Ucar Rayon 7 Nömrəli Tam Orta Məktəb

Ucar Rayon 7 Nömrəli Tam Orta Məktəb Ağdam rayon 27 saylı orta məktəb

🇦🇿🇦🇿SON ZƏNG 🇦🇿🇦🇿📢13 iyun 2026 -cı il tarixində Respublikamızın hər yerində olduğu kimi Ucar şəhər 7 nömrəli tam orta üm...
15/06/2026

🇦🇿🇦🇿SON ZƏNG 🇦🇿🇦🇿📢

13 iyun 2026 -cı il tarixində Respublikamızın hər yerində olduğu kimi Ucar şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində SON ZƏNG tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbir rəsmi və bədii hissədən ibarət oldu.
Rəsmi hissədə məktəbin direktoru Aqil Cəfərov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladı və məktəbin qazandığı nailiyyətlərdən bəhs etdi. Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək məzunlara xoş arzularını çatdırdılar.

Bədii hissədə şagirdlərin hazırladıqları musiqili nömrələr, şeirlər və rəqslər təqdim olundu. XI sinif və I sinif şagirdlərinin ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatdı və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı.

Sonda məktəb həyatının ən duyğulu anı olan Son Zəng səsləndi. Məzunlar müəllimləri, valideynləri və məktəb kollektivi ilə birlikdə bu əlamətdar günü böyük sevinc və qürur hissi ilə qeyd etdilər.

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi ...
15/06/2026

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı.

Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Azərbaycan xalqı böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci ilin sentyabrın 29-da imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan olunub.

15/06/2026
8.06.2026-cı il tarixində məktəbimizdə Texnoligiya-Təsviri İncəsənət aylığı çərçivəsində rəsm müsabiqəsi keçirildi.     ...
12/06/2026

8.06.2026-cı il tarixində məktəbimizdə Texnoligiya-Təsviri İncəsənət aylığı çərçivəsində rəsm müsabiqəsi keçirildi.

Dörd il əvvəl balaca addımlarla başladığınız məktəb yolunda bu gün böyük bir mərhələni tamamladınız. 🎓Hər biriniz qəlbim...
10/06/2026

Dörd il əvvəl balaca addımlarla başladığınız məktəb yolunda bu gün böyük bir mərhələni tamamladınız. 🎓

Hər biriniz qəlbimizdə iz qoydunuz. Yeni siniflərdə də uğurlarınızın davamlı olacağına inanıram. Yolunuz işıqlı, gələcəyiniz parlaq olsun, əziz məzunlarım!

Sinif rəhbəri: Nisə Səfərəliyeva

9 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Səhər ...
10/06/2026

9 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Səhər İdmanı” layihəsi çərçivəsində Ucar rayon Heydər Əliyev Mərkəzinin qarşısında məktəbimizində iştirakı ilə növbəti idman tədbiri təşkil olunub.

Sağlam həyat tərzinin təbliği, gənclərin fiziki aktivliyinin artırılması və idmana marağın gücləndirilməsi məqsədilə keçirilən səhər idmanında Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının kollektivi, Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları, Ucar Gənclər Evi SXM-in kollektivi, eləcə də şəhər ümumtəhsil məktəblərinin müəllim və şagirdləri böyük həvəslə iştirak ediblər.

İştirakçılar peşəkar məşqçinin rəhbərliyi ilə müxtəlif fiziki hərəkətlər yerinə yetirərək günə enerjili və pozitiv əhval-ruhiyyə ilə başlayıblar. Tədbir iştirakçılar arasında sağlam həyat tərzinin təşviqinə, komanda ruhunun formalaşmasına və idmanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə mühüm töhfə verib.

“Səhər İdmanı” layihəsi bir daha nümayiş etdirdi ki, sağlam cəmiyyətin təməli sağlam fərdlərdən başlayır və idman insanları bir araya gətirən ən güclü dəyərlərdən biridir.

03.06.2026-cı il tarixində Texnologiya-Təsviri incəsənət  aylığı çərçivəsində məktəbimizin 5-ci sinfində texnologiya fən...
05/06/2026

03.06.2026-cı il tarixində Texnologiya-Təsviri incəsənət aylığı çərçivəsində məktəbimizin 5-ci sinfində texnologiya fənnindən açıq dərs keçirildi.
Mövzu-Yumurtadan yeməklərin hazırlanması texnologiyası.

Müəllim:Məmmədzadə Aytac

3 İyun – Ümumdünya Velosiped Günü münasibətilə Ucar rayon Heydər Əliyev Mərkəzinin qarşısında sağlam həyat tərzinin təbl...
05/06/2026

3 İyun – Ümumdünya Velosiped Günü münasibətilə Ucar rayon Heydər Əliyev Mərkəzinin qarşısında sağlam həyat tərzinin təbliği, ekoloji düşüncənin təşviqi və idmanın inkişafına dəstək məqsədilə veloyürüş təşkil olunub.

İştirakçılar arasında məktəbimizin şagirləridə fəallıqları ilə seçiliblər. İştirakçılar böyük ruh yüksəkliyi ilə marşrut boyunca hərəkət edərək həm sağlamlığın, həm də təmiz ətraf mühitin vacibliyinə diqqət çəkiblər. Veloyürüş idmansevərləri bir araya gətirərək fəal həyat tərzinin gözəl nümunəsinə çevrilib.

01.06.2026-cı il tarixində Ucar Rayon 7 Nömrəli Tam Orta Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş t...
03/06/2026

01.06.2026-cı il tarixində Ucar Rayon 7 Nömrəli Tam Orta Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onların istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, eyni zamanda bayram əhval-ruhiyyəsi formalaşdırmaq olub.

Şagirdlər müxtəlif çıxışlar, şeirlər və maraqlı təqdimatlarla tədbirə rəng qataraq xoş anlar yaşadıblar. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

🌸 Uşaqların simasında gələcəyimizin daha parlaq və uğurlu olacağına inanır, bütün balacaları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik!

Tədbirin yüksək əhval-ruhiyədə təşkil olunmasında məktəbin təşkilatçısı Quliyeva Muşviqə müəlliməyə təşəkkür edirik!
🎉👧🧒✨

📌26.05.2026-cı il tarixində Ucar rayon Mərkəzi stadionda Ucar rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılı...
01/06/2026

📌26.05.2026-cı il tarixində Ucar rayon Mərkəzi stadionda Ucar rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə atletka idman növü üzrə məktəbli oğlanlar arasında rayon turniri keçirilmişdir. Turnirdə məktəbimizin 11-ci sinif şagirdi Mamedov Fərid yerindən uzunluğa tullanma üzrə 3-cü yeri tutmuşdur.

✅Turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında atletika idman növünün təbliği, sağlam həyat tərzinin təşviq edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana marağının artırılması, eləcə də perspektivli idmançıların aşkar olunması olmuşdur.

Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Address

Göyçay-Ucar Yolu
Ucar

Telephone

+994558787591

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar Rayon 7 Nömrəli Tam Orta Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ucar Rayon 7 Nömrəli Tam Orta Məktəb:

Shortcuts

Share

Category