Qobuqıraq kənd ümumi orta məktəbi

Qobuqıraq kənd ümumi orta məktəbi Rövşən İsrafilov adına Qobuqıraq kənd ümumi orta məktəbi

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inz...
25/08/2026

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər,1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına ey...
24/08/2026

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.
Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir

“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan d...
31/07/2026

“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”

Ulu Öndər Heydər Əliyev

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə 57 saylı Xaçma...
29/06/2026

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsinin əhatə etdiyi məktəblərin qabaqcıl müəllimləri, 2025–2026-cı tədris ilində yüksək nailiyyətlər əldə etmiş əlaçı şagirdlər, eləcə də şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırma mərasimində məktəbimizin müəllimləri və şagirdləri də iştirak edərək təltif olunublar. Onları əldə etdikləri uğurlar münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində və təhsillərində yeni nailiyyətlər arzulayırıq! 👏🏻🎉📚

👏🏻 🎉Bu gün keçirilən sertifikasiya imtahanında iştirak edən məktəbimizin fiziki tərbiyə müəllimi Elxan Məsimov yüksək nə...
25/06/2026

👏🏻 🎉Bu gün keçirilən sertifikasiya imtahanında iştirak edən məktəbimizin fiziki tərbiyə müəllimi Elxan Məsimov yüksək nəticə göstərərək 54 bal toplayıb.
Elxan müəllimi bu uğuru münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi k...
25/06/2026

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.
Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı

Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.Biz müntəzəm olaraq y...
23/06/2026

Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.
Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.
Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.

20/06/2026

🎓4-cü sinif şagirdlərinin ibtidai təhsil pilləsini başa vurması münasibətilə tədbir keçirilib.

Tədbirdə şagirdlər müxtəlif şeirlər söyləyib, mahnılar ifa edib və maraqlı çıxışlar təqdim ediblər.
Müəllimlər və valideynlər şagirdlərin əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirərək onlara xoş arzularını çatdırıblar.

Məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.İclasda məktəbin direkto...
19/06/2026

Məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.

İclasda məktəbin direktoru Çimnaz Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Mina İsayeva çıxış edərək başa çatmaqda olan tədris ilinin nəticələrini təhlil edib, əldə olunmuş uğurları və qarşıda duran vəzifələri diqqətə çatdırıblar.

Pedaqoji Şura zamanı məktəbdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində təkliflər səsləndirilib, qarşıdakı tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

🔔🎉 Məktəbimizdə “Son zəng” tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başla...
13/06/2026

🔔🎉 Məktəbimizdə “Son zəng” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəb rəhbərliyi,müəllimlərimiz,44 günlük Vətən müharibəsinin iştirakçısı,qazi Aydın Fətiyev və tədbirə dəvət olunmuş qonaqlar məzunlara uğurlar arzulayıb,onlara gələcək həyat yollarında öz dəyərli tövsiyələrini veriblər.
Məktəbimizin 65 yaşı tamam olan müəllimləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub, onlara hədiyyə təqdim edilib.
Daha sonra tədris və tərbiyə sahəsində səmərəli fəaliyyət göstərən müəllimlər,eləcə də buraxılış imtahanında yüksək nəticə göstərmiş və dərs ilini müvəffəqiyyətlə başa vurmuş şagirdlər məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanlar və Təşəkkürnamələrlə təltif olunublar.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən rəqslər nümayiş etdirilib, müxtəlif musiqi nömrələri təqdim olunub.

Address

Qobuqıraq Kəndi
Xaçmaz
AZ2700

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Qobuqıraq kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category