Biləsuvar rayon Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı orta məktəb

Biləsuvar rayon Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı orta məktəb 1970 - ci ilde istifadeye verilib.

16/09/2026
15 SENTYABR – SÜLH GÜNÜ15 Sentyabr – Sülh Günü ilə əlaqədar məktəbimizin siniflərində şagirdlərin maarifləndirilməsi məq...
15/09/2026

15 SENTYABR – SÜLH GÜNÜ
15 Sentyabr – Sülh Günü ilə əlaqədar məktəbimizin siniflərində şagirdlərin maarifləndirilməsi məqsədilə müxtəlif maarifləndirici sinifdaxili tədbirlər təşkil olundu.
Keçirilən tədbirlər zamanı sülhün, əmin-amanlığın, qarşılıqlı hörmət və həmrəyliyin insan həyatındakı əhəmiyyətindən bəhs edildi. Şagirdlərə sülhün qorunmasının hər bir insanın üzərinə düşən mühüm vətəndaşlıq məsuliyyəti olduğu aşılandı.
🌿 Sülh olan yerdə ümid, sevinc və gələcək var!
🕊️ Qoy dünyamız daim sülh və əmin-amanlıq içində yaşasın!

🔔 İLK ZƏNG  📚🇦🇿Xırmandalı kənd Ceyhun Məhərrəmov adına              1 nömrəli tam orta ümumtəhsil məktəbində           1...
15/09/2026

🔔 İLK ZƏNG 📚🇦🇿
Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 15 Sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə “İlk zəng” tədbiri keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlərlə yanaşı, şəhid ailələri də iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Çıxışlarda yeni tədris ilinin başlanması münasibətilə şagirdlərə uğurlar arzulandı, təhsilin gənc nəslin gələcəyinin formalaşmasında mühüm rolu vurğulandı.
Tədbirdə şəhid ailələrinin iştirakı xüsusi əhəmiyyət daşıdı. Onların məktəbimizdə keçirilən bu əlamətdar gündə şagirdlərlə birgə olması böyük ehtiram və minnətdarlıq hissi ilə qarşılandı. Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır.
Yeni tədris ili məktəbimiz üçün yeni hədəflərin, yeni uğurların və nailiyyətlərin başlanğıcı olsun!
📚 15 Sentyabr – Bilik Günümüz mübarək!
🔔 İlk zəngimiz uğurlu olsun! 🇦🇿

14/09/2026
https://www.facebook.com/share/p/1FmmuhE3X4/
14/09/2026

https://www.facebook.com/share/p/1FmmuhE3X4/

Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi həyata keçiriləcək.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keyfiyyətli təhsil naminə müəllimlərin təhsili artırılmalıdır:

"Yaxın həftə və aylarda ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək. Yeni çərçivələr əvvəlkindən əsaslı şəkildə fərqlənməyəcək, lakin müəyyən dəyişikliklər olacaq".

E.Əmrullayev bildirib ki, xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarına daha çox diqqət yetiriləcək:

"Bu, xüsusilə ibtidai sinifdə oxu ağırlıqlı olacaq. Bizim üçün ibtidai siniflərdə tədris edən müəllimləri oxuyub-anlama bacarıqlarının yüksək olması çox vacibdir. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər".

Mənbə: report.аz

🔔 İLK ZƏNGƏ SAYILI SAATLAR QALDI! 📚🇦🇿Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi yeni ...
14/09/2026

🔔 İLK ZƏNGƏ SAYILI SAATLAR QALDI! 📚🇦🇿
Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi yeni tədris ilinə böyük sevinc və yüksək əhval-ruhiyyə ilə hazırdır.
Ənənəmizə sadiq qalaraq məktəbimiz hər il olduğu kimi, bu il də təmiz, səliqəli və şagirdlərimiz üçün rahat şəkildə hazırlanıb. Sabah məktəbimizin dəhlizləri yenidən doğma səslərlə, həyətimiz isə əziz şagirdlərimizin gülüşü ilə canlanacaq.
Əziz şagirdlərimiz, hər birinizi doğma məktəbimizdə böyük sevgi və səmimiyyətlə qarşılamağa hazırıq! Qarşıdakı tədris ilinin hər biriniz üçün uğurlu, yaddaqalan və gözəl nailiyyətlərlə zəngin olmasını arzulayırıq. 📖
İlk zəngin həyəcanı, yeni başlanğıcların sevinci və böyük arzularla — 1 nömrəli məktəb olaraq yeni uğurlara birlikdə addımlayırıq! 🤝🇦🇿

📚 Yay məktəbini uğurla başa vurduq! Məktəbimizdə təşkil olunan Yay məktəbi uğurla başa çatdı.Yay məktəbi müddətində müəl...
14/09/2026

📚 Yay məktəbini uğurla başa vurduq!
Məktəbimizdə təşkil olunan Yay məktəbi uğurla başa çatdı.
Yay məktəbi müddətində müəllimlərimiz tədris ili ərzində şagirdlərin çətinlik çəkdikləri mövzuları yenidən təhlil edərək, onların daha yaxşı mənimsənilməsi və möhkəmləndirilməsi istiqamətində səmərəli çalışmalar apardılar.
📖 Şagirdlərimiz həm biliklərini möhkəmləndirdilər, həm də yeni tədris ilinə daha inamlı və hazırlıqlı addımlamaq üçün mühüm bilik və bacarıqlar qazandılar.
Əziz müəllimlərimizə əməklərinə, şagirdlərimizə isə fəallıqlarına görə təşəkkür edirik!
Birlikdə öyrəndik, birlikdə inkişaf etdik!

https://www.facebook.com/share/p/19GJ6mK2YP/
14/09/2026

https://www.facebook.com/share/p/19GJ6mK2YP/

"Təhsilverənlərin geyim formaları ilə bağlı qərarlar qəbul olunub. Bu günlərdə də yeni qaydalar qüvvəyə minəcək".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.

📚 YENİ TƏDRİS İLİNƏ İLK ADDIM! 🎓✨Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbindəyeni tə...
11/09/2026

📚 YENİ TƏDRİS İLİNƏ İLK ADDIM! 🎓✨
Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində
yeni tədris ilinə hazırlıq çərçivəsində dərsliklərin şagirdlərə paylanılması həyata keçirildi.
Hər yeni kitab yeni biliklərə, yeni ümidlərə və yeni uğurlara açılan bir qapıdır.
Əziz şagirdlər, yeni tədris ilində hər birinizə bol-bol uğurlar, yüksək nəticələr və gözəl nailiyyətlər arzulayırıq!
Yeni dərs iliniz uğurlu olsun! 📚.

Address

Bilasuvar, Xirmandalı
Xırmandalı
1317

Telephone

0252947597

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar rayon Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biləsuvar rayon Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı orta məktəb:

Shortcuts

Share

Category