Tovuz rayon Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəb

Tovuz rayon Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəb Azərbaycan Respublikası Tovuz rayonu Yusif Sadıqov adına
Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbi Məktəbdə 5 Məktəbəqədər Hazırlıq qrupu var.

Məktəb Tovuz rayonunun Bozalqanlı kəndində 1971-ci ildə inşa olunub və həmin il istifadəyə verilib. Ərazisi 4,6 hektardır. Məktəbin direktoru: Elmira Mürşüdlü 27 sentyabr 2023-cü ildən bu vəzifəyə təyin olunub. Məktəbdə texniki, riyaziyyat-iqtisadiyyat təmaüllü siniflər mövcuddur. Məktəb 28 iyun 2011-ci ildə "İlin Məktəbi" adına layiq görülmüşdür.
2012-2013-cü tədris ilində məktəbin məzunu Murquzova Nərminə Sahib qızı 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşdur. Hazırda məktəbdə 1432 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 144 nəfər müəllim məşğul olur. 32 texniki işçi işləyir. Məktəb binası 6 korpusdan ibarətdir. . Məktəbin 1 akt zalı, 3 komputer otağı, fizika, kimya və biologiya laboratoriyası, bufeti və idman zalı vardır.

2016-2017-ci tədris ilində məktəbin 3 şagirdi 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuşlar. Bunlar Paşazadə Mehran - 680 bal, Hüseynova Nigar - 668 bal və Qasımov Əfşan - 622 bal .

2020-ci ildə yeni və müasir məktəb binası istifadəyə verildi.

17/06/2026
14/06/2026

15 İyun – Milli Qurtuluş Günü

15 İyun – Milli Qurtuluş Günü münasibətilə məktəbimizin müəllim və şagird kollektivini təbrik edirik. Bu əlamətdar gün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinin, milli birliyin və sabitliyin rəmzi kimi tariximizdə mühüm yer tutur.

Məktəbimiz adından xalqımıza əmin-amanlıq, tərəqqi və uğurlar arzulayırıq. Qoy müstəqil Azərbaycan daim inkişaf etsin və yeni nailiyyətlər qazansın!

🇦🇿 15 İyun – Milli Qurtuluş Günümüz mübarək!

🇦🇿

Milli rəqs yarışında I yer qazanan Savad Əliyevanı təbrik edir və uğurlar arzulayırıq.
11/06/2026

Milli rəqs yarışında I yer qazanan Savad Əliyevanı təbrik edir və uğurlar arzulayırıq.

Bu gün məktəbimizin adını daşıyan Yusif Sadıqovun anım günüdür. Onun əziz xatirəsini ehtiramla yad edir, Vətənə və xalqa...
11/06/2026

Bu gün məktəbimizin adını daşıyan Yusif Sadıqovun anım günüdür. Onun əziz xatirəsini ehtiramla yad edir, Vətənə və xalqa xidmət yolunda göstərdiyi nümunəvi həyatını minnətdarlıqla anırıq. Ruhu şad olsun!

08/06/2026
🏆 Təbrik edirik! 🏆Məmmədzadə Ərşadı böyük uğuru münasibətilə ürəkdən təbrik edirik!📚 Lütfizadə adına Riyaziyyat Məntiq O...
05/06/2026

🏆 Təbrik edirik! 🏆

Məmmədzadə Ərşadı böyük uğuru münasibətilə ürəkdən təbrik edirik!

📚 Lütfizadə adına Riyaziyyat Məntiq Olimpiadasında yüksək nəticə göstərərək II yerə layiq görülmüş və Gümüş Medal qazanmışdır.

Bu nailiyyət onun əzmkarlığının, zəhmətinin və biliyinin parlaq göstəricisidir.

🏫 Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdi olan Ərşada gələcək təhsil həyatında daha böyük uğurlar arzulayırıq.

✨ Uğurların davamlı olsun, Ərşad!

Həştəqlər:

🥈📚🇦🇿

📚 VI sinif şagirdləri ilə BSQ (Böyük Summativ Qiymətləndirmə) keçirildi. İmtahandan sonra məktəb psixoloqu tərəfindən şa...
04/06/2026

📚 VI sinif şagirdləri ilə BSQ (Böyük Summativ Qiymətləndirmə) keçirildi. İmtahandan sonra məktəb psixoloqu tərəfindən şagirdlərlə psixoloji söhbət aparılaraq onların emosional vəziyyəti, imtahan həyəcanının idarə olunması və motivasiyanın artırılması mövzularına toxunuldu. Şagirdlərə uğurlar arzulandı və tövsiyələr verildi.

📖✨

Address

Tovuz

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

02231 33-0-91

Alerts

Be the first to know and let us send you an email when Tovuz rayon Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tovuz rayon Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəb:

Shortcuts

Share

Category