Padar umumi orta mektebi - resmi

Padar umumi orta mektebi - resmi Xaçmaz rayonunda ümumi orta məktəbin rəsmi səhifəsi.

XX əsrin 30cu illərində amansız Stalin repressiyaları ziyalı təbəqəsənin kökünü kəsdi. H.Cavid, Ə.Cavad, M.Müşfiq, A.Səh...
07/05/2022

XX əsrin 30cu illərində amansız Stalin repressiyaları ziyalı təbəqəsənin kökünü kəsdi. H.Cavid, Ə.Cavad, M.Müşfiq, A.Səhhət, T.Şahbazi və yüzlərlə digər milli maarifçi "xalq düşməni" adı ilə şərlənərək məhv edildi. Kollektivimiz Ə.Cavadın 130 illiyinə həsr olunmuş tədbirdə repressiya qurbanlarının əziz xatirəsini bir daha yad etdilər. Tədbirdə yazıçıların həyat və yaradıcılığı ilə bərabər maraqlı faktlar da səsləndi.

Ekologiya və təbii sərvətlər Nazirliyinin Xaçmaz rayon şöbəsinin nümayəndəsi Seyidova S. iştirakı ilə şagirdlərlər qloba...
07/05/2022

Ekologiya və təbii sərvətlər Nazirliyinin Xaçmaz rayon şöbəsinin nümayəndəsi Seyidova S. iştirakı ilə şagirdlərlər qlobal ekoloji çağırışlar, su və digər təbii ehtiyyatlarının qorunması haqqında maarifləndirici söhbət aparıldı.

Gənc müəlliməmiz Ayşə Axundova Bakıda Avropa Azərbaycan məktəbində "Təhsil bütün uşaqlar üçün" adlı beynəlxalq konfransd...
26/04/2022

Gənc müəlliməmiz Ayşə Axundova Bakıda Avropa Azərbaycan məktəbində "Təhsil bütün uşaqlar üçün" adlı beynəlxalq konfransda iştirak edib. Konfrans təhsildə bərabər imkanlar və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsil problemlərinə həsr olunmuşdur.

16/04/2022
Məktəbin ibtidai sinif şagirdləri də fənn aylığına qoşularaq bilik yarışı keçirmişdilər. Yarışda həm fənnlər üzrə, həm d...
15/04/2022

Məktəbin ibtidai sinif şagirdləri də fənn aylığına qoşularaq bilik yarışı keçirmişdilər. Yarışda həm fənnlər üzrə, həm də dünyagörüşü və ümumi inkişaf sualları yer almışdır. Yarış zamanı əyləncəli oyunlar və müsabiqələr da uşaqların böyük marağına səbəb olmuşdur. 3 komandaya bölünən yarışçılar sona qədər mətin mübarizə apardılar və münsiflər qalibi müəyyən etməkdə çətinlik çəkirdilər. Sonda qalib tapmacalar vasitəsilə müəyyən olundu.

Şagirdlərin asudə vaxtının təşkili və təlimə marağının artırılması məqsədi ilə məktəbimizdə Beynəlxalq İnternet gününə h...
14/04/2022

Şagirdlərin asudə vaxtının təşkili və təlimə marağının artırılması məqsədi ilə məktəbimizdə Beynəlxalq İnternet gününə həsr olunmuş bilik yarışı keçirilmişdir. İnternet və İkt texnologiyaları sahəsində biliklərini sınayan 4 komanda arasında gedən gərgin mübarizədə "Opera" komandası birinci oldu. Sonda şagirdlər arasında keçirilən əyləncəli müsabiqə tədbirə rəngarənglik qatdı. Qaliblər təşəkkürnamə və hədiyyələrlə mükafatlandırıldı.

12/04/2022

”Şuşa ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən olan "Könlüm keçir Qarabağdan" Respublika incəsənət festivalı ilə əlaqədar məktəbimizin şagirdləri arasında müsabiqə keçirilmişdir. Qaliblərin işləri Xaçmaz Təhsil Şöbəsinə təqdim edilmişdir.

Yaz fəsli ilə əlaqədar məktəbin həyətində abadliq isləri davam edir.
10/04/2022

Yaz fəsli ilə əlaqədar məktəbin həyətində abadliq isləri davam edir.

7 aprel Beynəlxalq Sağlamlıq günü ilə əlaqədar məktəbimizin 6, 7, 8, və 9cu sinif şagirdləri arasında bilik yarışması ke...
07/04/2022

7 aprel Beynəlxalq Sağlamlıq günü ilə əlaqədar məktəbimizin 6, 7, 8, və 9cu sinif şagirdləri arasında bilik yarışması keçirildi. Yarışda Səma komandası qələbə qazandı. Tədbir uşaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılandı, sağlam həyat tərzi təbliğ olundu.

20/03/2022

Novruz bayramı milli adət ənənələrimizin şahı, eyni zamanda ən gözəlidir, ən qədim tarixə malik, musiqili, şirniyyatlı, səmənili, insana və təbiətə sevgi və mehribançılıq yaradan bayramdır. Məktəbimizin şagirdləri havanın şıltaqlığına baxmayaraq baharı böyük coşqu və sevinclə qarşıladılar.

Address

Xaçmaz

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994555240900

Website

Alerts

Be the first to know and let us send you an email when Padar umumi orta mektebi - resmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Padar umumi orta mektebi - resmi:

Shortcuts

Share