Armudpadar kənd ümumi orta ümumtəhsil məktəbi

Armudpadar kənd ümumi orta ümumtəhsil məktəbi Xaçmaz rayonu Armudpadar kənd ümumi orta məktəbi

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.          Prezident İlham Əliyev və Federal Kansler F...
23/07/2026

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Mertsin mətbuata bəyanatlarında vacib istiqamətlərdən biri də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı idi.Mətbuat konfransında qeyd edildiyi kimi, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Bu institutsional olaraq ölkələr arasında iqtisadi və biznes əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı tərəflərin siyasi iradələrini bir daha təsdiq edir.
Şuranın yaradılması ölkələr arasında qarşılıqlı sərmayə qoyluşunun həcmini artıracaq. Almaniya şirkətləri tərəfindən Azərbaycana 938 milyon dollar sərmayə qoyluşu həyata keçirilib. Almaniya sərmayəsinin 94 faizi qeyri neft-qaz sektoruna yönəldilib. Azərbaycanın Almaniyadakı sərmayəsi isə 668 milyon dollardır. Aydındır ki, yeni anlaşma həm hazırda Azərbaycanda fəaliyyət göstərən 250-ə yaxın Almaniya şirkətinə, həm də digər potensial investorlara yeni imkanlar yaradacaq.
Daha çox xarici investisiya yeni texnologiyaların transferi ilə yanaşı, daha çox iş yerlərinin yaradılması deməkdir. Bu baxımdan, yeni şuranın yaradılması məşğulluğa da xüsusi töhvə verə biləcək. Yeni dövrün yeni hədəflərində və eləcə də Məşğulluq Strategiyasında əmək bazarında daha innovativ yanaşmalardan istifadə olunması əsas hədəflər sırasındadır.
Azərbaycan və Almaniya arasında nəqliyyat dəhlizlərinin genişləndiriləcəyi və beynəlxalq yükdaşımalar sahəsində də əməkdaşlığın güclənəcəyi gözlənilir. Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, geo-siyasi mövqeyini daha da möhkəmləndirəcək. Berlində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması və eləcə də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ölkələr arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.

Fədakar Azərbaycan jurnalisti. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarl...
23/07/2026

Fədakar Azərbaycan jurnalisti.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür. Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Razılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir (media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması).

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.       ...
16/07/2026

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi məsələlərinə də xüsusi yer ayrıldı. Prezidentlərin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır.
Azərbaycan ilə Slovakiya arasında illik ticarət dövriyyəsi 2025-ci ildə 42.6 milyon dollar olub. Slovakiyadan 41.9 milyon dollarlıq məhsul idxal etmişik və sözügedən ölkəyə ixracımız 700 min dollara yaxın olub. Göründüyü kimi, Slovakiya ilə ticarətin əhəmiyyətli hissəsi idxal üzərində qurulub.
Slovakiya ilə Azərbaycan arasında 372 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Slovakiyadan idxal etdiyimiz əsas məhsullara gəldikdə isə, minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan nəqliyyat vasitələri (11 milyon 500 min dollar), mühərrikinin həcmi 3000 kub sm-dən çox olan minik avtomobilləri (7 milyon 583 min dollar), mərkəzi istilik qazanları (3 milyon 673 min dollar), elektrik nəqliyyat vasitələri (2 milyon 420 min dollar), dişlərin təmizlənməsi üçün vasitələr (2 milyon 219 min dollar), kağız və kartondan hazırlanmış qatlanan yeşiklər və qutular (1 milyon 106 min dollar), porşenli daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələridir (1 milyon 34 min dollar).
Azərbaycanın Slovakiyaya ixracında diqqəti çəkən məqam iş adamlarımızın ötən il sözügedən ölkəyə 47 ədəd minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan, daxili yanma mühərrikli nəqliyyat vasitələri satmasıdır. Bu məhsul üzrə ticarət məbləği 540 min dollar olub. Digər ixracatımız isə meyvə şirələri, araq və qida məhsullarıdır.Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir. Bunun özünü ticarət dövriyyəsində də göstərəcəyi istisna edilmir.

Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran mə...
15/07/2026

Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir.

Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərba...
03/07/2026

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi.
Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir.
Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.

