

Hörmətli müəllimlər, 7-8-9-10 və s. sinif rəhbərləri; Rəhbərlik etdiyiniz siniflərdə təhsil alan 2011-ci il təvəllüdlü oğlan şagirdlərinin valideynlərinə məlumat verməyiniz xahiş olunur:

VACİBDİR

Hörmətli valideynlər,

İlkin hərbi qeydiyyata cəlb olunacaq 2011-ci il təvəllüdlü kişi cinsli vətəndaşların vaxtında məlumatlandırılması, onların valideyinlərinin qeydiyyat prosedurları barədə maarifləndirilməsi və qeydiyyat prosesinin sürətləndirilməsi məqsədi ilə nəzərinizə çatdırırıq ki, 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən, çağırışaqədərki yaş həddində olan vətəndaşların ilkin hərbi qeydiyyata alınması işi vətəndaşların elektron kabinetləri vasitəsi ilə elektron qaydada həyata keçirilməlidir.

Vətəndaşın 15 yaşının tamam olduğu ildə ilkin hərbi qeydiyyata alınması üçün onların qanuni nümayəndələrinin (ilk növbədə ana nəzərdə tutulur) "myGov" hökumət platformasında qeydiyyatdan keçməsi, yəni elektron kabinet yaratması məcburi hesab edilir.

Övladlarınızı İlkin Hərbi Qeydiyyatdan keçirməyə tələsin, qeydiyyatdan keçməyən şagirdlər hərbi-tibb komissiyasında iştirak edə bilməyəcəklər, şagirdlərin gələcəkdə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi zamanı ilkin hərbi qeydiyyata dair sənədləri tələb olunacaq, sənədlər təqdim edilmədiyi halda, şəxsiyyət vəsiqəsinin əldə edilməsində çətinliklər yaşana bilər, şəxsiyyət vəsiqələri olmayan şagirdlər buraxılış imtahanlarında iştirak edə bilməyəcəklər.

İlkin Hərbi Qeydiyyat

Bu xidmət Valideynlər tərəfindən "myGov" hökumət platformasında Azərbaycan Respublikasının 15-18 yaş aralığında olan kişi cinsli vətəndaşlarının ilk hərbi qeydiyyatdan keçirilməsi üçündür.

Xidmətin addımları

1) İlkin hərbi qeydiyyat üçün övladın seçilməsi

2) Tələb olunan məlumatların daxil edilməsi

3) Müraciətin quruma göndərilməsi

4) Nəticə barədə bildiriş əldə olunması

Elçin müəllim

Xaçmaz şəhər İsmət Qayıbov adına 3 saylı tam orta ümumtəhsil məktəbi

ELAN

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi üzrə 2026-cı ildə ilkin hərbi qeydiyyata alınmalı olan 15 yaşı tamam olacaq gənclərin hərbi həkim komissiyasına gəlmələrinə dair.

✔️“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Bununla əlaqədar, ilkin hərbi qeydiyyata alınma yaş həddində olan vətəndaşlar qeydiyyata alınmaq üçün Xidmətin yerli struktur bölmələrinə gəlməli və qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməlidirlər.

Hörmətli, müəllimlər, sinif rəhbərləri (7,8,9,10 siniflər və s.) rəhbərlik etdiyiniz siniflərdə təhsil alan 2011-ci il təvəllüdlü oğlan şagirdlərinə və onların valideynlərinə xahiş olunur gün ərzində məlumat verəsiniz.

1. Xaçmaz şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri üçün Hərbi Həkim Komissiyası 19.02.2026-cı ildə Quba Rayon Xəstəxanasında keçiriləcək.
2. Şagirdlər 19.02.2026-cı il tarixdə saat 08:00 Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Xaçmaz rayon şöbəsində olmalıdırlar.
3. Şagirdlər özləri ilə mütləq Şəxsiyyət vəsiqələrini gətirsinlər.
4. Başqa rayona getdikləri üçün və Xəstəxananın ərazisini tərk etmədiklərini nəzərə alaraq şagirdlər özləri üçün içməli qaynadılmış su və istəyə görə yol yeməyi götürə bilərlər.
5. Quba şəhərinə getmək üçün Nəqliyyat vasitəsi Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən yalnız şagirdlər üçün təşkil ediləcək, valideynlər Hərbi Həkim komissiyası təyin olunmuş Quba Rayonu Mərkəzi Xəstəxanası Publik Tibb idarəsinə istəyə görə şəxsi və ya ictimai nəqliyyat vasitələri ilə gələ bilərlər.
6. Xaçmaz şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərinin hərbi həkim komissiyasında iştirakları üçün rəsmi olaraq yalnız bir gün 19.02.2026-cı il tarixi nəzərdə tutulub. Xahiş olunur, şagirdlərin Hərbi-həkim komissiyasından keçməsinin vacibliyini valideynlərə bildirəsiniz, şagirdlərin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Hərbi-həkim komissiyasında iştirakı mütləqdir.

Elçin müəllim
30.01.2026-cı il

Address

Heydər Əliyev, AZ2700
Xaçmaz
HEYDƏRƏLIYEV,XAÇMAZ,AZ2700

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Çağırışaqədərki Hazırlıq Xaçmaz şəhər İ.Qayıbov adına 3 nömrəli TOM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category