Xaçmaz rayonu Qaradağ Buduq kənd ümumi orta ümumtəhsil məktəbi

Xaçmaz rayonu Qaradağ Buduq kənd ümumi orta ümumtəhsil məktəbi “Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin çox böyük rolu var"

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

VI siniflərin monitorinq nəticələrinə əsasən məktəbimiz şagird sayı 100-dən az olan məktəblər arasında 5-ci, Xaçmaz rayo...
04/09/2026

VI siniflərin monitorinq nəticələrinə əsasən məktəbimiz şagird sayı 100-dən az olan məktəblər arasında 5-ci, Xaçmaz rayonu üzrə isə 7-ci yerdə qərarlaşıb.

Kiçik bir kənd məktəbi üçün bu nəticə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu uğur göstərir ki, istək, zəhmət və düzgün istiqamət olduqda nəticənin böyüklüyünü məktəbin ölçüsü müəyyən etmir.

Bu nəticədə əməyi olan şagirdlərimizi və xüsusilə riyaziyyat müəllimimiz Ülviyyə Əhmədovanı təbrik edir, zəhmətinə görə təşəkkür edirik.

Daha yaxşı nəticələr üçün yolumuza davam edirik!

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbay...
03/07/2026

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi.
Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.

02/07/2026

İyulun 2-si – Azərbaycan Polisi Günüdür.

İctimai asayişin qorunması, eyni zamanda təhsil müəssisələrində təhlükəsizliyin təmin olunmasına xidmət edən bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

57 saylı Seçki Dairəsinin əhatə etdiyi məktəblərin qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırılıb.Xaçmaz Ray...
29/06/2026

57 saylı Seçki Dairəsinin əhatə etdiyi məktəblərin qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsinin əhatə etdiyi məktəblərin qabaqcıl müəllimləri, 2025–2026-cı tədris ilində yüksək nailiyyətlər əldə etmiş əlaçı şagirdlər, eləcə də şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırılması mərasimi keçirilib.

Məktəbimizin ibtidai sinif müəllimi Şəlalə Səlimova, təsviri incəsənət müəllimi Samirə Kərimova və əlaçı şagirdləri də mükafatlandırılıb.

Təhsilə və əməyə verdiyi dəyərə görə öz təşəkkürümüzü bildiririk!

26/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 🇦🇿

Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

90-cı illərdə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qalmışdı.Müstəqilliyin ilk illərində ölkəmizə rəhbər...
25/06/2026

90-cı illərdə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qalmışdı.
Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.

Məktəbimizin ixtisaslı fiziki tərbiyə müəllimi Şəlalə Cəlilova sertifikasiya imtahanını uğurla keçib. Müəllimimizi təbri...
25/06/2026

Məktəbimizin ixtisaslı fiziki tərbiyə müəllimi Şəlalə Cəlilova sertifikasiya imtahanını uğurla keçib.

Müəllimimizi təbrik edirik, pedoqoji fəaliyyətində uğurlar arzulayırıq!



Məktəbimizin ixtisaslı təsviri incəsənət müəllimi Samirə Kərimova  sertifikasiya imtahanını uğurla keçib. Müəllimimizi t...
19/06/2026

Məktəbimizin ixtisaslı təsviri incəsənət müəllimi Samirə Kərimova sertifikasiya imtahanını uğurla keçib.

Müəllimimizi təbrik edirik, pedoqoji fəaliyyətində uğurlar arzulayırıq!



15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

🌟 Kiçik addımlar, böyük uğurlar2025/2026-cı tədris ilində I sinfi uğurla başa vuran 10 şagirdimizə sinif rəhbəri Elşən A...
13/06/2026

🌟 Kiçik addımlar, böyük uğurlar

2025/2026-cı tədris ilində I sinfi uğurla başa vuran 10 şagirdimizə sinif rəhbəri Elşən Abasov tərəfindən uğur sertifikatları təqdim olunmuşdur.

Bu sertifikatlar balaca şagirdlərimizin ilk təhsil uğurlarının gözəl xatirəsidir. Onlara gələcək təhsil yolunda bol uğurlar arzulayırıq. 📚🌿

Address

Xaçmaz Rayonu Qaradağ Buduq Kəndi
Xaçmaz
AZ2700

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz rayonu Qaradağ Buduq kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xaçmaz rayonu Qaradağ Buduq kənd ümumi orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category