26 İyun -Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlə...
25/06/2026

26 İyun -Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin tarixində xüsusi əhəmiyyətə malik günlər sırasındadır. Bu tarix artıq yalnız ordunun yaradılması ilə bağlı əlamətdar gün kimi deyil, həm də müstəqilliyin, təhlükəsizliyin və dövlət gücünün rəmzi kimi qəbul edilir. Azərbaycanın qazandığı uğurlar göstərir ki, güclü dövlət anlayışının əsasında iqtisadi inkişaf, xalqın dövlət ətrafında birliyi və qüdrətli ordu dayanır. Məhz bu amillərin vəhdəti ölkəmizin qarşılaşdığı mürəkkəb geosiyasi çağırışları uğurla dəf etməsinə imkan yaradıb.
Ümummilli Lider Heydər Əliyev ordu quruculuğunu hər zaman dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edib. Onun “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır” fikri bu gün də öz aktuallığını qorumaqdadır. Bu yanaşma sadəcə siyasi mövqe deyil, müasir Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının mühüm tərkib hissəsi idi. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə peşəkar və nizami ordu quruculuğunun əsası qoyuldu, milli hərbi kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atıldı və gələcək qələbələrin təməli formalaşdırıldı.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində ordu quruculuğu dövlətin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Müdafiə sənayesinin inkişafı, hərbi büdcənin artırılması, müasir silah və texnikaların alınması, peşəkar hərbi hazırlığın gücləndirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycan Ordusunu yeni inkişaf mərhələsinə çıxardı. Prezident İlham Əliyevin vurğuladığı kimi, ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həyata keçirilən bu siyasət nəticəsində regionda qüvvələr nisbəti əhəmiyyətli dərəcədə dəyişdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri həmin tarixi qələbələrin real nəticələridir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələri salınır, şəhərlər müasir standartlara uyğun şəkildə qurulur və Böyük Qayıdış proqramı uğurla icra olunur.
Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc və siyasi nüfuz bir-birini tamamlayan anlayışlardır. Azərbaycanın bu gün beynəlxalq təşkilatlarda, qlobal enerji layihələrində, nəqliyyat marşrutlarında və regional təhlükəsizlik məsələlərində mühüm mövqe tutmasının əsas səbəblərindən biri də məhz güclü müdafiə potensialıdır. Ölkəmiz artıq təhlükəsizliyə ehtiyac duyan deyil, təhlükəsizlik yaradan dövlətlər sırasında yer alır.
Azərbaycan artıq keçmişin çətinlikləri ilə üzləşən ölkə deyil. Bu gün Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü dövlətdir. Bu gücün əsasını xalqın iradəsi, uzaqgörən siyasi rəhbərlik və qalib Azərbaycan Ordusu təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Son illərdə qazanılmış bütün tarixi uğurların mərkəzində məhz bu amil dayanır. Qalib ordu ölkəmizə tam suverenlik qazandırmış, tam suverenlik isə Azərbaycanı regionun aparıcı siyasi güc mərkəzlərindən birinə çevirmişdir.

Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində ...
23/06/2026

Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim.

Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.
Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq. Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik.

Əbədi müstəqilliyimizin memarı.    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlər...
12/06/2026

Əbədi müstəqilliyimizin memarı.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Xalqımızın bu qurtuluş tarixini yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət verə bilməyən şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız dahi Liderin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Buraxılış imtahanında 100 baldan yüksək nəticə göstərərək məktəbimizin adını ucaldan şagirdlərimiz məktəb kollektivi tər...
09/06/2026

Buraxılış imtahanında 100 baldan yüksək nəticə göstərərək məktəbimizin adını ucaldan şagirdlərimiz məktəb kollektivi tərəfindən xatirə hədiyyələri ilə təltif olundular.
Əzmkarlığı, biliyi və zəhməti ilə fərqlənən şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni-yeni uğurlar arzulayırıq. Uğurlarınız daim olsun!

Bu uğurda əməyi olan hər kəsə təşəkkür edir, şagirdlərimizə gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər arzulayı...
03/06/2026

Bu uğurda əməyi olan hər kəsə təşəkkür edir, şagirdlərimizə gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər arzulayırıq! 📚

Address

Xaçmaz

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Armudpadar kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category