Müəllim - Ən Şərəfli Peşə

Müəllim - Ən Şərəfli Peşə Müəllim elə bir şəxsdir ki, cəmiyyət öz gələcəyini ona etibar edir. http://www.fb.com/NurlanMuellim
http://twitter.com/MuellimNurlan

15/01/2025

"Azərbaycan müəllimi" məktəb infrastrukturunun təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə bağlı ictimiayyəti məlumatlandırmaq üçün "Yenilənən məktəblər" adlı yeni rubrikaya start verir.

Rubrika çərçivəsində ilk olaraq Xaçmaz rayon Palçıqoba kənd tam orta məktəbi haqqında məlumatı təqdim edirik:

Ətraflı: muallim.edu.az/news/6787731527c47b1736c0b7d7

28/02/2023

Bu il ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq.

Ərizə qəbulunun 1-ci mərhələsi (bütün abituriyentlər üçün)

Ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd 1: Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 2 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 2 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.

Qeyd 2: 2022-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Qeyd 3: V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də martın 1-dən 15-dək qeydiyyatdan keçməlidirlər.

Ərizə qəbulunun 2-ci mərhələsi (I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün)

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2023-cü il aprelin 15-dən mayın 5-dək şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

Ətraflı məlumat üçün https://dim.gov.az/news/10460/ linkinə daxil ola bilərsiniz.

04/09/2022

Ümumi təhsil müəssisələrində “Dərsdənkənar məşğələ”lərin təşkili (Mövzu 2)
- - -
Təhsilalanların dərsdənkənar məşğələlərə cəlb olunması qaydaları və məşğələlərin təşkili.

Dərs cədvəlinə daxil edilmiş fakültativ kurslar (“Şahmat”,”Zəfər tarixi, “Ortaq türk tarixi” kursları və s.) istisna olmaqla,şagirdlər ümumi təhsil müəssisələrində təşkil olunan digər dərsdənkənar məşğələlərə könüllülük əsasında,onların meyl və maraqları nəzərə alınmaqla ərizələrinə əsasən cəlb olunurlar.Ərizələr təqdim edildikdən sonra sinif rəhbəri və ya müvafiq fənn üzrə məşğələ aparacaq müəllim həmin şagirdlərin dərsdənkənar məşğələyə cəlb edilmələri üçün məktəbin direktoruna təqdimatla müraciət edir.Bu zaman ərizələr təqdimata əlavə olunmalıdır.
Təqdimata(dərsdənkənar məşğələlərin təşkili ilə bağlı verilmiş digər təqdimatlarla birlikdə) məktəbin pedaqoji şurasında baxılır, şagirdlərin dərsdənkənar məşğələyə (məşğələlərə) cəlb olunmalarından ötrü müvafiq qərar qəbul edilir və qərar məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

Adından göründüyü kimi,dərsdənkənar məşğələlər əsas dərslər başa çatdıqdan sonra təşkil olunur. Məşğələlərin saat 15:00-da başlaması daha məqsədəuyğundur. Hər məşğələnin müddəti 45 dəqiqə olmalıdır.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il 5 №-li qərarına əsasən ümumi təhsil məktəblərində dərslər və dərsdənkənar məşğələlər məktəbin direktoru tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.Məktəbin direktoru və onun müavinləri təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyırlar.

Dərsdənkənar məşğələlərin qeydiyyatı bu məqsədlə tərtib olunmuş əlavə jurnalda aparılır.Həmin jurnalda şagirdlərin adlı siyahısını,keçilən mövzuları və məşğələnin keçirilmə tarixini qeyd etmək üçün sütunlar qeyd olunur. Jurnalda məşğələni tədris edən müəllim tərəfindən keçilən mövzuların və davamiyyətin qeydiyyatı aparılır. Dərsdənkənar məşğələ zamanı qiymətləndirmə aparılmadığı üçün jurnalda şagirdlərə qiymət yazılmır.

Dərsdənkənar məşğələlərə ayrılmış saatlardan formal olaraq müəllimlərin dərs yükünün artırılması məqsədi ilə deyil, həmin saatların imkanlarından şagirdlərin məntiqi təfəkkürünün və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, onların savadlı, vətənpərvər, mədəni, elmi və psixoloji baxımdan həyata hazırlanması üçün təşkil edilməlidir. Məktəblərimizdə “Dərsdənkənar məşğələ”lərin qanunauyğun şəkildə təşkil olunması həmin dərs saatlarının “Gözəgörünməz dərslər” kimi anlaşılmasını aradan qaldıracaq.

