Həbibkənd kənd ümumi orta məktəbi

Həbibkənd kənd ümumi orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Həbibkənd kənd ümumi orta məktəbi, School, Həbibkənd, Xaçmaz.

20/03/2026

Novruz Bayramı münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Baharın gəlişini və yenilənməni simvolizə edən bu əziz bayram hər ocağa sevinc və ruzi-bərəkət gətirsin. Novruzun dəyərləri olan birlik, həmrəylik və mərhəmət hissləri cəmiyyətimizdə daha da möhkəmlənsin.

Qoy bu bayram ölkəmizə əmin-amanlıq, sabitlik və davamlı inkişaf bəxş etsin.

Bayramınız mübarək! 🌸

Məktəbin Novruz Şənliyi 19.03.2026Novruz bayramı münasibətilə məktəbimizdə şən və rəngarəng tədbir təşkil olundu. Şagird...
20/03/2026

Məktəbin Novruz Şənliyi
19.03.2026
Novruz bayramı münasibətilə məktəbimizdə şən və rəngarəng tədbir təşkil olundu. Şagirdlər milli adət-ənənələrimizi əks etdirən çıxışlar, səhnəciklər və rəqslərlə bayram ab-havası yaratdılar. Səməni, xonça və bayram atributları tədbirə xüsusi gözəllik qatdı. Novruzun birlik, sevgi və yenilənmə rəmzi olduğu bir daha hiss olundu.

19/03/2026
19/03/2026
19/03/2026
19/03/2026

🇦🇿🇹🇷

18 Mart - Çanaqqala Zəfəri və Şəhidləri Anma Günüdür.

Qardaş Türkiyənin azadlığı uğrunda şəhid olanları rəhmətlə anırıq!





19/03/2026
19/03/2026

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə gediblər.

Bayram tonqalını qaladıqdan sonra dövlət başçısı ilə sakinlərdən birinin maraqlı dialoqu olub.

🔸Sakin: Cənab Prezident, 1992-1993-cü illərdə biz buradan ağlayaraq, sürünərək getmişik. İndi buraya sevinc hissi ilə qayıtmışıq, Sizin sayənizdə qayıtdıq, Sizin rəhbərliyinizlə, Sizin “dəmir yumruğ”unuz sayəsində, Ordumuzun gücü ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

🔹Prezident İlham Əliyev: Amin.

Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.

🔹Prezident İlham Əliyev: Allah saxlasın.

🔸Sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.

🔹Prezident İlham Əliyev: Neçə uşaqdır?

🔸Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.

🔹Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.

🔸Sakin: Allah köməyiniz olsun.

🔹Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.

Vl sinif17.03.2026Vl sinif şagirdləri arasında məktəbdaxili monitorinq təşkil olundu. Şagirdlərin fənlər üzrə nailiyyətl...
19/03/2026

Vl sinif
17.03.2026
Vl sinif şagirdləri arasında məktəbdaxili monitorinq təşkil olundu. Şagirdlərin fənlər üzrə nailiyyətləri yoxlanıldı, mövcud çatışmazlıqlar müəyyən edilərək onların aradan qaldırılması üçün tövsiyələr verildi.

IX sinif17.03.2026IX sinif şagirdləri ilə keçirilən məktəbdaxili monitorinq zamanı onların buraxılış imtahanlarına hazır...
19/03/2026

IX sinif
17.03.2026
IX sinif şagirdləri ilə keçirilən məktəbdaxili monitorinq zamanı onların buraxılış imtahanlarına hazırlıq səviyyəsi yoxlanıldı. Nəticələr təhlil edilərək zəif tərəflərin gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi qərara alındı.

IV sinif16.03.2026IV sinif şagirdləri ilə məktəbdaxili monitorinq keçirildi. Monitorinq zamanı şagirdlərin bilik və baca...
19/03/2026

IV sinif
16.03.2026
IV sinif şagirdləri ilə məktəbdaxili monitorinq keçirildi. Monitorinq zamanı şagirdlərin bilik və bacarıqları qiymətləndirildi, onların inkişaf səviyyəsi müəyyənləşdirildi. Nəticələrə əsasən gələcək fəaliyyət istiqamətləri planlaşdırıldı.

Address

Həbibkənd
Xaçmaz
AZ2700

Telephone

+994776090142

Website

Alerts

Be the first to know and let us send you an email when Həbibkənd kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Həbibkənd kənd ümumi orta məktəbi:

Shortcuts

Share

Category