Hazırladı: Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov

04/09/2022
17/02/2022

Təhsil Nazirliyi mərkəzləşdirilmiş Müəllimlərin İşə Qəbul müsabiqəsində ciddi keyfiyyət və kəmiyyət dəyişiklikləri edib:

1. Müsabiqənin test imtahanı mərhələsində sualların sayını ixtisas, mütodika və təlim startegiyaları üzrə sabit saxlamaqla onlara verilən bal fərqini və imtahan vaxtını arırıb:

a) İmtahanın vaxtını 90 dəqiqədən 120 dəqiqəyə artırırılmaqla yaşla əlaqədar sürətlə düşünmək qabiliyyəti azalan sistemdə işləyən müəllimlərə və İKT üzərindən testoloji imtahan vermək qabiliyyəti zəif olan iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirməyə əlavə dəstək verilib.

b) İxtisas suallarına verilən nisbi balın çəkisini ixtisasdan 1 baldan 2- qaldırmaqla ali məktəblərdə əvvəllər tədris edilməyən və hazırda zəif tədris edilən yeni təlim texnoloji biliklərin səbəbindən yaranan kurikulum təlimçilərinin bazarını əhəmiyyətli dərəcədə azaldacaq, hələ müəllim işləməyən imtahan iştirakçılarını dərs prosesinə aid mənasız sual yükündən xeyli azad edəcək, imtahan ballarının maksimum həddini 100-ə qaldırmaqla onların faizlə uyğunlaşmasını təmin edəcək.

2. Sistemdə 3 və 5 ildən artıq işləyən müəllimlərə yerdəyişmə imtahanlarında iştirak qadağan edilməklə sonradan onların topladığı ballara əlavələr ediləcək:

a) Bu məktəbləri seçib oranı 1 il yola verməklə staj toplamağı və növbəti il yerdəyişmə edəcəyini düşünən insanların sayını minimuma endirəcək və məktəbləri seçib, sonradan ordakı iş yerini dəyişməklə ordakı təlim mühütünü pozan amillər aradan qalxacaq.

b) Ucqarda işləyən müəllimlərin 3-5 il staj toplamaqla onların ballarına edilən əlavələr onların təcrübəli müəllim kimi sonradan yerdəyişməsini asanlaşdıracaq və onları ucqarları seçməyə sövq etməklə ordakı müəllim çatışmazlığı problemini həll edəcək.

3. İmtahan suallarına verilən 4 səhv cavab 1 düz cavabı siləcək:

a) Bu təsadüfən sualara düz cavab verməklə insanların taleyini həll edəcək bir-neçə balın toplanmasını əngəlləməklə ədalətli yerləşməyə səbəb olacaq.

b) Səhv cavabların onluq kəsərlər mərtəbəsində bal hissələrinin yaratması səbəbindən eyni bal toplayanların sayını əhəmiyyətli dərəcədə azaldacaq və bu ədalətsiz yerləşməyə son qoyacaq.

4. Vakansiyalar ilk əvvəl sistemdə olan müəllimlərə və şəhid ailələrinin üzvlərinə təklif ediləcək.

a) Öz canını dövlət uğrunda fəda etmiş, ailə üzvlərinin rifahı üçün fiziki imkanlarını itirən şəhidlərimizin mənən övladlarına köməkliyini özündə etiva edən bu qaydanı sözlə ifadə etmək olmur. Həqiqətən onlar diridirlər və bunu Təhsil Nazirliyi sözdə yox əməldə sübut etdi.

b) İllərdir sistemdə işləyən, müsabiqə ilə ucaqrlarda əzab-əziyyətlə çalışan müəllimlərə yerdəyişmə qaydanın tətbiqi, bu peşəyə marağı və insanların məmnunluğunu artıran ədalətli bir qərardır və bu qaydanın saxlanması xüsusi alqışlanmalıdır.

5. Abşeron yarmadasında müəllimlərin yerdəyişməsi yalnız və yalnız MİQ müsabiqəsi daxilində aparılacaq.

a) Bu paytaxta və mərkəzi şəhərlərə axışmaq istəyən və müxtəlif sosial səbəblər uyduran insanların yükündən həm hökuməti, həm də cəmiyyəti azad edəcək.

b) Bundan sonra daha istedadlı gənclərin ədalətli qaydada iş yerinin dəyişdirilməsi amili önə çıxacaq.

6. Tədris ili başlanandan sonra yaranan vakansiyalara heç bir halda müddətsiz əsaslarla müəllim işə qəbul edilməyəcək.

a) Bu o deməkdir ki tədris ilinin ortasında yaranan vakansiyalarada müddətli işləyənlər ora daimiləşməyəcək və bütün vakansiyalar yayda bir yerdə hamıya təklif edildiyi üçün ədalətli seçim olacaq.

b) Tədris ilinin ortasında çalışma həddinə çatmış müəllimlərlə əmək müqaviləsi ilin sonuna qədər avtomatik uzaldılması zərurəti yaranacaq, bununla da yaşlı müəllimlərdə diskanfort və məktəbdə boşluq yaranmayacaq.

https://www.facebook.com/profile.php?id=100076283942422

02/02/2022

Gənclik gələcəkdir. Gənclərimiz ölkəmizin qarşısında duran ən ümdə məsələləri həll etməyə qadirdir. 2 fevral - münasibətilə gənclərimizi təbrik edir, onlara uğurlar və cansağlığı arzulayıram. 🇦🇿

20/12/2021

Ümumi təhsil məktəblərində bütün siniflər üzrə (I-XI) sinif rəhbəri təyin edilir. Sinif rəhbərinin əsas işi şagirdləri şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq və s. ibarətdir.

Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilə və vəzifədən uzaqlaşdırıla bilər. Onların fəaliyyətinə isə tərbiyə işləri üzrə direktor müavini nəzarət edir. Qanunvericiliyə əsasən, sinif rəhbəri təyin edilmiş şəxslərin aylıq əmək haqqısına 40 manat əlavə edilir.

Sinif rəhbərinin işi səmərəliliyinə görə, məhsuldarlıq və fəaliyyət meyarları əsasında qiymətləndirilir. Məhsuldarlıq meyarı şagirdlərin sosial inkişafının səviyyəsini əks etdirir.

Fəaliyyət meyarı isə sinif rəhbəri üçün müəyyənləşdirilən sənədlərin mövcudluğu, sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir.

Sinif rəhbərinin, görəcəyi işləri sistemli şəkildə həyata keçirmək üçün dövri qrafik tutması əhəmiyyətlidir. Dövrü qrafik, 5 formada tərtib edilməlidir: gündəlik, həftəlik, aylıq, yarımillik və illik

Gündəlik dövri qrafik:

Dərsə gecikən şagirdlərin ləngimə səbəblərini araşdırmaq;
Məktəbin nizam–intizam qaydalarını pozan şagirdlərlə iş;
Sinif növbətçiliyinin yerinə yetirilməsinə nəzarət;
Şagirdlərinə verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək;
Şagirdlərlə fərdi iş (plan üzrə).
Həftəlik dövri qrafik:

1.Şagirdlərin gündəliklərini (səliqəli saxlanmasını,valideyinlərin imzasını, fənn müəllimlərin şagird nailiyyətlərini vaxtında yazmasını, lazımı qeydlərin yazılmasını və s) yoxlamaq.

Aylıq dövri qrafik:

1.Sinif jurnalına nəzarət etmək,lazım olduqca yeni səhifələrə şagirdlərin siyahısını yazmaq, şagird nailiyyətlərini izləmək;

2.Məktəb həkimi və psixoloqu ilə görüşmək ;

3.Məktəb kitabxanaçısı ilə görüşüb, şagirdlərin mütaliə vərdişlərinə yiyələnməsini və mütaliə vərdişlərinin inkişafını izləmək;

4.Valideynlər üçün məsləhət saatları ayırmaq, şagirdlərin təlim nailiyyətləri, xarakter və davranışlarını fərdi şəkildə müzakirə etmək;

5.Digər fənlər üzrə dərsləri dinləməklə,şagirdlərin təlim nailiyyətlərini izləmək;

6.Şagirdlərin dərnəklər, fakültativ və qrup məşğələlərində, məktəbdənkənar klublarda iştirakını izləmək;

7.Ay ərzində sinifdə görülən işlərlə bağlı hesabat hazırlayaraq təşkilat işləri üzrə direktor müavininə təhvil vermək.

Yarımillik dövri qrafik:

1.Yarımillik nailiyyətlərhaqda hesabat hazırlamaq;
2.Şagirdlərin yarımil nailiyyətlərini “şəxsi iş”lərə yazmaq;
3.Hesabat xarakterli valideyn iclası keçirmək.

İllik dövri qrafik:

1. İllik nailiyyətlər haqda hesabat hazırlamaq;
2. Şagirdlərin illik nailiyyətlərini “şəxsi iş”lərə yazmaq;
3. Hesabat xarakterli valideyn iclası keçirmək.

Qeyd edək ki, sinif rəhbərinin fəaliyyəti Azərbaycan RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və məktəbin nümunəvi Əsasnaməsinə əsasən müəyyən edilir.

Zəfərin mübarək, Azərbaycan!
08/11/2021

Zəfərin mübarək, Azərbaycan!

Address

Xaçmaz
AZ2721

Alerts

Be the first to know and let us send you an email when Müəllim - Ən Şərəfli Peşə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Müəllim - Ən Şərəfli Peşə:

Shortcuts

Share

Category